evyıxan
ey-hay
OBASTAN VİKİ
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ey Reqib
Ey Reqib (kürd. ئهٔ ره‌قیب / Ey Reqîb) — Kürdüstan Regional Hökumətinin milli himni. == Sözləri (Kurmanc dili) == Ey Reqîb!
Ey ata, ey ana, biz günahkarıq
Ey ata, ey ana, biz günahkarıq! — Əli Şəriətinin dini-fəlsəfi mövzuda yazdığı əsər. == Məzmun == Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqla-yaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Ey ata, ey ana, biz günahkarıq — Dr.
Ey Gözəl Krım
Ey Gözəl Krım (krımtat. «Ey, güzel Qırım») ― məşhur krım tatar xalq mahnısı. Melodiyası krım tatarları arasında dünya səviyyəsində tanınır və krım tatar konsertlərində tez-tez səslənir. Mahnının kədərli mətni sürgün həyatla bağlı təəssüfünü bildirir və sevimli vətənlərinin itkisinə yas tutur. Mahnının mənşəyi məlum deyil, lakin krım tatarlarının deportasiyasından bir müddət sonra anonim olaraq yazıldığı düşünülür. Bununla birlikdə, Əndicana sürgün edilmiş krım tatarları Fatma Xəlilova və Şurki Osmanov 1968-ci ildə Aluştaya səfəri zamanı mahnını yazdıqları barədə təsdiqlənməmiş iddialar var. 2016 Avroviziya Mahnı Müsabiqəsində birinci yer tutan Ukrayna təmsilçisi Camalanın "1944" mahnısının bir hissəsində bu xalq mahnısından istifadə olunmuşdur.
Ey Pak Bakirə
Aqni Parten ( yun . Ἁγνὴ Παρθένε ), azərbaycan dilinə "Ey Pak Bakirə" kimi tərcümə edilmiş, 19-cu əsrin sonlarında Müqəddəs Eginalı Nektarios tərəfindən bəstələnmiş və ilk dəfə Theotokarion (Theotokarion) kitabında çap olunmuş Bakirə Məryəm haqqında bir yunan ilahisidir. Pravoslav kilsələrində bu ilahi, paraliturgik himn sayılır və buna görə də yalnız liturgik mərasimlərdən kənarda istifadə olunur. Bununla belə, o, tez-tez bəzi xorlar tərəfindən xaça ehtiram və antidoron qəbulu zamanı İlahi Liturgiya bitdikdən sonra tənəzzül kimi ifa olunur. == Azərbaycan dilində tərcüməsi == Ey pak və bakirə Xanım Ləkəsiz Allahdoğuran Sevin ey bǝysiz Gəlin! Mələkə, Bakirə Ana Ey şehlə örtülü saf yun Sevin ev bǝysiz Gəlin! Göylər yanında alçaqdır Ən parlaq çıraq zil qara Sevin ey bǝysiz Gəlin! Bakirə xoruna fərəhsən Məlaikədən şəstlisən Sevin ey bǝysiz Gəlin! Səmadan daha nuranisǝn Gün işığından cılxasan Sevin ey bəysiz Gəlin! Ey bütün səmavi ordulardan Qüdsilikdə öndə olan Sevin ey baysiz Gəlin!
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
Ermənistan eyrenisi
Ermənistan eyrenisi (lat. Eirenis punctatolineatus) — Suilanı fəsiləsinə aid ilan növü. == Qısa məlumat == Yetkin ilanların uzunluğu 49 sm-dir. Bədəninin müxtəlif nahiyələrində rənglər fərqlidir. Yuxarı hissə zeytuni-boz, balı-qırmızı, bəzən isə demək olarki qaradır. Bədənin ortanahiyyəsində 17 pulcuq vardır. Əsasən Cücülər, Hörümçəklər və digər Onurğasızlarla qidalanırlar. Ov zamanı başını geriyə çəkərək, ağzını geniş açaraq şikarını cəld şəkildə tutur və onu dərhal udur. == Yayılması == Bu növə Cənubi Qafqazda, cənub-qərbi və cənub-şərqi Azərbaycan, cənubi Ermənistan, şərqi Türkiyə, qərbi İran və şərqi İraq ərazilərində rast gəlinir.
