İBLİSVARİ
İBRANİ
OBASTAN VİKİ
İbn
İbn Firnans
İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur. Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır. İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.
İbn Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
İbn Abidin
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri. 1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.
İbn Aqil
Əbu Məhəmməd Bahaəddin Abdullah b. Əbdürrəhman b. Abdillah b. Aqil əl-Həmədani (16 oktyabr 1298[…], Qahirə – 16 noyabr 1367[…], Qahirə) — İbn Malik ət-Tainin "əl-Əlfiyyə"sinə yazdığı şərhlə tanınan dil və fiqh alimi. 1299-cu ildə Hələb yaxınınlığındakı Balis qəsəbəsində dünyaya gəlmişdi. Qahirədə doğulduğu da rəvayət edilir. 1294-cü il və ya 1301-ci ildə doğulduğunu qeyd edən qaynaqlar da vardır. Soyu Hz. peyğəmbərin əmizadəsi Aqil ibn Əbu Talibə dayandığından İbn Aqil künyəsiylə tanınır. Misiri, Balisi və Hələbi nisbələri ilə yanaşı ataları arasında Həmədan və Amiddə (Diyarbəkir) oturanlar olduğundan Həmədani və Amidi nisbələriylə də anılır.
İbn Bibi
İbn Bibi (tam adı: Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi) — XIII əsr tarixçisi. İbn Bibi: "İbnul-Bibi əl-Münəccimə" olaraq məşhur Əmir Nasırüddin Hüseyn bin Məhəmməd bin Əli əl-Cəfəri ər-Razi, XIII əsrın tanınmış İranlı tarixçi və müəlliflərindəndir. "İbnul-Bibi" deyə məşhur olmasının səbəbi, Nişapur Şafiiləri lideri Kəmalüddin Simnaninin qızı olan "Bibi Münəccimə" adıyla məşhur olan anasından dolayıdır. İbn Bibinin, ana tərəfindən nəsəbi Qazan fitnəsində öldürülən Xorasanın böyük fəqihi İmam Məhəmməd bin Yəhyaya çatır. Bibi Münəccimə, astronomiyada istedadlıydı və dönəmin padişahlarının saraylarında özəlliklə də Sultan Cəlaləddinin yanında çox dəyərli və yaxındıydı. İbnul-Bibinin atası, Məcdəddin Məhəmməd Tərcuman deyə ünlüydü. Həyat yoldaşı Bibi Münəccumə səbəbiylə də Əlaəddin bin Keyqubad sarayında katiblik məqamına gəldi və Rum sultanlığının əmirləri arasında yer aldı. Şəmsəddin Sahibdivan-i Cüvəyni Anadolu işləriylə ilgili vəzifəyə gəldikdən sonra İbnul-Bibi ilə Cüveyni xanədanı özəlliklə də Əlaəddin Ataməlik Cüveyni arasında yaxın bir ilişki oldu. Bundan dolayı da İbn Bibi, kitabını əl-Əvamirul-Əlaiyyə deyə adlandırdı və onu Ata Məlikə təqdim etdi. Rum səlcuqluları padişahlarının tarixi mövzusunda yazdığı və yazarının müqəddiməsində bunun Cüveyninin Cihanguşəsinin bir zeyli olduğunu söylədiyi əl-Əvamirul-Əlaiyyə kitabı "Səlcuqnamə" adıyla da bilinir.
İbn Bənna
İbn Bənna (ərəb. ابن البناء المراكشي‎, ərəb. Ibn al-Banna' al-Marrakushi‎; 29 dekabr 1256, Mərrakeş[d], Müvəhhidlər dövləti[d] – 31 iyul 1321, Mərrakeş[d], Merinilər) — Mərakeşli alimdir; riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmişdir; 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir; "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
İbn Cureyc
Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ər-Rumi, həmçinin İbn Cureyc (ərəb. ابن جريج‎; 699, Məkkə – 767, Bağdad) — islam ilahiyyatçısı, Məkkə ənənəçisi. Onun tam adı Əbülvəlid Əbdülməlik ibn Əbdüləziz ibn Cureyc ər-Rumi əl-Qureyşi əl-Məkkidir. O, yunan əsilli idi. Tarixçilər oun Xalid ibn Əsəd ailəsinin azad edilmiş adamı olduğunu güman edirlər. Filologiya, ədəbiyyat, tarixlə maraqlanırdı. Ata ibn Əbu Rabahi, Mücahid, İkrimə və başqalarından hədis nəql etmişdir. Vaqi, İbn Mübarək, Süfyan ibn Üyeynə və başqalarının hədisləri ondan nəql olunmuşdur. Ibn D̲j̲urayd̲j̲ / Pellat, Ch. // Encyclopaedia of Islam.
