fəxr
fəxriyyə
OBASTAN VİKİ
Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru. == Həyatı və fəaliyyəti == Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır. 1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb. 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb. 2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir. 2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb. 2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
Fəxri Korutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Fəxri Məmmədov
Fəxri Qorutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Fəxri Qəribzadə
Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995). == Həyatı == Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. == Yaradıcılığı == Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.
Fəxri Vəkilov
Fəxri Məmmədrza oğlu Vəkilov (11 oktyabr 1916, Qazax – 2 fevral 1987, Bakı) — səhiyyə təşkilatçısı, tibb alimi, bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1947–1952-ci illərdə SSRİ Səhiyyə naziri olmuş Yefim İvanoviç Smirnovun (1904–1989) baş referenti, Azərbaycan SSR səhiyyə naziri (1963–1970). Azərbaycan SSR əməkdar həkimi, səhiyyə əlaçısı, tibb elmləri namizədi. Şair Mənsur Vəkilovun atasıdır. ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun oğludur. == Həyatı və fəaliyyəti == Fəxri Məmmədrza oğlu Vəkilov 1916-cı ildə oktyabr ayının 11də Qazax qəzasının Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1937–1941-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almışdır. İkinci dünya müharibəsi illərində sovet ordusunda xidmət etmiş, tibb xidməti kapitanı rütbəsinə qədər yüksəlmişdir. 1946-cı ildə müharibədən qayıtdıqdan sonra Tibb İnstitutunu bitirmişdir. Moskvada səhiyyə təşkilatçılarının ali kurslarını bitirdikdən sonra 1947–1952-ci illərdə SSRİ Səhiyyə naziri Yefim İvanoviç Smirnovun (1904–1989) şəxsi təşəbbüsü ilə həmin Naziirliyin aparatına işə dəvət edilmiş, nazirin baş referenti kimi 1952-ci ilə qədər orada çalışmışdır. 1952-ci ildən Azərbaycan SSR səhiyyə nazirinin müavini, 4-cü Baş İdarənin rəisi vəzifəsini daşımışdır.
Fəxri Xiyaban
I Fəxri Xiyaban — Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu kütləvi məzarlıq. Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Hazırda Bakıda I və II fəxri xiyabanlar mövcuddur. == Tarixi == Birinci Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqustun 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir: Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin. Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır.
Fəxri ad
Fəxri ad - mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə həm dövlət, həm ictimai təşkilat tərəfindən verilən xüsusi ad. Bəzi ölkələrdə tarixən gələn fəxri adlar sistemi də mövcuddur. Məsələn, lord, qraf, bəy, monarx nəsli və s. == Bəzi fəxri adlar == Azərbaycanın Milli Qəhrəmanı Azərbaycan Respublikasının Xalq Artisti Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Акаdemik Cəmiyyətin (biriliyin) fəxri üzvü == Fəxri adların verilmə qaydası == Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Azərbaycanda fəxri adların verilməsi şərtləri "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə" ilə tənzimlənir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Eyni fəxri ad bir şəxsə təkrar verilmir.
Fəxri dəmiryolçu
Fəxri dəmiryolçu — SSRİ-nin dövlət mükafatlarından biri, 13 may 1933-cü ildə SSRİ-nin MSK tərəfindən dəmir yolu nəqliyyatı işçilərinin mükafatlandırılması üçün təsis edilmişdir. Dəmiryolunda əməyin ən yüksək və sabit nəticələrinin əldə edilməsi, hazırlanması, inkişafı və həyata keçirilməsinə, dəmiryol nəqliyyatının fəaliyyətinin təkmilləşdirilməsinə, həmçinin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasıyla bağlı fədakar hərəkətlərə görə, elmin, texnikanın və yeni texnologiyanın nailiyyətlərinin tətbiqinə, sərnişinlərin həyatları, yüklərin, yükün və başqa tapşırılmış əmlakın qorunmasına görə dəmir yolu işçiləri və eyni zamanda qeyriləri təltif edilir.
Fəxri Kazım-Nicat
Fəxri Kazım-Nicat (13 may 1985, Kirovabad) — azərbaycanlı müğənni, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin vokal müəllimi, "Tərəqqi" medalı laureatı. == Həyatı == === Erkən illəri və təhsili === Fəxri Fəxrəddin oğlu Kazım-Nicat 13 may 1985-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini 1995–2000-ci illərdə Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti Şahnaz Haşımovanın sinfində almışdır. İlk vokal təhsilini Gəncə Dövlət Universiteti nəzdində yaradılan məktəb-studiyada Xalq artisti Sevinc İbrahimovadan almışdır. Orta məktəbi və hərbi xidmətini bitirdikdən sonra ailəsiylə Bakıya köçmüşdür. Musiqi təhsilini davam etdirərək Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə estrada vokal ixtisası üzrə daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olmuş, akademiyanın dosenti Sevda Məmmədovanın sinfində opera ifaçılığı ixtisası üzrə bakalavr, Kamera ifaçılığı və Xor dirijorluğu ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. === Fəaliyyəti === Səhnə fəaliyyətinə 1997-ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində başlamışdır. İlk iştirak etdiyi konsert 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş tədbir, ilk ifa etdiyi mahnı isə "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının müşayiəti ilə "Almanı atdım xarala" mahnısı olmuşdur. 1999-cu ildə münsiflər heyətinin sədri görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov olan respublika muğam müsabiqəsinin laureatı olmuşdur.
Fəxri Keşikdə (1938)
Fəxri Legion Ordeni
Fəxri Legion ordeni (fr. Ordre national de la Légion d'honneur) — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. Bu ordenlə təltif olunmuş azərbaycanlılar arasında general Əliağa Şıxlinski, Əhmədiyyə Cəbrayılov, rəssam Tahir Salahov, prezident İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da var. == Rütbələri və dərəcələri == Mükafat 3 rütbə və 3 dərəcəyə bölünür. === Rütbələr === Baş magistr (fr. Grand maître) — yalnız Fransa prezidentlərinə verilir. Böyük xaç (fr. Grand`croix) Böyük zabit (fr. Grand officier) === Dərəcələr === Komandor (fr.
Fəxri Mirzə Abbas
Fəxri Mirzə Abbas (1776, İrəvan – 1849, İraq) — tərbiyəçi-müdərris, Ağa Məhəmməd Şah Qacarın müəllimi və baş vəziri. == Həyatı == 1776-cı ildə İrəvan şəhərində doğulmuşdur. Atasından təhsil və həyat təcrübəsini əldə etdikdən sonra, təhsilini davam etdirmək üçün İsfahana getmiş. Təhsilini başa vurduqdan sonra tərbiyəçi-müdərris kimi tanınmışdır. O, Ağa Məhəmməd Şah Qacarın müəllimi olmuşdur. Onun etimadını qazanmış Hacı Mirzə Ağası A.M.Qacarın 14 il şahlığı dövründə onun baş vəziri olmuşdur və hicri-qəməri 1265-ci ildə İraqda vəfat etmişdir. Diplomatik fəaliyyətlə yanaşı Hacı Mirzə Ağası ərəb və fars dillərində şeirlər yazmışdır: == Mənbə == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. == Tarixi və əsasnaməsi == Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir. Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
I Fəxri Xiyaban
I Fəxri Xiyaban — Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu məzarlıq. Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Hazırda Bakıda I və II fəxri xiyabanlar mövcuddur. == Tarixi == Birinci Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqustun 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir: Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin. Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır.
Səbah Fəxri
Səbah Fəxri (ərəb. صباح فخري‎, əsl adı Səbahəddin Əbu Qövs صباح الدين أبو قوس; 2 may 1933, Hələb – 2 noyabr 2021, Dəməşq) — Suriyanın ən məşhur müğənnilərindən biri hesab olunur.
Zakir Fəxri
Sabitov Zakir Mirsadıx oğlu — şair, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Zakir Fəxri 1948-ci il aprelin 3-də Ağdam şəhərində anadan olmuşdur. Yevlax 1 saylı şəhər orta məktəbində səkkizinci sinfi, 2 saylı şəhər orta məktəbinin axşam fəhlə-gənclər şöbəsini gümüş medalla bitirmişdir (1955-1966). Əmək fəaliyyətinə çilingər kimi başlamışdır (1963-1965). Azərbaycan Dövlət Politexnik İnstitutunun nəqliyyat fakültəsinə daxil olmuş, institutu bitirdikdən sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ştatdankənar müxbir işləmişdir (1972-1973). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1985-1989), Azərbaycan Tərcümə Mərkəzi sədrinin müavini (1989-1991), əlaqələr şöbəsinin müdiri olmuşdur (1991-1992). Hazırda "Xəzər" jurnalının tərtibatçılarından biridir. "Azərbaycan gəncləri" qəzetində 1972-ci ildə çıxan "Unutmaram", "Yollar" şerlərindən sonra dövri mətbuatda müntəzəm çıxış edir. Şeirlərinə mahnılar bəstələnmişdir. "Xatirə çiçəyi", "Bir ömrün tarixi" kimi irihəcmli kitabların müəllifidir.
Şəmsi Fəxri
Şəmsi Fəxri — XIV əsr İran lüğətçisi və filoloqu. O, ən çox 1344-cü ildə Fars vilayətinin son incuid hakimi Əbu İşaq İncuya (hak. 1343–1357) həsr olunmuş "Miyar-i Cəmali və-miftə-yi Bu İşaki" nin ("Camala təklif olunan quş tələsi və Əbu İshaqa həvalə edilən açar") əsərinin müəllifi kimi tanınır. Şəmsi Fəxri gəncliyi dövründə Luristanda hökmranlıq sürən həzarəspilər sülaləsinin sarayında xidmət etmişdir. O, 1313-cü ildə hökmdar Nüsrətəddin Əhmədə (hak. 1296–1330) həsr etdiyi "Miyar-i nüsrəti" şeirini ərsəyə gətirmişdir. Monqol Elxanilərin fars əsilli vəziri olan Qiyasəddin ibn Rəşidəddinin sarayına qoşulmuş, ondan sonra incuidlərin sarayına qatılmışdır. Boroujerdi, Mehrzad. Mirror For the Muslim Prince: Islam and the Theory of Statecraft (ingilis). Syracuse University Press.