Eylin Uornos
Eylin Karol Uornos (29 fevral 1956 – 9 oktyabr 2002, Florida Dövlət Həbsxanası[d], Florida) — 1989–1990-cı illər aralığında Florida ştatında 7 nəfərin ölümündə günahlandırılan amerikalı seriyalı qatil. ABŞ-nin ən məşhur seriyalı qatillərindən olan bu homoseksual qadın 7 nəfəri öldürsə də, ikisinin cəsədi tapılmadığı üçün 5 nəfəri öldürməkdə mühakimə olunub. Uşaq vaxtı onun atası pedofillikdə günahlandırılaraq tutulub. Anası kiçik qızını babasına verərək qaçıb. 13 yaşında təcavüzə məruz qalan Uornos uşaq dünyaya gətirib. Babası onu evdən qovduqdan sonra həyatda qalmaq üçün fahişəlik edən Uornos köhnə bir avtomobil alıb. 20 yaşında olarkən 70 yaşlı kişi ilə evlənib və ərini döydüyü üçün boşanıb. Məhkəmədə öldürdüyü adamların ona təcavüz etdiyini deyən Uornos edamdan əvvəl etiraf çıxışı belə olub: "Qətlləri qəzəbimdən törətdim. Edam edilməliyəm, çünki həbsdən çıxsam yenə adam öldürəcəyəm". == Həyatı == Eylin Uornos, Eylin Karol Pittmen doğum adı ilə 29 fevral, 1956-cı ildə Miçiqanda doğulub.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Eyləs
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Eymeria
Eymeria – (lat. Eimeria magna ) – koksidilər sinfinə aid növ. Bu növ adadovşanlarının bağırsaqlarında parazitlik edir və geniş yayılmışdır. Eymeria magna bağırsağın epiteli hüceyrələrində parazitlik edir. Elektron mikroskopik tədqiqatlar göstərir ki, koksidilər həddən artıq kiçik olmalarına baxmayaraq çox mürəkkəb quruluşa malikdirlər. Xüsusən onların sporozoit və merozoit mərhələləri mürəkkəb quruluşludur. Koksidilərin bədəni xaricdən üçqatlı membranla – pellikula ilə örtülmüşdür. Daxildə konoid mikronemlər, mikroborucuqlar, nüvə, endoplazmatik şəbəkə, Holci aparatı, mitoxondri, roptrilər və digər elementlər vardır. Sahibin yoluxması sistanın qəbul olunması anından başlayır. Bağırsaqda oosistadan və spordan sporozoitlər çıxır və bağırsağın epiteli hüceyrələrinə daxil olur və yeni inkişaf tsiklinə başlayır.
Eymos Eno
Eymos Riçards Eno (ing. Amos Eno; 1 noyabr 1810 – 21 fevral 1898) ― ABŞ daşınmaz əmlak investoru və kapitalist. O, Beşinci Prospekt hotelini inşa etdirmişdi, bundan başqa o, Brodvey küçəsində və Beşinci prospektdə bir çox binalar tikdirmiş və orada 20-40 milyon ABŞ dollarlıq nəzərə çarpan bir ailə sərvətini qurdu. == İlk illəri == Eymos Riçards Eno 1 noyabr 1810-cu ildə Konnektikut ştatının Simzburi şəhərində anadan olmuşdur. == Vəfatı və əmlakı == Eymos R. Eno 21 fevral 1898-ci ildə vəfat etdi. Vəfat zamanı sərvəti 20 ilə 40 milyon dollar arasında qiymətləndirilirdi. == Qeydlər == Mərhumun şəkillərinə əsasən İstmen Consonun çəkdiyi Eymos Enonun portreti Enonun vəfatından sonra, 1899-cu ildə, ailəsi tərəfindən sifariş edilmişdir və Nyu-York Dövlət Muzeyində saxlanılır.
Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür. Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s. == Coğrafiyası və iqlimi == Ağdaşdan 25 km uzaqlıqda, Yevlax rayonu ərazisində Kür çayının qırağında yerləşir.