İbn Cübeyr
Məhəmməd İbn Əhməd ibn Cübeyr ak-Kinani - ərəb şairi, Qranadda Almohadov həyətində xidmət etmişdir. 1183-cü ildə ibn Cübeyr Məkkəyə həcc ziyarətinə gedir. Səyahəti 2 il sürdü. Sonra Aralıq dənizi ilə üzərək ibn Cübeyr Aleksandiraya gəlir. O Misirə piramidaları görməyə gedir və Sfinskanı görür. Sonra yenidən Mosula qayıdır. Bu zaman o rus dilini öyrənir. 1189-1191-ci ildə ibn Cübeyr yenidən şərqə gedir, ancaq hara getdiyi bilinmir. Üçüncü səyahəti isə 1217 ildə edir ancaq rəhmətə gedir, gedı bilmir. Onun şeirləri bəzilər qalır onların əksəriyyəti Saladinaya həsr olunub.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
İbn Fədlan
Əhməb ibn Fadlan (təq. 879, bilinmir və ya Bağdad – təq. 960) — Ərəb çoğrafiyaçısı. 921-923-cü illərdə xəlifə əl-Müqtədir (908-932-ci illər) tərəfindən siyasi məqsədlə göndərilən səfirliyin başçısı olmuş Əhməd ibn Fədlan Bağdadan İranı və Orta Asiyanı keçməklə Volqaboyunadək marşrut qət etmiş və onun bu səyahəti öz əksini «Risalə»sində tapmışdır. "Risalə" əsəri səfirin Volqa - Xəzər və Şimal xalqları ilə bağlı tarix elmi üçün xeyli əvəzsiz qeydləri ilə zəngindir. Əhməd ibn Fədlan 922-ci ildə о, Vоlqanın sоl sahilinə yеrləşmiş Bulqariyaya gəlir, Ladоqa gölü ətrafında оlur və 923-cü ildə vətənə qiymətli cоğrafi məlumatlarla qayıdır. Fədlan bu əraziləri kəşf еtməsə də Vоlqasahili, Оrta Asiya хalqları və Хəzər dənizinə tökülən çaylar haqqında ətraflı məlumatları ilə sеçilir. Ch. M. Fraehn. Die ältesten arabischen Nachrichten über die Wolga-Bulgaren aus Ibn-Foszlan’s Reiseberichte.
İbn Fəqih
Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası. İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci; və ya 845-930-cu; illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı .
İbn Fəzl
İbn Fəzl – 739 – 805-ci illər arasında yaşamış ərəb alimi. XII əsrin əvvələrində ilk kağız fabrikasını yaradan vəzir. İbn Fəzl Abbasi İmperatorluğunun məşhur vəzirlər yetişdirən Bərməkilər soyundandır. Əsl adı Yəhyadır. Yəhya İbn Fəzl və ya sadəcə əl-Fəzl adı ilə də tanınır. Atasının adı Xalid olduğu halda, sənədlərə "Fazilin oğulu" deyə düşüb. Mosul qubernatorluğu vaxtında özünü tanıdıb. Xəlifə Mehdi onu Bağdada çağıraraq, oğulunun yetişdirilməsini ona həvalə edib. Harun Azərbaycan qubernatorluğuna təyin edilincə (780), divan başçılığına gətirilib. İbn Fəzl, Harun xəlifə olunca vəzirliyə gətirilib.
