İSR

ə. iz, ləpir.

İSNƏTEYN
İSRA
OBASTAN VİKİ
Eddi İsrafilov
Eddi İsrafilov (2 avqust 1992) — azərbaycanlı futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib. == Həyatı == Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir. == Klub karyerası == Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu. Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi.
Elçin İsrafilzadə
Emil İsrafilbəyov
Emil İsrafilbəyov və ya Emil Baku (d. 27 aprel, 1972. Bakı, Azərbaycan SSR, SSRİ — ö. 18 yanvar, 2016) — Azərbaycan boksçusu. == Həyatı == Emil İsrafilbəyov 1972-ci ildə Bakıda doğulub. Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-yə köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib. "Emil Baku" adı altında uğurlar qazanan boksçu beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı. Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı.Lakin uzun çəkən xəstəlikdən sonra 2016-cı ildə vəfat etdi.
Ermənistan–İsrail münasibətləri
İsrail–Ermənistan — İsrail Respublikası və Ermənistan arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. 1993-2007-ci illər ərzində İsrail Ermənistanda Gürcüstandakı səfirliyi vastəsi ilə təmsil olunurdu. 1996-cı ildə isə Solak Momcyan Ermənistanın Qüdsdəki səlahiyyətli səfiri olur. 2007-ci ildə İsrailin Ermənistandakı nümayəndəliyi İsrailə köçürülür. 2010-cu ilin oktyabrında isə Şmuel Meyron İsrailin Ermənistandakı səfiri təyin edilir. 2012-ci ildə Armen Melkonyan Ermənistanın İsraildəki səfiri olaraq iş yeri Qahirə olur. 2012-ci ilin oktyabrında Ermənistan Respublikasının İsraildəki fövqəladə və səlahiyyətli səfiri Armen Melkonyan etimadnaməsini İsrail Prezidenti Şimon Perezə təqdim etmişdir. Digər tərəfdən, Ermənistan Cənubi Qafqazdakı ən anti-semitist ölkədir. Ermənistanda anti-semitizmin önə çəkilməsinin səbəblərindən biri də Azərbaycan–İsrail münasibətləridir.
Filippin–İsrail münasibətləri
İsrail–Filippin — İsrail Respublikası və Filippin arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. İki ölkə arasında tam diplomatik münasibətlər 26 fevral 1958-ci ildə Dostluq Müqaviləsi imzalandıqdan sonra quruldu. 1962-ci ildə İsrailin Maniladakı səfirliyi və Filippin Təl-Əvivdəki səfirliyi açılır. İsrailin Filippindəki səfiri Efraim Ben-Matityahudur. == Tarixi == Filippin 1947-ci ildə İsrail Dövlətinin yaranmasına səbəb olan Fələstinin bölünməsi barədə BMT-nin 181 saylı qətnaməsinin lehinə səs verdi. Filippin İsrailin qurulmasını dəstəkləyən 33 ölkədən biri və qətnaməyə səs verən yeganə Asiya ölkəsi olur. İsrail və Filippin 1957-ci ildə tam diplomatik münasibətlər qururlar. 1962-ci ildə Təl-Əviv və Manilada səfirliklər açılmışdır. 1997-ci ildə hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi dialoq qurmaq üçün Anlaşma Memorandumu imzalandı.
Fərhad İsrafilov
Fərhad Ramazan oğlu İsrafilov (5 yanvar 1955, Bakı) — Azərbaycanın teatr və kino aktyoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət YUĞ Teatrının aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.(2024), "Tərəqqi" medalı laureatı == Həyatı == Kinoda çəkilməyə 14 yaşında başlayıb. 15 yaşında olarkən bütün Azərbaycan onu "7 oğul istərəm" filmindəki Qəqəni obrazı ilə sevib. Moskvada aktyoruluq üzrə təhsil almış ilk azərbaycanlılardandı. Sənətini orda davam etdirməsinə şans yaransa da, o, Bakıya dönməyi seçib. O, həm də "Yuğ" teatrının veteranlarındandır. 1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975–1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb.
