Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • TƏDAD

    TƏ’DAD ə. 1) say, sayma; 2) bir-bir sadalama; 3) miqdar, qədər

    Tam oxu »
  • TƏDAFÖ

    TƏDAFÖ’ ə. 1) bir-birini dəf etmə; itələmə; 2) qorunma, müdafiə

    Tam oxu »
  • TƏDAXÜL

    ə. 1) işə qarışma; 2) müdaxilə (siyasi, iqtisadi, hərbi və s.); 3) nüfuz etmə qabiliyyəti

    Tam oxu »
  • TƏDARÜK

    ə. hazırlıq, ehtiyat

    Tam oxu »
  • TƏDARÜKAT

    ə. «tədarük» c. 1) tədarük edilən şeylər; 2) t. tədarük, tədarük etmə, tədarük edilmə

    Tam oxu »
  • TƏDAVİ

    ə. müalicə etmə; müalicə

    Tam oxu »
  • TƏDAVÜL

    ə. əldən-ələ gəzmə, dövr etmə; dolaşma, işlənmə

    Tam oxu »
  • TƏDBİR

    ə. vasitə, yol

    Tam oxu »
  • TƏDƏBBÜR

    ə. tədbir düşünmə

    Tam oxu »
  • TƏDƏNNİ

    ə. alçalma, aşağı enmə, aşağı düşmə

    Tam oxu »
  • TƏDƏNNÜS

    ə. kirlənmə, çirklənmə

    Tam oxu »
  • TƏDƏRRÜS

    ə. dərs oxuma; təhsil alma

    Tam oxu »
  • TƏDƏYYÜN

    ə. 1) bir dinə tabe olma; 2) dində sabit və möhkəm olma, dini ehkamlara tamamilə riayət etmə; 3) namusluluq

    Tam oxu »
  • TƏDFİN

    ə. dəfn etmə; basdırma; dəfn

    Tam oxu »
  • TƏDİB

    TƏ’DİB ə. 1) tərbiyə vermə, tərbiyələndirmə; 2) cinayətkarlara qarşı lazımi qanunların tətbiqi; 3) cəzalandırma, cəza vermə

    Tam oxu »
  • TƏDİBƏN

    TƏ’DİBƏN ə. ədəblə, tərbiyələndirməklə

    Tam oxu »
  • TƏDİL

    TƏ’DİL ə. 1) ədalətlə iş görmə; 2) mötədilləşdirmə

    Tam oxu »
  • TƏDİYƏ

    TƏ’DİYƏ ə. ödəmə, borcu qaytarma, əda etmə

    Tam oxu »
  • TƏDQİQ

    ə. 1) incəltmə, xırdalama, narın etmə; 2) dəqiqləşdirmə, tədqiqat, elmi araşdırma; 3) həqiqəti meydana çıxartmaq üçün incədən-incəyə araşdırma

    Tam oxu »
  • TƏDQİQAT

    ə. «tədqiq» c. 1) tədqiqlər; 2) t. tədqiq etmə, araşdırma

    Tam oxu »
  • TƏDMİR

    ə. darmadağın etmə, pozma

    Tam oxu »
  • TƏDNİS

    ə. kirləndirmə, çirkləndirmə

    Tam oxu »
  • TƏDRİC

    ə. dərəcələmə

    Tam oxu »
  • TƏDRİCƏN

    ə. tədriclə, yavaş-yavaş

    Tam oxu »
  • TƏDRİCİ

    ə. yavaş-yavaş

    Tam oxu »
  • TƏDRİS

    ə. dərs vermə, dərs öyrətmə

    Tam oxu »
  • TƏDVİN

    ə. 1) pərakəndə şeirləri divan şəklinə salma, divan bağlama; 2) qüvvədə olan qanunları sistemə salma; 3) məcmuə tərtib etmə

    Tam oxu »
  • TƏDVİR

    ə. 1) dolandırma, fırlatma, fırlandırma; 2) yuvarlaq şəklə salma; yuvarlaqlaşdırma

    Tam oxu »
  • TƏDVİRƏN

    ə. dolandıraraq

    Tam oxu »
  • TƏƏB

    ə. 1) yorğunluq; 2) zəhmət, əziyyət

    Tam oxu »
  • TƏƏBAVƏR

    ə. və əziyyətli, məşəqqətli, zəhmətli

    Tam oxu »
  • TƏƏBBÜD

    ə. ibadətlə məşğul olma // ibadət

    Tam oxu »
  • TƏƏBBÜS

    ə. üz-gözünü turşutma, qaşqabaq tökmə

    Tam oxu »
  • TƏƏCCÜB

    ə. çaşıb qalma; heyrət

    Tam oxu »
  • TƏƏCCÜN

    ə. xəmir alma; yoğurulma

    Tam oxu »
  • TƏƏDDİ

    ə. 1) həddi aşma; 2) zülm, insafsızlıq; 3) adət, qayda, qanun həddini aşma; 4) qrammatikada: felin təsirliyə keçməsi

    Tam oxu »
  • TƏƏDDÜB

    ə. 1) ədəb və tərbiyə alma; ədəblənmə; 2) ədəb və tərbiyəyə riayət etmə

    Tam oxu »
  • TƏƏDDÜD

    ə. birdən artıq; çox. Təəddüdi-izdivac bir neçə dəfə evlənmə; çox arvad alma

    Tam oxu »
  • TƏƏFFÜF

    ə. iffətlilik, ismətlilik, əxlaqca təmizlik

    Tam oxu »
  • TƏƏFFÜN

    ə. üfunət vermə, çürüyüb iylənmə

    Tam oxu »
  • TƏƏHHÜD

    ə. 1) öhdəsinə alma, boynuna çəkmə, yerinə yetirəcəyinə söz vermə; 2) poçtla məktub və s. sifarişli göndərmə

    Tam oxu »
  • TƏƏHHÜDAT

    ə. «təəhhüd» c. təəhhüdlər, öhdəyə götürülənlər

    Tam oxu »
  • TƏƏHHÜL

    ə. arvad alma; evlənmə

    Tam oxu »
  • TƏƏXXÜR

    ə. geri qalma, sonraya qalma; yubanma

    Tam oxu »
  • TƏƏKKÜD

    ə. 1) təsdiq olma; 2) təkid edilmə; 3) əmin olma; xatircəmlik

    Tam oxu »
  • TƏƏQQÜD

    ə. 1) düyünlənmə, düyünə düşmə; 2) ibarənin anlaşılmazlığı

    Tam oxu »
  • TƏƏQQÜL

    ə. bir şey haqqında fikirləşmə, baş sındırma; düşünmə

    Tam oxu »
  • TƏƏLLÜQ

    ə. 1) asılı olma, asılılıq; 2) aidlik, mənsubiyyət, münasibət; 3) əlaqə, rabitə, bağlılıq

    Tam oxu »
  • TƏƏLLÜQAT

    ə. «təəllüq» c. 1) asılılar, tabelər; 2) bir şeylə bağlı, əlaqəli şeylər

    Tam oxu »
  • TƏƏLLÜL

    ə. bəhanə axtarma, bəhanə gətirərək işdən boyun qaçırma

    Tam oxu »