İbn Haldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
İbn Havqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
İbn Heysəm
İbn Heysəm (tam adı: Əbu Əli əl-Həsən ibn əl-Heysəm əl-Bəsri, ərəb. أبو علي الحسن بن الحسن بن الهيثم‎, ing. Abu Ali Hasan Ibn Al-Haytham) — məşhur Ərəb fizik alimi-unversalı (965, Bəsrə — 1039, Qahirə). İbn Heysəm döğulduğu Bəsrə şəhərində vəzir vəzifəsini tuturdu, ancaq elmə həvəs vəzifəni ataraq elmlə məşğul olmağa gətirib çıxardı. Onun Nil çayının suyunu tənzimləmək planı Misir hökmdarı əl-Həkimin diqqətini cəlb edir. Onun riyaziyyata, astronomiyaya, optika və mexanikaya dair 89 əsəri vardır. İbn Heysəm özünün elmi tədqiqatlarını dəqiq riyazi hesablamalarla təsdiq edirdi. Onu bəzən "optikanın atası" da adlandırırlar. Orta əsrlər Avropasında İbn Heysəm Alhazen kimi tanınırdı. Onun şərəfinə Ayda krater də adlandırılmışdır.
İbn Hişam
Əbu Məhəmməd Əbd əl–Məlik ibn Hişam ibn Əyyub əl–Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ‎‎ ابن أيوب الحميري‎) əl–Maafiri və ya qısaca: İbn Hişam (ərəb. ابن هشام‎) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله‎) əsərinin şərhçisi olaraq tanınır. Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur. İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185) görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il) görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə vəfat etmişdir.
İbn Hövqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
İbn Macə
İbn Macə (824–887) — Hədis alimi, İslam alimi. 824 Qəzvində doğulub. Sünəni-İbn Macə kitabının müəllifidir.
İbn Makula
İbn Makula (tam adıː Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula; 1030 – 1082, Qorqan) — mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə. IX əsrdə Əbu Cəfər Məhəmməd ibn Həbib əl-Bağdadi tərəfindən əsası qoyulan "əl-Mütəlif və-l-Müxtəlif" ("Adların oxşar və fərqli cəhətləri") janrı ərəb-müsəlman ədəbiyyatında bioqrafik ədəbiyyatın bir qolu hesab edilir. Bu janr XI əsrin ikinci yarısından başlayaraq çiçəklənmə dövrünü yaşayır. "Əl-Mütəlif və-l-Müxtəlif" mövzusunda yazan çoxsaylı müəlliflər arasında İbn Makulanın özünəməxsus yeri var. Qərbi Avropa və rus alimlərindən K.Brokelman və İ. Kraçkovski dövrün bu janrda yazmış çoxsaylı müəllifləri arasında məhz İbn Makulanın adını xüsusi qeyd etmişlər. Akademik İ. Kraçkovski İbn Makulanı əs-Səmaninin (1113–1167) sələfi kimi qəbul edərək onun "Əsmə ər-Ricəl" ("Hədis bilicilərinin adları") haqqında yazdığını vurğulamışdır. Ərəb ədəbiyyatı tarixində mavlə, böyük əmir, alim, tarixçi, ədib, hafiz, tənqidçi, nəssəbə (genealogiya ilə məşğul olan alim) kimi məşhur olan Əbu Nəsr Əli ibn Hibbətullah ibn Əli ibn Cəfər ibn Əli ibn Məhəmməd ibn Makula öz dövrünün tanınmış simalarındandır. O, Bağdadda vəzirlər, qazılar yetişdirən hörmətli, sayılıb-seçilən bir ailədə doğulmuşdur. Makula adının mənası barədə ərəb müəllifləri məlumat vermir. Bununla maraqlanan İbn Xəllikan qeyd edir ki, o, bu sözün mənasını aça bilməmişdir.
