Həməd bin İsa Əl Xəlifə
Həməd ibn İsa ibn Salman Əl-Xəlifə (ərəb. حمد بن عيسى بن سلمان آل خليفة; 28 yanvar 1950, Ər-Rifa[d], Cənub qubernatorluğu[d]) — Bəhreyn Krallığının hazırkı Kralı.
== Həyatı ==
Həməd ibn İsa Əl-Xəlifə 28 yanvar 1950-ci ildə Bəhreynin Ər-Rifa şəhərində anadan olub. Valideynləri vəliəhd İsa ibn Salman Əl-Xəlifə və Həssə binti Salman Əl-Xəlifə idi.Bəhreyndəki Manama Liseyində oxuduqdan sonra Həməd Kembricdəki Leys məktəbinə getməzdən öncə Surrey qraflığında yerləşən Əplqart Kollecində təhsil almaq üçün İngiltərəyə göndərildi. Həməd daha sonra, ilk olaraq İngiltərə Ordusunda, Hempşir qraflığının Olderşot şəhərindəki Mons Zabit Kadet Məktəbində 1968-ci ilin sentyabrında məzun olanadək hərbi təlim keçdi. Dörd il sonra, 1972-ci ilin iyun ayında Həməd Kanzasın Fort Livenvortdakı Amerika Birləşmiş Ştatları Ordu Komandanlığı və Baş qərargah Kollecinə daxil oldu. 1973-cu ilin iyununda həmin kolleci fərqlənmə diplomu ilə bitirdi.Həmədin dörd arvadı və onlardan ümumilikdə on iki övladı var: yeddi oğlu və beş qızı:
9 oktyabr 1968-ci ildə Ər-Rifada ilk həyat yoldaşı Səbikə binti İbrahim Əl-Xəlifə ilə evləndi. Səbikə bəhreynlidir, onların üç oğlu və bir qızı var:
Şahzadə Salman ibn Həməd ibn İsa Əl-Xəlifə, Bəhreynin vəliəhdi (21 oktyabr 1969-cu il təvəllüdlü)
Şeyx Abdulla ibn Həməd ibn İsa Əl-Xəlifə (30 iyun 1975-ci il təvəllüdlü)
Şeyx Xəlifə ibn Həməd Əl-Xəlifə (4 iyun 1977-ci il təvəllüdlü)
Şeyxa Neclə binti Həməd Əl-Xəlifə (20 may 1981-ci il təvəllüdlü)
İkinci arvadı Şeiyə binti Həsən Əl-Qüreyş Əl-Əcmi küveytlidir. Ondan iki oğlu var:
Şeyx Nəsir ibn Həməd Əl-Xəlifə (8 may 1987 təvəllüdlü)
Şeyx Xalid ibn Həməd Əl-Xəlifə (23 sentyabr 1989-cu il təvəllüdlü)
Üçüncü arvadı Şeyx Feysəl ibn Məhəmməd ibn Şuraim Əl-Mərrinin qızıdır, ondan bir oğlu və iki qızı var:
Şeyx Feysəl ibn Həməd Əl-Xəlifə (12 fevral 1991–12 yanvar 2006), avtomobil qəzasında öldü
Şeyxa Nura binti Həməd Əl-Xəlifə (6 noyabr 1993-cü il təvəllüdlü)
Şeyxa Munirə binti Həməd Əl-Xəlifə (15 iyul 1990-cı il təvəllüdlü)
Dördüncü arvadı Cabor Əl-Naiminin qızıdır, ondan bir oğlu və iki qızı var:
Şeyx Sultan ibn Həməd Əl-Xəlifə
Şeyxa Həssə binti Həməd Əl-Xəlifə
Şeyxa Rima binti Həməd Əl-Xəlifə (2002-ci il təvəllüdlü)
== Vəliəhd şahzadə fəaliyyəti ==
Həməd 27 iyun 1964-cü ildə atasının varisi təyin edildi. 1968-ci ildə Manama Suvarma və Bələdiyyə Şurasının sədri təyin edildi.