Fəxri İsmayılov
Fəxri İsmayılov və ya səhnə adı ilə Fahree (10 aprel 1995, Bakı) — Azərbaycan müğənnisi. İlkin Dövlətov ilə birlikdə Azərbaycanı İsveçdə keçirilmiş 2024 Avroviziya Mahnı Müsabiqəsində "Özünlə apar" mahnısı təmsil etmiş, 1-ci yarımfinalı 11 xalla 14-cü yerdə başa vurmuşdur. == Həyatı və karyerası == Fəxri 1995-ci ildə Bakıda sənətkar ailəsində dünyaya gəlib. Atası zərb alətlərində ifa edən caz musiqiçisi, babası isə aktyor olub. === Sinqllar === 2022 "Dance" 2022 "Apardı Uzaqlara" (feat. Mila Miles) 2023 "Yollar" 2024 "Özünlə Apar" (feat.
II Fəxri Xiyaban
II Fəxri Xiyaban — 1960-cı illərin sonlarında salınan və Azərbaycan xalqına xidmətdə xüsusi fərqlənən insanların bir qisminin dəfn olunduğu məzarlıqdır. == Tarixi == 1960-cı illərin sonlarında salınıb. II Fəxri Xiyaban I Fəxri Xiyabandan aralıda salınıb. == 2020-ci ildə salınan hissə == II Fəxri Xiyabanın yeni hissəsi Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığına dair video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi. 2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbçisi şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda dəfn olundu.
Müsəlmanların fəxri məscidi
Məhəmməd peyğəmbər adına Müsəlmanların fəxri məscidi (çeç. Мухьаммад Пайхамаран цӀарах маьждиг) — Çeçenistan Respublikasının Şali şəhərinin mərkəzində XXI əsrdə tikilmiş Avropada ən iri dini ibadətgah. Avropanın ən böyük məscidində 30 minə qədər, ətraf ərazilərdə isə 70 minə qədər adam yerləşə bilər. Müsəlmanların fəxri məscidi cümə məscidi ststusuna malikdir. 2012-ci ildən şəhərin mərkəzində, Şali-Siti çoxmərtəbəli kompleksinin yanında 5 hektar sahədə layihə üzrə analoqu olmayan yeni məscidin tikintisi fəal şəkildə aparılmağa başlandı. Məscidin layihəsi üzərində Özbəkistandan memarları çalışırdılar. 23 avqust 2019-cu il tarixində respublikanın ilk prezidenti Əhməd Kadırovun doğum gününə təsadüf edən məscidin təntənəli açılışı oldu. Hündürlüyü 43 metr olan günbəzi və 63 metr hündürlüyündə minarələri olan bina, istidə işığı əks etdirməsi və sərinlik verməsi ilə seçilən Yunanıstanın Tasos adasından alınan qar kimi ağ mərmərlə örtülmüşdür. Çəkisi iki ton yarımdan çox olan səkkiz metrlik mərkəzi çilçıraq və 395 lampa "Svarovski" daşları və qızılı ilə bəzədilib. Müsəlmanların fəxri məscidinin ətrafında geniş əraziyə malik park salınıb.
Məhəmməd Fəxri İsmayıl
Məhəmməd Fəxri İsmayıl (6 mart 1991) — Bruneyi təmsil edən atlet. Məhəmməd Fəxri İsmayıl Bruneyi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Fəxri İsmayıl həmdə həmin yarışların açılış mərasimində Bruney bayrağını apardı. Məhəmməd Fəxri İsmayıl birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 10.95 saniyəlik nəticə ilə 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
SSRİ fəxri adları
SSRİ fəxri adları (rus. Почётные звания СССР) — SSRİ konstitusiyası və SSRİ Ali Sovetinin fərmanı ilə təsis olunan fəxri adlar.
Fəxri Proletar Döş Nişanı
Fəxri keşikdə (film, 1938)
Fəxriyyə
Fəxriyyə — qəsidənin bir növü. Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır. == Ərəb Ədəbiyyatında Fəxriyyə == Klassik ərəb ədəbiyyatında fəxriyyə mövzusu ən çox yayılmış mövzulardan biridir. Bu şeirlərdə şairlər öz tayfaları ilə, əcdadları, özləri, qəhrəmanlıqları, igidləri ilə fəxr edirlər.
Fəxriyyə Evcen
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Fəxriyyə Evcən
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Fəxriyə Sultan (III Muradın qızı)
Fəxriyə Sultan (? — 1641) — III Muradın qızıdır. 1613-cü ildə Çuxadar Əhməd Paşayla evləndi sonra 1619-cü Sofu Bayram Paşa ilə evləndirildi. Fəxriyə Sultan 1641 tarixində vəfat etdi. Sultan Murad türbəsinə dəfn edildi.
Fəxriyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.

Digər lüğətlərdə