İbn Miskəveyh
İbn Miskəveyh (farsca: مُسْکُـوْيَه Muskūyah, 932–1030) — tam adı Əbu Əli Əhməd ibn Məḥəmməd ibn Yaqub ibn Miskəveyh Büveyhi dövrünün fars filosofu və tarixçisi. Neoplatonizm fəlsəfəsinin ardıcılı olaraq İslam fəlsəfəsinə təsir etmişdir, əsas fikirlərini əxlaq problemləri üzrə irəli sürmüşdür. Praktik etikaya, davranışa və xarakteri incələşdirməyə diqqət yetirərək "Xarakterin incələnməsi" (تهذيب الأخلاق Təhdib əl-Axlaq) adlı fəlsəfi etikaya dair ilk böyük İslam əsərinin müəllifi idi. Şəxsi etikanı ictimai aləmdən ayırdı və ağılın azad təbiətini aldadıcı çevrəyə qarşı qoyurdu. Miskəveyh dövrünün intellektual və mədəni həyatında görkəmli bir şəxs idi. Miskəveyh, Ziyarilərin nəzarəti altında olan Reydə anadan olub. Ola bilsin öncə zərdüşti olub, sonra İslamı qəbul edib, ya da onun nəsli zərdüşdi olub. Erkənyaşlarını həyatını Bağdadda keçirib, burada Büveyhi əmiri Muizz əd-Dövlənin vəziri Muhallabi'nin katibi olmuşdur. Orta fars dilini səlis bilirdi, bu dildə bəzi islamdan əvvəlki mətnləri ərəb dilinə tərcümə etmişdi. İllərlə Büveyhi vəziri Əbuül-Fədl ibn əl-Əmidlə birlikdə çalışdı.
İbn Mülcəm
Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي‎) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici. Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır. Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır. Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.:309 Tabataba'i, Muhammad Husayn. Shi'ite Islam. SUNY Press. 1977. ISBN 978-0-87395-390-0.
İbn Mәkanis
İbn Məkanis (ərəb. ابن مكانس, ö.1392), Məmlüklər dövründə yaşamış yazıçı və şairlərdən biridir. Tam adı Ebû'l-Fərəc Fəhrettin Əbdurrahman b. 'Əbdi'r-Rəzzaḳ əl-Mişridir. Deyilənə görə, İbn Məkanis kopt mənşəlidir və xristian ailəsindəndir. Onun cəmiyyətdə özünü necə aparmasından bəhs edən və ironik bir dillə yazdığı didaktik urcuzesi ən məşhur şeiri kimi görünür. Ayyıldız, Esat (2019). Klasik Dönem Sonrası Arap Şiirinde İbn Mekânis’e Ait Sosyoloji Temalı İronik Bir Didaktik Urcûze Denemesi. 4. Uluslararası Sosyoloji ve Ekonomi Kongresi, s.343-355.
İbn Nədim
Əbül Fərəc Mühəmməd ibn İshaq ibn Mühəmməd ibn İshaq İbn ən-Nədim — bioqraf, biblioqraf. «Fihrist»də olan məlumata görə Ən-Nədimiin təqribən 935-ci ildə Bağdadda anadan olmuşdur. Atasının kitab dükanı olduğundan o, uşaq yaşlarından kitab ticarəti və kitabların üzünün köçürülməsi ilə məşğul olmuşdur. Bu məşğuliyyət onda biblioqrafik işə və kitabşünaslığa maraq oyatmışdır. Belə güman edirlər ki, o, 990-cı ildə «Fihrist» əsərini bitirdikdən sonra vəfat etmişdir. Ən-Nədiminin atası kitab taciri olmuşdur. Müəllifin ömrünün çox hissəsini Bağdadda keçirməsi və oranın kitab bazarı ilə tanış olması «Fihrist»in coğrafi əhatəsini müəyyənləşdirir. Əsərdə Çinin, Hindistanın, Fransanın, rusların və b. yazı nümunələrindən bəhs olunur.
