Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

  • FƏQAR

    ə. onurğa sümüyü

    Tam oxu »
  • FƏQARİ

    ə. onurğa sümüyünə aid olan

    Tam oxu »
  • FƏQD

    ə. 1) mövcud olmama; olmazlıq; 2) itirmə

    Tam oxu »
  • FƏQƏRƏ

    ə. 1) bel sümüyü, sütun; 2) məqalənin, yazının müstəqil parçası; 3) bənd, maddə; 4) kiçik hekayə, qissə

    Tam oxu »
  • FƏQƏT

    ə. 1) yalnız; 2) ancaq, amma, lakin

    Tam oxu »
  • FƏQİD

    ə. 1) itirilmiş; 2) ölmüş, mərhum

    Tam oxu »
  • FƏQİH

    ə. fiqh alimi

    Tam oxu »
  • FƏQİR

    ə. 1) kasıb, yoxsul; 2) zavallı, yazıq; 3) fağır

    Tam oxu »
  • FƏQİR-FÜQƏRA

    FƏQİR-FÜQƏRA’ ə. fağır adamlar, yoxsullar

    Tam oxu »
  • FƏQİRANƏ

    ə. və f. 1) fağırcasına, yoxsulcasına; 2) acizanə

    Tam oxu »
  • FƏQİRXANƏ

    ə. və f. «fağır evi» mənim evim, bəndənizin evi (təvazö məqamında işlədilir)

    Tam oxu »
  • FƏQR

    ə. 1) yoxsulluq, kasıblıq; 2) ehtiyac

    Tam oxu »
  • FƏQRÜ FƏNA

    FƏQRÜ FƏNA’ ə. yoxsulluq və yoxluq, ehtiyac və kasıblıq

    Tam oxu »
  • FƏQRÜDDƏM

    ə. qan azlığı, qansızlıq

    Tam oxu »
  • FƏLAH

    ə. 1) qurtuluş, nicat; 2) səadət, xoşbəxtlik

    Tam oxu »
  • FƏLAHƏT

    ə. əkinçilik

    Tam oxu »
  • FƏLAXUN

    f. daş atmaq üçün alət; sapand

    Tam oxu »
  • FƏLAKƏT

    ə. bədbəxt hadisə

    Tam oxu »
  • FƏLAKƏTZƏDƏ

    ə. və f. fəlakətə düçar olmuş, fəlakətə məruz qalmış

    Tam oxu »
  • FƏLC

    ə. iflic; iflic olma

    Tam oxu »
  • FƏLƏ

    FƏ’LƏ ə. işçi, fəhlə

    Tam oxu »
  • FƏLƏK

    ə. 1) göy, asiman; 2) qədim münəccimlərə görə, heç bir səyyarəyə məxsus olmayan göy təbəqəsi; 3) m. tale, bəxt

    Tam oxu »
  • FƏLƏKİ

    ə. fələyə mənsub, göyə aid

    Tam oxu »
  • FƏLƏKİYYAT

    ə. «fələki» c. t. astronomiya

    Tam oxu »
  • FƏLƏKİYYUN

    ə. «fələki» c. astronomiya alimləri; astronomlar

    Tam oxu »
  • FƏLƏKQƏDR

    ə. göy kimi yüksək

    Tam oxu »
  • FƏLƏKRİFƏT

    FƏLƏKRİF’ƏT ə. fələk qədər uca, yüksək

    Tam oxu »
  • FƏLƏKZƏDƏ

    ə. və f. «fələk vurmuş» m. bədbəxt, talesiz

    Tam oxu »
  • FƏLƏQ

    FƏLƏQ(Q) ə. şəfəq, dan // alaqaranlıq, sübh

    Tam oxu »
  • FƏLƏQQ

    FƏLƏQ(Q) ə. şəfəq, dan // alaqaranlıq, sübh

    Tam oxu »
  • FƏLƏQQƏ

    ə. keçmişdə: müqəssirləri, xüsusilə şagirdləri cəzalandırmaq üçün alət

    Tam oxu »
  • FƏLİZALİK

    FƏLİZALİK(Ə) ə. bunun üçün, buna görə

    Tam oxu »
  • FƏLİZALİKƏ

    FƏLİZALİK(Ə) ə. bunun üçün, buna görə

    Tam oxu »
  • FƏLLAH

    ə. 1) əkinçi; 2) kəndli, kəndçi

    Tam oxu »
  • FƏLS

    ə. bax füls

    Tam oxu »
  • FƏLSƏFƏ

    ə. 1) cəmiyyət və təbiətin ümumi qanunlarından bəhs edən elm

    Tam oxu »
  • FƏLSƏFİ

    ə. fəlsəfəyə aid olan

    Tam oxu »
  • FƏLSƏFİYYAT

    ə. «fəlsəfi» c. fəlsəfəyə aid məlumatlar, fikirlər

    Tam oxu »
  • FƏM

    ə. ağız

    Tam oxu »
  • FƏMƏN YƏMƏL

    FƏMƏN YƏ’MƏL ə. «hər kəs əməl etsə» başdansovdu, alayarımçıq

    Tam oxu »
  • FƏMGÜŞA

    ə. və f. 1) ağız açan, danışan, söyləyən; 2) diləyən, istəyən

    Tam oxu »
  • FƏMİ

    ə. ağıza aid olan

    Tam oxu »
  • FƏNA

    FƏNA’ ə. 1) pis, yaman; 2) yox olma; yoxluq, fanilik; 3) ölmə, keçinmə; 4) təsəvvürdə: mənəvi təkamülün yeddinci pilləsi

    Tam oxu »
  • FƏNAKAR

    FƏNA’KAR ə. və f. pis işlər görən // işindən konkret nəticə əldə etməyən

    Tam oxu »
  • FƏNAPƏZİR

    FƏNA’PƏZİR ə. və f. yox olan

    Tam oxu »
  • FƏNBAZ

    ə. və f. bax fəngir

    Tam oxu »
  • FƏNGİR

    ə. və f. hiyləgər, kələkbaz, fəndgir

    Tam oxu »
  • FƏNN

    ə. 1) elm, bilik; elmin müəyyən sahəsi; 2) texnika; 3) m. biclik, fənd

    Tam oxu »
  • FƏNNA

    ə. bax fənnən

    Tam oxu »
  • FƏNNƏN

    ə. elm və fənnə əsaslanan, elm və fənn vasitəsilə

    Tam oxu »