KÖMBƏ

KÖMBƏ (çörək növü) Gərək bir kömbə do yeyim gedim! (N.Vəzirov); QALAC [Aytemiz:] Heç bilirsiniz, dava vaxtı insanlar bir parça çörəkdən ötrü, bir loğma qara qalacdan ötrü neçə sifətə düşürdülər (Ə.Qasımov).

KÖLGƏLİK
KÖMƏK
OBASTAN VİKİ
Kömbə
Kömbə — İri,girdə, qalın, xüsusi üsulla hazırlanan çörək növü. Kömbənin adi sac çörəyi, təndir çörəyi kimi bişirilən halları olsa da, kömbə adi çörək deyil. Həmçinin kömbə bişirib satan şəxs isə kömbəçi adlandırılır. Kömbəni üzlü süd, çiyə və kərə yağı ilə undan yoğrulmuş xəmiri yuxa kimi iri yayır və içərisinə içlik yığıb yenidən xəmiri hər tərəfdən onun içliyin üzərinə qatlamaqla qalınlığı təndir çörəyindən də qalın olmaqla ya təndirin dibində yaxud da ocağın yerində üstünə əvvəlcə kül, sonra qor, sonda köz yığılmaqla vam odda bişirilir. Kömbəni hazırlayarkən həm onun ununa, həm südə, eləcə də onun içliyinə xüsusi ədviyyatlar vurulur. Bu da kömbəyə xüsusi dad verməsinə səbəb olur. Bəzən kömbənin ununa və ayrıca hazırlanan içliyə bal (müasir zamanda şəkər tozu) qatırlar. Belə kömbə şirin kömbə adlanır. Başqa bir halda içliyini hazırlayərkən quymaq hazırlanan qaydada hazırlanır. Belə kömbə quymaq kömbəsi adlanır.

Digər lüğətlərdə