Cəfər ibn Muhəmməd
Cəfər Sadiq (20 aprel 702, Mədinə, Hicaz, Əməvilər xilafəti – 16 dekabr 765, Mədinə, Hicaz, Abbasilər xilafəti) — Şiələrin 6-cı imamı. Məzarı Bəqi qəbristanlığında atası Məhəmməd əl-Baqir`in məzarı kənarındadır. Cəfər Sadiq, Əməvilərin təxminən 4 dövrlük hakimiyyətinə şahid oldu. Əməvilərin ümümilikdə İslam ümmətinə, xüsusilə Məhəmməd Peyğəmbərin Əhli Beytinə və Şiələrinə qarşı etdikləri zülmü, terroru və qatı tədbirləri yaşadı. Əməvi səltənəti hicri 132-ci ildə sona yetdi və xilafəti Abbasilər ələ keçirdi.İmam Cəfər Sadiq qana susamış Əbu Abbas Səffah`ın dönəmini və Mənsur Dəvaniqi hakimiyyətinin də təqribən 10 ilini gördü. İmam Cəfər Sadiq`in vaxtında Mötəzilə, Əşərilər,Xaricilər, Keysanilər və Zeydilər kimi firqələr yayılmışdı.Bu qruplar arasında şiddətli mübarizə gedirdi. Zındığlıq(dinsizlik)da xeyli yayılmış,İslam cəmiyyətinin daxilində boşluqlar yaratmağa qadir olmuşdu.İmam Cəfər Sadiq bir tərəfdən dinsizliyə qarşı,bir tərəfdən də azğın qrupların fikirlərinin üstünlük qurmasına qarşı mübarizə aparırdı. Əllamə Təbərsi`nin əl-İhticac kitabından nəqlən: "Bir zındıq İmam Sadiqin(ə) yanına gəlib soruşdu: Aləmi yaradanın varlığına dəlil nədir?" İmam Sadiq(ə)buyurdu: "Baş verən işlərin varlığı,onları yaradanın varlığına dəlalət edir.Görmürsənmi,sən bir tikilmiş binaya baxdıqda,hətta bənnanı görməsən və onu müşahidə etməsən də,onun bir banisinin(tikənin) olduğunu bilirsən..." Digər bir hədisdə: Zındıq soruşdu: "Allahdan qeyrisinə səcdə etmək düzgündürmü?" İmam Sadiq(ə)buyurdu: Xeyr. Zındıq soruşdu: "Bəs niyə Allah mələklərə Adəmə(ə) səcdə etməyi əmr etdi?" İmam Sadiq(ə) buyurdu: "Kim Allah`ın əmri ilə səcdə edərsə,Allah üçün səcdə etmişdir .Mələklər(Adəmə) Allah-taalanın əmri ilə səcdə etmişlər,buna görə də səcdələri Allah üçün idi". Mənsur Dəvaniqi,İmam'ı öldürməyi plânlamıştı.
Cəfər ibn Sadiq
Cəfər ibn Yəhya
Cəfər ibn Yəhya Bərməki və ya Cəfər əl-Bərməki (fars. جعفر بن يحيى‎, ərəb. جعفر بن يحيى‎; 767–803) Abbasilər ərəb sülaləsinin beşinci xəlifəsi Harun ər-Rəşidin dövründə vəzir vəzifəsini yerinə yetirirdi. Atası fars vəziri Yəhya ibn Xalid idi, hansı ki nüfuzlu Barmakidlər nəslindən gəlirdi. 786-cı ildə Cəfər ibn Yəhya atasının vəzifəsini miras almışdı. Cəfər ibn Yəhya çalışırdı ki elmi inkişaf etdirsin və Bağdadı hind elmi ilə tanış etmək üçün çoxlu işlər görmüşdü. Qeyd edilir ki, Cəfər ibn Yəhya xəlifəni inandırmışdı ki, Bağdadda kağız fabriki açılsın. Kağız hazırlanma sirrini onlar 751-ci ildə baş vermiş Talas döyüşündən sonra götürülən çinli məhbuslardan öyrənmişdilər. Cəfər ibn Yəhya Harun ər-Rəşidlə yanaşı Min bir gecənin bir neçə nağıllarında peydə olur, tez-tez baş qəhrəman rolunda çıxış edir. Məsələn, "Üç Alma" nağılında qətlin sirrini açmaq və günahkarı tapmağa çalışan xəfiyyədi, halbuki "Attafın nağılı"nda daha çox fırıldaqçı şəklində göstərilib.
Cəfər ibn Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Cəfər ibn Əli
Cəfər ibn Əli ibn Əbu Talib (ərəb. جَعْفَر ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — Əli və Ümmül-Banunun oğlu idi. Onu atası Əli qardaşı Cəfər ibn Əbu Talibin şərəfinə adlandırmışdır. Gənc Cəfər Kərbəla döyüşündə Hüseynin səhabələrindən biri olub, Aşura günü qardaşları Abbas, Abdulla və Osman ilə birlikdə şəhid olmuşdur.