Eymur bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eyn
𐔶 (səslənməsi: /e:/; transkripsiyası: Ē, ē) — Alban əlifbasının yeddinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Են (En) kimi verilmişdir. Tədqiqatçılar Aşot Abramyan, Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ēyn" olmalıdır, erməni müəllif isə Է və Ե hərflərini səhv salmışdır. Gürcü dilçi Roman Loluanın fikrincə bu hərf Է hərfinin antiformasıdır.Alban əlifbasında həm uzun [e] səsinin, həm də [ey] diftonqunun qarşılığı kimi işlənilib. Rəqəmsal dəyəri 7 olmuşdur.
Eyn-ül Rum (Üşnəviyyə)
Eyn-ül Rum (fars. عين الروم‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (25 ailə).
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Eyn Calut döyüşü
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi. Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı.
Eyn Cəllud vuruşu
Əyn Cəllud yaxud Eyn Calut döyüşü (ərəb. معركة عين جالوت‎ maʿrakat ʿAyn Jālūt) — 1260-cı ilin 3 sentyabrında müsəlman məmlüklər ordusu ilə monqollar arasında Eyn Calutda ("Qoliafın quyusu"; indiki Qalileyanın cənub-şərqində Nazaret şəhəri yaxınlığındakı Yizreel vadisində "Xarod quyusu") baş vermiş döyüş. == Əvvəlki hadisələr == 1251-ci ildə Münke xan xaqan titulu götürdükdən sonra dərhal babası Çingiz xanın planını həyata keçirməyə başladı. O, qərb xalqlarını özünə tabe etmək məqsədinin icrası üçün Çingiz xanın digər nəvəsi olan qardaşı Hülakü xanı seçdi. Ordunun toplanması beş il vaxt aldı və 1256-cı ilə qədər Hülakü xan işğal üçün hazır deyildi. Hülakü xan monqolların İrandakı mərkəzindən döyüşü idarə edərək cənuba doğru hərəkətini davam etdirdi. O, müqavimət göstərmədən təslim olanlara yaxşı davranılmasını, ona qarşı çıxanlara qarşı isə amansız olmağı əmr etmişdi. Hülakü və ordusu bu şəkildə dövrünün ən güclü və uzunmüddətli sülalələrinə qalib gəlmişdir. Monqollar yürüş etdiyi yolun üzərindəki digər ölkələri də özlərinə tabe etdilər və onlar da imperiyanı ordu ilə təchiz edirdilər. Artıq monqollar Bağdada çatdıqda onların ordusunda Kilikiya erməniləri və hətta özlərinə tabe etdikləri Antoxiya knyazlığından frank qüvvələri də vardı.
Eyn əl-Ərəb blokadası
Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir. Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir. Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir. Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPG və PKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər.
Eynabad (Həştrud)
Eynabad (fars. عين اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (17 ailə).
Eynal Əliyev
Eynallı
Eynallı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Eynallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılmışdır.
Eynallı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eynalı kanat yolu
Eynalı kanat yolu — Təbriz şəhərində Pasdaran yolunun üzərində yerləşən kanat yolu üç mərhələli layihədir. 2010-cu ildə istifadəyə verilmiş birinci mərhələdə kanat yolunun uzunluğu 1450 metrdir. Kanat yolu bir saata 1000 sərnişin daşımaq gücünə malikdir. Kanat yolu vasitəsilə Təbriz şəhərini quş baxışı seyr etmək mümkündür.
Eynar fon Şuler
Eynar fon Şuler (alm. Einar von Schuler‎; 28 oktyabr 1930, Leypsiq, Prussiya[d] – 14 fevral 1990) — Almaniya şərqşünası. == Həyatı == Eynar fon Şuler 28 oktyabr 1930-cu ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. O, Leypsiqdəki Tomas məktəbində təhsil almışdır. Şuler daha sonra Leypsiq Universitetində və Azad Berlin Universitetində İohann Fridrixin rəhbərliyi altında qədim Yaxın Şərq (xüsusilə hetologiya) üzrə təhsil almışdır. O, 1954-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Şuler daha sonra Heydelberq və Münster Universitetlərində Adam Falkenşteynin köməkçisi olmuşdur. O, Berlinə qayıdaraq habilitasiya təcrübəsindən keçmişdir. Şuler 1963-cü ildə Azad Berlin Universitetində qədim şərq filologiyası üzrə professor olmuşdur. O, 1969-cu ildə Suriyada Həbubə Qəbirə və Təll Munbəqat qazıntılarına rəhbərlik etmişdir.
