Şəki-Oğuz ekogeokimyəvi landşaft rayonu
Şəki Oğuz ekogeokimyəvi landşaft rayonu-Ekogeokimyəvi rayonun mərkəzi hissəsində sulfatlı-natriumli duzlar,şimal-qərb və cənub-şərq hissələrində isə, sulfatlı-natriumlu-kalsiumlu və sulfatlı-natriumlu-maqneziumlu duz birləşmələri üstünlük təşkil edir.
== Ekoloji şərait ==
Rayonda geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlardan(xüsusən torpaqda və səth sularında)kobalt, ftor və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, mərgümüş,civə,qurğuşun,molibden,bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasıdır.
== Torpaqların tərkibi ==
Şəki sahəsindəki torpaqların tərkibində sulfatlı-natriumlu-hidrokarbonatlı, Oğuz ərazisindəki torpaqların tərkibində isə sulfatlı-natriumlu-kalsiumlu birləşmələr üstünlük təşkil edir.Humusun miqdarı Şəki ərazisindəki torpaqların tərkibində 1,38–4,76%, Oğuzdakı torpaqların tərkibində 2,59–4,76%-dir. Şəki ərazisindən götürülmüş torpaqların tərkibində civə, molibden,gümüş və sirkonium müşahidə edilməmiş,mis,sink, nikel və kobaltın təxminən ümumdünya klarkı səviyyəsində,vanadium, mərgümüş və xromun klarka nisbətən çox olduğu müəyyənləşdirilmişdir. Oğuz şəhəri sahəsində torpağın tərkibində mis, sink, qurğuşun, civə, bor, vanadium və mərgümüşün çox, stronsium, kobalt və sirkoniumun az olması nəzərə çarpır.
== Suların mineral tərkibi ==
Haqqında danışdığımız şəhərlərdəki təbii suların da mühiti zəif qələvidir. Həm Kişçayda, həm də Türyançayda pH 7,5-lə 7,8 arasında dəyişir. Hidrokimyəvi analizlərin nəticələrinə görə Kişçayının(Şəki) suları natriumlu-hidrokarbonatlı-kalsiumlu, Türyançayın(Oğuz) suları isə sulfatlı-natriumlu-kalsiumludur. Bu çay sularının tərkibində mikroelementlərin miqdarının son dərəcə azlığı,mis,sink,qurğuşun,stronsium, molibden, vanadium,nikel,manqan, gümüş,qalay və sirkonium kimi mikroelementlərin mövcud olması aşkar edilmişdir.
== Ekoloji şəraitin insanlara təsiri ==
Böyük Qafqazın cənub yamacındakı suların minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə ftor çatışmazlığı da müşahidə edilir və belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də bununla əlaqələndirilir.