Cəfər ibnn Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Cəəd İbn Dirhəm
Cəəd İbn Dirhəm, Əl Cəəd İbn Dirhəm (الجعد بن درهم) (666, Xorasan – 14 oktyabr 742, Kufə) — VIII əsr mütəkəllimi. İslamda Cəbriti cərayanının ilk nümayəndəsi. Cəhm ibn Səfvanın müəllimi. Məhs Cəhm ibn Səfvan sonradan Cehmiliyin əsasənı qoymuş. Doğulduğu yer (Hərran, yaxud Xorasan). Uzun müddət Dəməşqdə yaşamışdır. Xorasanda anadan olan Cəəd İbn Dirhəm Banu Mərvan nəslindən idi. Sonradan Dəməşqə köçmüş. İbn Asakir və başqa tarixçilərin fikirlərinə görə Cəəd İbn Dirhəmin dünya görşünün formalaşmasında Bayan İbn Samaanın rolu böyük olmuş. İbn Samaan isə Talutun tələbəsi olmuş.
Deysəm ibn İbrahim
Əbu Səlim Deysəm ibn İbrahim əl-Kürdi — Saci sərkərdəsi, Azərbaycan hakimi. O, Yusif ibn Divdadın sərkərdələrindən biri idi. 935-ci ildə Müflih əl-Sacini devirmiş, 938-ci ildə bütün Cənubi Azərbaycanda hakimiyyətini bərqərar etmişdi. Lakin tezliklə Ziyarilərin sərkərdəsi (o, öz ağasından qaçmışdı) Ləşkəri ibn Mərdinin hücumuna məruz qaldı. Ləşkərinin ordusu Deysəmi məğlub edərək onu Azərbaycandan qısa bir müddətə qovdu lakin, təkcə Ərdəbil xalqının müdafiəsinə qalib gələ bilmədi. Taktikanı dəyişib gecə vaxtı Ərdəbilə hücum edən Ləşkəri qala divarlarını açaraq şəhəri ələ keçirdi. Ləşkəri səhəri gün şəhəri tərk edib düşərgəsinə qayıdanda xalq Deysəmi Ərdəbilə yenidən çağırdı, Ləşkəri Muğana qaçdı. Öz oğlu və qardaşını çağıraraq yenidən ordu quran Ləşkəri bir daha Deysəmə hücum edərək məğlub etdi. Deysəm Rəss çayının o tayına keçərək keçidləri bağlayaraq müdafiə olunmağa başladı. Ləşkəri və əsgərli Gilanlı olduqları üçün üzməyi yaxşı bilirdilər.
Fəribürz ibn Afridun
II Fəribürz – Şirvanşahlar dövlətinin iyirmi üçüncü hökmdarı, Şirvanşah II Əfridunun oğlu. Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum olmayan bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində ənənəvi dini rəmz və xəlifə ən-Nasirlidin Allahın (h.575-622) (1180-1225)-ci illər) adı, əks tərəfində isə "əlməlik, əl-adil Cəlal əd-Dünya və-d-Din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk olunmuşdur. Şirvanşahın adında sülalənin ən görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində dəbdəbəli əl-adil, Cəlal əd- Dünya və-d-Din ləqəblərinin və Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir. XII əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla (h.582-587 (1187-1191)-ci illər) mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul (h.571-590 (1176- 1194)-cı illər) 1194-cü ildə Xarəzmşah Təkişlə (h.567-596 (1172-1200-cı illər) vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri başlandı.
Fəribürz ibn Salar
I Fəribürz – Şirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu. Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi. Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı.
Fəzl ibn Abbas
Fəzl ibn Abbas (ərəb. ‎‏ الفضل بن العباس‎‎) — Abdullah ibn Abbasın qardaşı, Məhəmmədin əmoğlusu.
