GÜLÜŞ Qəmlənmişəm gülüşün bəzən yüksəlməyəndə (M.Rahim); GÜLMƏ Qoca sözünü bitirib güldü, lakin öskürək onun gülməyini yarımçıq kəsdi (Çəmənzəminli); HIRILTI (boş-boşuna gülüş) Xəbər verdilər ki, qız yelbeyindir bir qədər; Hırıltıdır peşəsi.. (M.Rahim); QAQQANA (ucadan gülüş) Pilləkəni titrətdi muştuluqçu qonşu qızın qaqqanası (R.Rza); QƏHQƏHƏ (ucadan gülüş) Ev sahibləri bu qəhqəhədən daha da acıqlandılar.. (Çəmənzəminli); GÜLGÜ.