Laik
Laik (fr. Laïc) — Türkiyədə sekulyarizmə verilən ad. Türk Dil Qurumunun lüğətində olan tərifə görə, "dini işlərlə dövlət işini qarışdırmayan, dövlət işlərini dindən ayrı tutan şəxs və ya qurum". Türkiyə laik dövlət hesab edilir. Bu anlayış Türkiyədə laisizm, kamalçılıq və solçuluq ilə assosiasiya olunur.
Hər halda, müxtəlif müşahidəçilərə görə, Türkiyədə AKP hökumətinin siyasəti ölkənin laik dövlət statusunu sual altına qoymuşdur. Odur ki, Ərdoğan hökumətinin hakimiyyətə gəlməsindən sonra Türkiyənin quruluş ildönümlərində mühafizəkarlar və dindar hökumət qüvvələri arasında fikir ayrılıqları ön plana çıxmışdır. 2016-cı ildə parlamentin spikeri İsmayıl Qəhrəman İstanbulda bir toplantıda etdiyi çıxış zaman "yeni Konstitusiyada laiklik olmamalıdır" və yenə eyni çıxışında "yeni, dindar bir Konstitusiya olmalıdır" sözlərindən istifadə etmişdir.
== İstinadlar ==
== Xarici keçidlər ==
Laiklik Konusunda Kavram Kargaşası, Prof. Dr.