Gürcüstan–İsrail münasibətləri
Gürcüstan–İsrail münasibətləri — İsrail və Gürcüstan arasında mövcud mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. İki ölkə arasında diplomatik münasibətlər 1 iyun 1992-ci ildə qurulmuşdur. Gürcüstanın Təl-Əvivdə, İsrailin də Tiflisdə səfirliyi var. == Tarix == Gürcüstanda 13 min yəhudi olduğu kimi, İsraildə də 120.000 gürcü yəhudisi yaşayır. 2008-ci ildə Cənubi Osetiyadakı müharibə zamanı İsrail Xarici İşlər Nazirliyi, Gürcüstanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin sülh yolu ilə həllinə çağırdığını bildirdi. 2012-ci ildə Arçil Kekelia Gürcüstanın İsraildəki səfiri təyin edildi. Onun qarşısında iki əsas vəzif qoyulmuşdur: Qüdsdəki 300 il əvvəl Yunan Pravoslav Kilsəsi tərəfindən zəbt edilmiş Müqəddəs Xaç monastırını geri qaytarmaq və İsrail ilə iqtisadi əlaqələri gücləndirmək. ABŞ Prezidenti Donald Trump tərəfindən Qüdsün İsrail paytaxtı kimi tanınmasından sonra Gürcüstan parlamentinin hakim partiyadan olan deputatı Şota Şalelaşvili Amerika liderinin addımını dəstəkləməyi təklif etdi. 2018-ci ilin dekabrında İsrail xarici işlər nazirinin müavini Sipi Hotoveli Gürcüstana yeni seçilmiş prezident Salome Zurabişvilinin andiçmə mərasiminə dəvət edildi.
Hayfa dairəsi (İsrail)
Hayfa dairəsi (ivr. ‏מחוז חיפה‏‎) — İsrailin yeddi inzibati ərazi vahidindən biri. Dairənin inzibati mərkəzi Hayfa şəhəridir. Ərazisi 864 кm². == Demoqrafiya == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə dairədə 913 000 nəfər yaşayırdı, o cümlədən: Yəhudilər — 634 300 nəf. (69,5 %) Ərəblər — 228 100 nəf. (25 %) Digərləri — 50 600 nəf. (5,5 %) Dini inanca görə: İudaizm — 71,27 % Ərəblər-müsəlmanlar — 18,81 % Ərəblər-xristianlar — 1,78 % Druzlar — 2,52 % Digərləri — 4,9 % Əhalinin illik artımı 0,8 % təşkil edir.
Hindistan–İsrail münasibətləri
İsrail–Hindistan — İsrail Respublikası və Hindistan arasındakı mövcud müasir və tarixi ikitərəfli siyasi, mədəni, iqtisadi, hərbi və s. əlaqələr. == Tarixi == Hindistan İsrailin qurulmasından bir il əvvəl, 1947-ci ildə Böyük Britaniya imperiyasından müstəqillik əldə etdi. 1947-ci ildə Hindistan BMT-nin Fələstin üzrə Komissiyasına qatıldı. İran və Yuqoslaviya ilə birlikdə federal ikimilli (ərəb-yəhudi) dövlətin yaradılmasını müdafiə etdi, lakin komissiyanın əksəriyyəti başqa bir təklifi dəstəklədi. İki ayrı millət dövləti yaratmaq qərara alındı. Hindistanın irəli sürdüyü plan rədd edildikdən sonra, BMT-də keçirilən səsvermədə bu ölkə Fələstinin bölünməsi ideyasını rədd edən müsəlman və ərəb ölkələrinin mövqeyinə qoşuldu. 1948-ci ilin may ayında İsrail Dövləti yaradıldıqdan sonra Hindistanın Baş naziri Cəvahirləl Nehru Birləşmiş Millətlər Təşkilatının Fələstinin taleyini necə həll etdiyinə hirs və nifrət hissi ilə reaksiya verdi. Onun sözlərinə görə sionistlər BMT-də Hindistanın səsini satın almağa çalışdılar. O dövrdə Hindistanın BMT-dəki səfiri olan Nehrunun bacısı Vijaya Panditə düzgün səs verməsə həyatı təhlükə altına qalacağı söylənilmişdi.
Honkonq–İsrail münasibətləri
İsrail–Honkonq — Honkonq və İsrail arasında ikitərəfli beynəlxalq diplomatik münasibətlər. İsrailin Honkonqda bir konsulluğu var. Honkonq isə Çinin Tel-Əvivdəki səfirliyində yerləşən Honkonq İqtisadi və Ticarət Bürosu tərəfindən təmsil olunur. == Tarixi == 1958-ci ildə iş adamı Viktor Zirinsky Honkonqda İsrailin fəxri konsulu təyin edildi və 1985-ci ildə Honkonq və Makao üçün baş konsul təyin edildikdə İsrail rəsmi diplomatik bir nümayəndə göndərilənə qədər bu vəzifədə çalışdı. Honkonqun texnoloji startaplara marağı iki ölkə arasında əlaqələrin artmasına səbəb oldu. Honkonq Xüsusi İnzibati Bölgəsindəki bir hökumət idarəsi olan InvestHK, İsrail iş adamlarına şəhərdəki işlərində kömək edəcəyini söylədi. İsrail startapları 500.000 ABŞ dolları həcmində investisiya, Honkonq səfəri, Asiya müəssisələrinin icraçı direktorları ilə təlimlər və bölgədəki böyük texniki tədbirləri ziyarət etmək təklif edən xüsusi inkişaf proqramına qəbul edildi. 2015-ci ildə İsrail Honkonq ilə texnologiya və tədqiqat sahələrində əməkdaşlığı artırmaq üçün bir saziş imzalanır. Yeni proqram sənaye sektorunda tədqiqat layihələrini inkişaf etdirmək üçün qurulur. Honkonqda sahibkarlar İnnovasiya və Texnologiya Fondu (ITF) tərəfindən idarə olunan ESS (Enterprise Support Scheme) proqramı vasitəsilə maliyyələşmə əldə etdilər.
Hüseyn bəy İsrafilbəyov
Hüseyn bəy İsrafilbəyov (1838, Yelizavetpol – 22 dekabr 1907) — Çar dövrünün dövlət xadimi və məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi. == Həyatı == 1838-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hüseyn bəy İsrafilbəyov 1907-ci ildə naməlum şəraitdə qətlə yetirilmişdir. Nərgiz xanım Qazzıyevayla ailə qurmuşdur. Mikayıl bəy İsrafilbəyovun atasıdır. == Fəaliyyəti == 1868–1871-ci illərdə Qazaxda məhkəmə pristavı, 1871–1872-ci illərdə Yelizavetpol (Gəncə) şəhər Polis İdarəsinin pristavı, 1873–1874-cü illərdə Qazax qəza rəisinin kiçik köməkçisi, titulyar müşavir, Qazax qəza rəisinin köməkçisi, kollec assesoru, 1877-ci ildə Zəngəzur qəza rəisinin köməkçisi, 1878–1883-cü illərdə Yelizavetpol şəhərinin polismeysteri, saray müşaviri, kollec müşaviri, 1882-ci ildə polismeyster vəzifəsində işləyə-işləyə Yelizavetpol Quberniyasının Həbsxanalara Nəzarət Komitəsinin üzvü, 1894–1897-ci illərdə yenidən Yelizavetpol şəhərinin polismeysteri, İtatski-müşavir olmuşdur. Hüseyn bəy 1901–1907-ci illərdə Yelizavetpol şəhər İdarəsinin, o cümlədən 1901–1903, 1906-cı illərdə Yelizavetpol şəhər Dumasının qlasnısı olmuşdur.
Həbib İsrafilov
Həsən İsrafilov
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor == Həyatı və təhsili == 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir. 1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır. === Ailəsi === Ailəlidir, bir övladı var. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. === Elmi fəaliyyəti === Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir. == Mükafat və təltifləri == 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Həsən İsrailov
Həsən İsrailov (çeç. Исраил КIант Хьасан; rus. Хасан Исраилов; 1910, 1903 və ya 1907, Rusiya imperiyası – 25 dekabr 1944, Çeçen-İnquş MSSR) — çeçen millətçisi, partizan döyüşçüsü, jurnalist və Sovet İttifaqına qarşı 1940-cı ildən 1944-cü ildə vəfatına qədər çeçen-inquş üsyanına rəhbərlik edən bir şair idi.II Dünya Müharibəsi illərində ən təsirli çeçen müqavimət liderlərindən biri olaraq qəbul edilir və bir çox çeçen tərəfindən milli qəhrəman olaraq sayılır. Almanların Qafqazı işğal etməyə çalışdığı bir dönəmdə üsyan qaldırdığı üçün ruslar tərəfindən pis ad qazanmışdı. == Həyatı == İsrailov 1910-cu ildə Çeçenistanın Qalançoy kəndində altı qardaşın ən balacası kimi anadan olub. Orta məktəbi 1929-cu ildə Rostovda əla qiymətlərlə bitirdi. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının gənclər qanadı olan komsomola qoşuldu. 1929-cu ildə Rostov-on-Dondakı bir kommunist orta məktəbini bitirən İsrailov Kommunist Partiyasının sıralarına daxil oldu və 1933-cü ildə Moskvaya Şərq Zəhmətkeşləri Kommunist Unversitetinə göndərildi. Tələbə olduğu müddətdə pyes və şeir yazdı və Moskvada Krestianskaia Gazeta (Fermer qəzeti) müxbiri oldu. Bir neçə məqaləsində Çeçenistan-İnquşetiyadakı sovet siyasətini sərt bir şəkildə tənqid etti.