Fəzl İbn Məhəmməd
Fəzlullah ibn Ruzbehan Xunci
Əbülxeyr Fəzullah ibn Ruzbehan əl–Xunci əl–İsfahani əl–Əmini (1457–1521) — tarixçi. Xacə Mövlana-yi İsfahani kimi tanınan Əbülxeyr Fəzullah ibn Ruzbehan 1457-ci ildə İsfahanın Xunəc qəsəbəsində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fəzullah Xunci 13 aprel 1521-ci ildə Buxara şəhərində vəfat etmişdir. Tarixi-aləm arayi-Əmini Mehmannameyi-Buxara. İsfahan farsı olan Fəzlullah ibn Ruzbihan Hunəcinin Səfəvilərə olan tükənməz nifrətini sübut edən sənədi Osmanlı dövlət yazışmasında saxlanıb: Bunlardan, "qeyri-vətənpərvər farsın(söhbət Rüzbihan Huncidən gedir)" sultan Səlimə ithafən yazdığı, onun İsmail Səfəvi üzərində qələbəsini alqışlayan iki poema aşkar olunub. Poemaları aşkar edən Əhsən ət-Təvarixin müəllifi Feridun bəy Fəzlullah İbn Rüzbihanı Xoca İsfahani adlandırır. Fars poemasında 28 beyt var və müəllif Osmanlı sultanının üzərinə hər cür xeyir dua diləyir, və onu Qızıl börklilər üzərində qələbəsini alqışlayaraq, İsmailın başını kəsərək, İskəndər Zülgərnəyn kimi İranı Ruma birləşdirməsini diləyir. Б.А. Ахмедов. Государство кочевых узбеков.
Görüntülər (İbn Sina)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. Ariflərin irfani məqamları "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Hani ibn Urvə
Hani ibn Urvə Kufədə yaşayan Bəni Murad qəbiləsinin başçısı idi.O, İmam Əlinin səhabələrindən idi.Hani İmam Hüseyn tərəfindən göndərilmiş Müslüm ibn Əqilə pənah verdi.Haninin qəbri Böyük Kufə məscidindədir.
Hişam ibn əl-Kəlbi
İbn Əl-Kəlbi (ərəb. ابن الكلبي ‎; 737, Kufə – 819[…], Kufə) kimi tanınan Hişam ibn əl-Kəlbi (737 - 819) Ərəb tarixçisi idi . Onun tam adı Əbu əl-Münhir Hişam bin Məhəmməd bin əl-Sa'ib bin Bişr əl-Kəlbi . Kufə şəhərində anadan olub, həyatının çox hissəsini Bağdadda keçirib . Atası kimi, qədim ərəblərin şəcərələri və tarixi haqqında məlumatlar toplayıb . «Fihrist»ə görə , 140 əsər yazıb. Ərəblərin şəcərələrinə dair əsəri Kitab al-Aqaniyədir . Hişam İsmail və Məhəmməd arasında bir şəcərə əlaqəsi qurdu və bütün ərəblərin İsmailin nəslindən olduğu fikrini ortaya qoydu. O, ərəblərin qədim şifahi ənənələrinə əsaslanaraq, həmçinin Bibliya və Palmira mənbələrindən istifadə edən yazıçıları da qeyd etdi . 1966-cı ildə W. Caskel, İbn əl- Kəlbinin Cəmarət əl Nasab ( Dini Genealogische Werk des Hisam Ibn Muhammad al Kalbi ) adlı iki cildlik bir araşdırmasını nəşr etdi .
Hucr ibn Adi
Hucr ibn Adi el Kindi (ərəb. حُجْر ٱبْن عَدِيّ ٱلْكِنْدِيّ‎; VII əsr – 660 və ya 671) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi idi. İslamın dördüncü Rəşidun xəlifəsi və şiələrin ilk imamı olan Əlini açıq şəkildə lənətləmək ənənəsinə etiraz etdiyinə, sarsılmaz dəstəyi və təriflərinə görə,Osmanı korrupsiyasına görə ittiham etdiyi üçün Əməvilər xəlifəsi I Muaviyə tərəfindən ölüm hökmünə məhkum edildi. Kində qəbiləsinə aid idi. Hucrə iki ad verilmişdi: "əl-Kindi" və "əl-Adbar". Birinci adı "əl-Kindi" idi, yəni ərəb qəbiləsindən olan Kində adlı şəxs. Hucrə verilən ikinci ad isə "əl-Adbar" idi. Bəzi rəvayətlərə görə, son istəyi, ölüm onu ​​qorxutmasın deyə oğlunu əvvəl və Əlini lənətləmək vəziyyətinə düşməməsi üçün edam edilməsi idi. Hucr və oğlu Humaam ibn Hacar və bir sıra digər səhabələr Suriyanın paytaxtı Dəməşqin kənarındakı Adrada basdırılır. Məzarının ətrafında bir məscid tikilmişdir ki, bu da müsəlmanlar üçün ziyarət yeridir.
