LANÇİ
LANDAHUR
OBASTAN VİKİ
Kurt Landau
Kurt Landau (alm. Kurt Landau‎;29 yanvar 1903, Vyana – 1937[…], İspaniya) — Avstriya, Almaniya və İspaniyada fəaliyyət göstərən solçu siyasətçi və publisist. == Həyatı == Kurt Landau 1921-ci ildən Avstriya Kommunist Partiyasının üzvü olmuşdur, Vahrinqdəki ictimai təşkilata rəhbərlik etmişdir. Stalinizm əleyhinə çıxış edərək trotskist hərəkatına — Beynəlxalq sol müxalifətə qoşulmuşdur. 1927-ci ildə AKP-dan xaric edildikdən sonra "Avstriyada anarxo-kommunizmin mahiyyəti və tarixi" kitabçasını dərc etdirmişdir. 1929-cu ildən Leninbundun üzvü olmuş, "Vedinq müxalifəti"-nə ("Landau Qrupu") rəhbərlik etmişdir. 1931-ci ildə "İskra" qrupunu yaradaraq KKE-nin Sol Müxalifətindən ayrılmışdır. 1936-cı ilin sonunda o, həyat yoldaşı Katya Landau ilə birlikdə İspaniyada baş vermiş vətəndaş müharibəsində respublikaçılara qoşularaq POUM dəstələrində döyüşməyə başlamışdır. Lakin 1937-ci ilin iyununda POUM və Milli Əmək Konfederasiyası (MƏK) tərəfdarlarının evlərində Stalin repressiyalarından gizlənməyə məcbur qalmışdır. 23 sentyabr 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı agentləri tərəfindən qaçırıldıqdan sonra öldürülmüşdür.
Lesvis Landaeta
Lesvis Xose Landaeta Ferreyra (24 may 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Araqua klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Landaeta öz peşəkar karyerasında debütünü Araqua klubu ilə 2017-ci mövsümündə etmişdir. Gənc olmasına baxmayaraq, Landaeta bir çox oyunlarda güclü klubların skautlarının diqqətini çəkmişdir.
Lev Landau
Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 9 (22) yanvar 1908, Bakı, Rusiya imperiyası – 1 aprel 1968[…], Moskva, SSRİ) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet-Azərbaycan fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Landau 1908-ci ilin 22 Yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Hələ çox erkən yaşlarında riyaziyyatda nümayiş etdirdiyi qeyr-adi istedad sonralar onun barəsində nə vaxtsa riyaziyyatı bilməməsini xatırlamadığını deməsi kimi xatırlanmışdır. Landau 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o eyni zamanda iki fakültədə, Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir.
Martin Landau
Martin Landau — amerikalı kino və televiziya aktyoru.
Landau School
LANDAU School – 2018-ci ildə əsası qoyulmuş, ilk Azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və Bakıda fəaliyyət göstərən özəl orta məktəb kompleksi. LANDAU School "LANDAU Education Group"-un layihələrindən biridir. 2022/2023 tədris ili etibarilə 3000-dən çox şagirdin təhsil aldığı LANDAU School Qafqazın ən böyük özəl məktəblərindən biridir. LANDAU School-un nəzdində "LANDAU Kindergarten" (uşaq bağçası), "LANDAU PreSchool" (məktəbəqədər hazırlıq), "LANDAU Evening School" kursları (II–VII siniflərə qəbul üçün hazırlıq kursları) və "LANDAU Academy" (müəllimlər üçün ixtisasartırma kursları) fəaliyyət göstərir. == Tarixi == 2018-ci ildə Bakıda "LANDAU Education Group"-a daxil olan "Leznik & Co." şirkətinin ofisinin açılışından 40 gün sonra baş vermiş yanğının ertəsi günü layihənin təsisçiləri Emil Leznik və Rahul D'Mello hazırda LANDAU School-un korpuslarından biri olan "Zabitlər" binasında qərara alırlar ki, məhz burada təkcə riyaziyyatı deyil, həmçinin xarici dillər və humanitar fənlərin də tədris edildiyi yeni bir məktəb açılsın. 2022-ci ildə Dövlət İmtahan Mərkəzində DİM və "LANDAU School" Tədris Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb. 2022 və 2023-cü illərdə Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "LANDAU School" Təhsil Kompleksinin təşkilatçılığı ilə "Landau" Şahmat Festivalı keçirilib. == Tədrisin təşkili == STEM (ing. Science, technology, engineering, and mathematics (STEM)) təhsili həyata keçirən məktəbdə tədris Azərbaycan, rus və ingilis dilləri olmaqla 3 dildə aparılır. İngilis bölməsində dərslər Britaniya kurrikulumu ("Pearson Edexcel" proqramı; IGCSE (ing.
Landau Məktəbi