Eyndhoven
Eyndhoven (nid. Eindhoven) — Niderlandın cənubunda şəhər və icma. Şimali Braband vilayətinin ən iri şəhəri. Şəhərdə çox sayda yüksək texnologiyalarla bağalı müəssisə vardır, məsələn Philips. Şəhərdə ölkənin ikinci məşhur futbol komandası olan PSV vardır. == İnformasiya mənbəyi == Eynhoven şəhərinin internet portalı, niderl.
Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib. Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur. == Təhsil strukturu == Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır. Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Eynheryar
Eynheryar (Einherjar) — german-skandinav mifologiyasında döyüşdə ölənlər və valkiriyalarlər tərəfindən Valhallaya gətirilənlər.
Eyni ildə iki Oskar mükafatına namizəd göstərilən aktyorların siyahısı
Kino Sənətləri və Elmləri Akademiyasının ilk dəfə 1938-ci ildə olmaqla, bir il içərisində aktyorluq kateqoriyalarında iki fərqli "Oskar" mükafatına namizəd göstərilən aktyor və ya aktrisalar olmuşdur. Namizəd olmaq üçün hər iki kateqoriya üzrə Akademiyadan kifayət qədər səs toplamaq şərti ilə, heç bir məhdudiyyət yoxdur. Aktyorlar eyni ildə həm "Ən yaxşı aktyor", həm də "Ən yaxşı ikinci plan aktyor" mükafatına və eynilə aktrisalar da həm "Ən yaxşı aktrisa", həm də "Ən yaxşı ikinci plan aktrisa" mükafatına namizəd göstərilə bilər. Birdən çox namizədliklə əlaqəli sadəcə iki qayda var. Bir aktyor və ya aktrisa eyni kateqoriyada fərqli rollar belə olsa bir dəfədən artıq namizəd göstərilə bilməz (bir baş rol və bir ikinci plan roluna görə namizəd ola bilər, amma iki baş rol və ya iki ikinci plan roluna görə namizəd ola bilməz). Digər qayda isə filmdəki eyni rola görə bir dəfədən artıq namizəd göstərilə bilməməsidir. Bu qayda 1944-cü ildə Barri Fitsceraldın "Öz yolunda get" filmindəki roluna görə həm "Ən yaxşı kişi rolu", həm də "Ən yaxşı ikinci plan kişi rolu"na namizəd göstərilməsindən sonra qəbul edilmişdir. 2021-ci ildəki məlumata əsasən 12 aktyor və aktrisa eyni ildə iki "Oskar" mükafatına namizəd göstərilmişdir. Bu aktyorlardan birincisi Fey Beynterdir. O, 11-ci Oskar mükafatında "Ağ bannerlər" və "İezabel" filmlərindəki roluna görə iki namizədlik qazanmışdır.
Eyni ulduzun altında
Eyni ulduzun altında (ing. The Fault in Our Stars; hərf. Günah ulduzlarımızdadır) — Con Qrinin 2012-ci ilin yanvarında nəşr olunmuş 6-cı romanı. Romanın adı Uilyam Şekspirin "Yuli Sezar" faciəsinin birinci aktının ikinci səhnəsindən götürülmüşdür: bu səhnədə Qay Kassi Lonqin Bruta deyir: "Günah, əziz Brut, ulduzlarımızda deyil, özümüzdədir". Hekayə 16 yaşlı xərçəng xəstəsi Hazel Qreys Lankasterin dilindən nəql olunur. Hazel valideynləri tərəfindən dəstək qrupunda iştirak etməyə məcbur edilir. O, tezliklə 17 yaşlı keçmiş basketbolçu və xərçəngə görə bir ayağı kəsilmiş Aqust Vaterslə tanış olur və ona aşiq olur. Kitab uğur qazanmışdır. == Məzmun == 16 yaşlı ağciyər xərçəngi Hazel Qreys Lankester anasının təkidi ilə xərçəng xəstələri arasında keçirilən görüşlərə qatılır. Hazel dəstək qrupunun görüşlərində iştirak etməkdən məmnun deyil, lakin bir gün sümük xərçəngi üzündən sağ ayağı kəsilən, buna görə də protez ayaq taxan 17 yaşlı Aqust Vaterslə tanış olur.

Digər lüğətlərdə