4-Ləkəli ekzoxomus
4-Ləkəli ekzoxomus (lat. : Exochomus guadripustulatus F.) — Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır.
== Biologiyası ==
Ən çox meyvə ağaclarında, xüsusən də alma, gavalı, şaftalı, qovaq ağaclarında və meşəliklərdə yalançı yastıcılarla (Jecaniidae çincarı) qidalanır. Böcəklə ən çox yaz aylarından başlamış iyunun sonu və iyulun əvvəllərində rast gəlinir. Bu müddət böcəklərin birinci nəsilvermə dövrü hesab olunur. İsti yay günlərində (30oC-dən artıq) bükülmüş yarpaqların içərisində yay diapauza halı keçirirlər.
Qışlamalarını qidalandıqları ağacların günəşə tərəf hissəsində qabığın altında keçirirlər. Böcək özü qara rəngdə olub, qanadüstünlüyünün üzərində 4 kiçik ləkəsi var, qısa tükcüklərlə örtülüb. Baş hissə haşiyəlidir, mürəkkəb-fasetli gözləri aydın görünür, geniş xalına malikdir, qara rəngli olub, 9 buğumdan ibarətdir.
Qanadüstünlüyündə çiyninə yaxın hissədə qırmızı sarımtıl, uzunsov ləkələr var.