Hudayfa ibn Mihsan
Hudayfa ibn Mihsan (Bariq[d], Əsir bölgəsi[d] – 632, ərəb. حذيفة بن محصن البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslam tarixində yeri mühümdür və Ömərin xilafətində ordunun komandanı olub. 632-ci ilin sentyabrında Əbu Bəkr Omandakı üsyanları yatırmaq üçün Hudayfa ibn Mihsanın komandanlığı altında qoşun göndərir.. Burada Azd qəbiləsi və onların başçısı Ləkit ibn Malik üsyan qaldırır. Omana girən Hudayfa, düşmənə qarşı kifayət qədər əsgərinin olmadığını qiymətləndirincə dəstək gözləməyə başlayır. İkrimə ilə gələn dəstək qüvvələrinin köməyi ilə üsyan 632-ci ilin noyabrında Dibbadakı Daba döyüşü ilə yatırılır. Lakin o, müharibə zamanı şəhid olur.
Hərmələ ibn kahil əsədi
Həssan ibn Sabit
Həssan ibn Sabit (554, Mədinə – 674, Mədinə, ərəb. حسان بن ثابت‎ Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir. Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır. O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir.
Həssən ibn Sabit
Həssan ibn Sabit (554, Mədinə – 674, Mədinə, ərəb. حسان بن ثابت‎ Ḥəssan b. S̱abit) — Ərəb şairi, Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Ona “Rəsulullahın şairi” ləqəbi verilmişdir. Tam adı Həssan ibn Sabit ibn əl-Münzir ibn əl-Xəzrəci əl-Ənsari (حسان بن ثابت بن المنذر الخزرجي الأنصاري)dir. Mədinədə doğulmuş, Xəzrəc qəbiləsindən olmuşdur. Təxminən 60 yaşında İslamı qəbul etmişdir. İslamı qəbul etdikdən sonra Məhəmməd peyğəmbərdən ayrılmamışdır. O, şairlik istedadına malik olub, Məhəmmədin və müsəlmanların şərəfinə şeirlər yazmışdır. Səhhəti pis olduğu üçün döyüşlərdə iştirak etməsə də, şeirləri ilə müsəlman döyüşçülərin ruhunu yüksəldir.
III Məhəmməd ibn Əbdürrəhman
III Məhəmməd və ya Məhəmməd ibn Əbdürrəhman (ərəb. محمد بن عبد الرحمن بن عبيد الله‎) (d. 976 - ö. 1025) — 11. Kordova xəlifəsi. İbn Hazm, Cemhere (nşr. Abdüsselâm M. Hârûn), Kahire 1982, s. 101. Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1966, s. 25-26.
II Abdullah ibn Tahir
II Abdullah ibn Tahir Xorasani ya da Tahir bin 'Abdullah (?-862) — Tahirilər sülaləsindən, 845-ci ildən 862-ci ilədək Xorasanın valisi. Atası Abdullah, Oğuzları tutmaq üçün onu şimal çöllərinə göndərdi. Atası öldükdən sonra o vali oldu. 862-ci ildə öldü və ölməzdən öncə vəsiyyəti isə oğlu Məhəmmədi vali olaraq onu bacarıqlı olacağını söylədi və bu xəlifə tərəfindən təsdiqləndi. Bosvort, C. E. "The Tahirids and Saffarids." The Cambridge History of Iran Volume 4: From the Arab Invasion to the Saljuqs. R. N. Frye. London, UK: Cambridge University Press, 1975.
II Afridun ibn Mənuçöhr
Zöhrətəddin II Əfridun (Şamaxı – 1160, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirminci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Afridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur. Afridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Afridun elə həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan hökmdarı olmuşdur. Fələki Şirvani qəsidələrinin birində Əfridunu tərifləyərək deyir: Çox illər yaşasın Zöhrətəddin,Dövrün məkrlərindən uzaq olsun, Fəridun şahzadədir aslan ürəkli, Təkcə atası var dünyada onun təki Ziya Bünyadov şair Xaqaninin də Əfridundan bəhs etdiyini qeyd edir. Atası III Böyük Mənuçöhr. Şirvanşah. Atasının həyat yoldaşı Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, Baqrationi sülaləsindən.

Digər lüğətlərdə