Şəhla Gündüz
Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim.
1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq
Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru
Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir.
1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var.
Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur.