1. Canavar, tülkü kimi heyvanların mənsub olduğu yırtıcı məməli heyvanların xüsusi fəsiləsinə mənsub ev heyvanı. Çoban iti. Həyət iti. Ov iti.
2. məc. Bədxasiyyət, acıdil, davakar, söyüşkən, rəftarsız adam haqqında (çox zaman “kimi” qoşması ilə işlənir). İt kimi rəftar edir.
// Söyüş kimi işlənir.
◊ İt də getdi, ip də dan. – hər şey əlindən çıxdı, hər şeydən əli üzüldü, bütün ümidlər boşa çıxdı.
İt dəftərində adı yoxdur dan. – çox hörmətsiz, sayılmaz, avara, işsizgücsüz adam haqqında.
İt günü çəkmək dan. – çox pis, çox ağır həyat keçirmək; əziyyət, məhrumiyyət içində yaşamaq.
İt kökündə – bax it günündə.
İt günündə, it diriliyində dan. – 1) çox pis halda, çox pis vəziyyətdə, çirk, natəmiz. Bir para uşaqlar olur ki, əsgilər, kirlər içində ortalıqlarda fırlanırlar. İt günündə, it diriliyində yaşayırlar. “Məktəb”;
2) yorulmuş, incimiş, əldən düşmüş. İt günündə gəlib çıxdılar.
İt ilində – çoxdan, çox uzaq keçmişdə, yaddan çıxmış bir vaxtda. İt ilində olan iş.
İt yiyəsini tanımır dan. – həddindən artıq adam, basabas, qələbəlik olan yer haqqında.
İtdən alıb itə vermək dan. – bax itdən əskik eləmək.
İtdən biabır etmək dan. – bax itdən əskik etmək. [Səkinə xanım:] …Özüm onu çağırıb beş yüz söyüş üzünə qarşı deyərəm.
İtdən əskik etmək dan. – bax itin sözünü demək.
İtə dönmək dan. – bərk hirslənmək, qeyzlənmək, hamını acılamaq.
İtin dilini bilir zar. – bic, çoxbilmiş adam haqqında. İtin dilini bilir, cəhənnəmin yolunu. ( Ata. sözü ).
İtin dişi, motalın dərisi dan. – mənə dəxli yoxdur, mənə nə var, özləri bilər.
İtin sözünü demək dan. – təhqir edərcəsinə ağır, pis sözlər demək, tamamilə abırdan salmaq.
İtinə tök dan. – həddindən çox, lap çox, bol. [Molla Nəsrəddin:] Bizim kənddə elə saraylardan o qədər var ki, itinə tök. “M.N.lətif.”.
İtlə çıxarmaq (qovmaq) – təhqir edib, söyüb, abır verib qovmaq.
İtlə pişik kimi (dolanmaq) – bir-biri ilə yola getməyən, bir-biri ilə daim dava edən adamlar haqqında.
Başına it oyunu açmaq (gətirmək) – bax baş.
…kimin iti tutub –
…kim sancıb,
…kim toxunub,
…kim xətrinə dəyib.
…nə iti (itim) azıb? dan. –
…nə işi (işim) var,
…nəyinə (nəyimə) lazımdır,
…nəyinə (nəyimə) gərək.