Elektrik karotajı

axtarış və kəşfiyat məqsədilə qazılmış quyularda süxurların xüsusiyətlərinin və ardıcılığının elektrik üsulu ilə öyrənilməsi. E.k.-da quyunun kəsilmiş boyu süxurların fərz olunan xüsusi müqaviməti (pk) və quyuda öz- özünə yaranan (təbi) polyarizasiya potensialı (PS) təyin olunur. Bu parametrlərin təyini quyuya buraxılan karotaj qurğusu və quyu ağzında yerləşdirilən karotaj stansiyası vasitəsilə aparılır və E.k. diaqramında (karotaj lentində) müvafiq əyrilərlə ifadə edilir. E.k. diaqramının təhlili layların sərhədlərini, onların ardıcılığını, neftliliyini və qazlılığını öyrənməyə imkan verir.
Elektrik dolma nasosu
Elektrik kəşfiyat metodu