Kamran İsrafilov
Kamran Ağakərim oğlu İsrafilov (5 sentyabr 1979, Bakı- 12 fevral 2018, Bakı) – Azərbaycanın tanınmış teleaparıcısı, İctimai Televiziya və Radio Yayımları şirkətinin uşaq və digər verilişlərinin aparıcısı, müxtəlif televiziya və dövlət səviyyəli layihələrin ssenari müəllifi, o cümlədən Mərdəkan Mədəniyyət sarayının və Uşaq Teatr Studiyasının bədii rəhbəri. == Həyatı == Kamran İsrafilov 5 sentyabr 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, 1985-ci ildə 29 saylı orta məktəbin birinci sinfinə qəbul olunub. Kiçik yaşlarından teatra, musiqiyə və ədəbiyyata böyük maraq göstərən Kamran, hələ şagird ikən öz məktəbli yoldaşları ilə müxtəlif nağıllar əsasında tamaşalar hazırlayıb, məktəb səhnəsində çıxış edirdi. 1996-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinə qəbul olunur. 2000-ci ildə isə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistratura pilləsinə daxil olur və 2002-ci ildə fərqlənmə ilə bitirir. Bir neçə müddət Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. Daha sonra Kamran İsrafilov uzun illər , İctimai Televiziyada uşaq və digər verilişlərin aparıcısı kimi fəaliyyət göstərir. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz Bahar Festivalı"nın aparıcısı olur. Fransanın Strasburq şəhərində UNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında, həmçinin Türkiyədə keçirilən "Uluslararası 23 nissan Çocuk Festivalı"nın və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edir.
Katolikos İsrail
Katolikos İsrail — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Katolikos V Nersesin qardaşı nəvəsi idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilmir. Katolikos XI İohannesin seperatçı və ruspərəst meylinə görə İbrahim xan İsraili katolikos kimi təsdiqlədi və Gəncə yepiskopluğunu ona verdi. İsrail 1806-cı ilədək İbrahim xan tərəfindən katolikos kimi dəstəkləndi və Amaras monastırı ona verildi. Bir tərəfdən də Katolikos VII Simeonun yurisdiksiyasını tanıdığını elan edən xan bununla məliklərin gücünü azaltmağı özünə məqsəd qoymuşdu.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. == Bioqrafiyası == Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Kənan İsrafilov
Kərbəlayi İsrafil Hacıyevin evi
Kərbəlayi İsrafil Hacıyevin evi — Bakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib. == Tarixi == 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər. İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi. == Memarlıq xüsusiyyətləri == Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır.
Kərbəlayı İsrafil Hacıyev
Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim. == Həyatı == Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib. Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi. == Ailəsi == Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.
Leyli Erol (İsrafilova)
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. == Həyatı və karyerası == Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986–1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998–2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Maqar (İsrail)
Maqar şəhəri (ivr. ‏מע'אר‏‎ ,ərəb. المغار‎) — İsrailin İsrail şimal dairəsində yerləşən yerli şuradır. Onun sahəsi 19810 dunam təşkil edir. Maqar şəhəri 1956-cı ildə yeri şura statusu almışdır. == Tarixi == === Qədim zamanlarda === Maqar şəhəri hələ Roma imperiyası dövründə "Zar" adı altında tarixçilərə məlum olmuşdur. Şərab istehsalı üçün bir çox zeytun ağacları və qədim mətbuat bu rayonda kənd təsərrüfatının uzun tarixi haqqında danışmağa imkan verir. Çoxsaylı mağaralarda qədim evlərə aid qalıqlar tapılmışdır. Şuranın adı ərəb sözündən götürülüb, mənası "mağara" deməkdir. === Osmanlı İmperiyası === 1596-cı ildə şura Osmanlı imperiyasının vergi siyahılarına daxil edilmişdir.
Mikayıl bəy İsrafilbəyov
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (?-?) — Gəncə qəzasının rəisi (-11 iyun 1919), Hüseyn bəy İsrafilbəyovun oğlu. Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində anadan olmuşdu. Gəncə gimnaziyasını bitirmişdi. Qəza idarəsində işləmişdi. Polis pristavı kimi qulluq etmişdi. ADR dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, sonra Gəncə qəzasının rəisi olmuşdu. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxumuşdu Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşmuşdu. ADR hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərdi. Qoşun 1919-cu il 28 iyunda Gorana çatdı. Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.