müntəzəm kataloq

Bilik sahələri üzrə mövcud fondun məzmununu açıqlayır

mülkiyyət hüququ
mürəkkəb çatışmazlıq
OBASTAN VİKİ
Kataloq
Kataloq (yunanca: κατάλογος (katalogos) – siyahı) — tapılmasını asanlaşdırmaq məqsədilə müəyyən bir növbəyə salınmaqla tərtiblənmiş əşyaların (kitabların, əlyazmaların, şəkillərin, muzey eksponatlarının, malların və s.-nin) siyahısıdır; həmin siyahının nəşr olunduğu bəzən şəkilli olan məlumat kitabıdır. Kataloq sözü digər mənalarda da işlənə bilər: faylları saxlamaq üçün sərt diskdə ayrıca sahə: eyni tipli faylların bir kataloqda saxlanması onların sonradan tapılmasını asanlaşdırır; əməliyyat sistemində faylların yerləşmə yerini təyin etmək üçün istifadə olunan sistemli siyahı; bir qayda olaraq, oxucuların düzgün istiqamət seçməsi üçün girişin, başlıqların olduğu çoxrəngli, çoxsəhifəli nəşr; predmetlərin sistemləşdirilmiş siyahısını əks etdirən normativ istehsalat, soraq və ya reklam nəşri; kataloqda malların siyahısı, hətta malların fotoşəkilləri və xarakteristikaları ilə bərabər bəzi mal qrupları öz əksini tapır; kitabxanada mövcud olan sənədlərin biblioqrafik informasiyalarını əks etdirən, məzmununu açan və lazımi sənədlərin kitabsaxlayıcıdan axtarılıb tapılmasına imkan verən sadə informasiya axtarışı sistemi; maşın informasiya daşıyıcılarında göstəriciləri, istinadları və verilənlər ünvanları olan cədvəl; verilənlər yığımının yerləşməsini göstərən və əməliyyat sistemi tərəfindən idarə edilən kataloq. == E-kataloq == Hazırda qlobal səviyyədə İKT nin inkişafı əsasən veb texnologiyaların, o cümlədən internet servisinin dinamik inkişafı mövcud xidmətlərin elektron variantının hazırlanmasına səbəb olmuşdur. Elektron ticarət, elektron kommersiya, elektron təhsil və s. O cümlədən bildiyimiz fiziki kataloqları da indi elektron kataloqlar əvəzləməkdədir. Kitabxanalar, şirkətlər və s. qurumlar kütləvi şəkildə e-Kataloq servisindən istifadə etməkdədirlər. Dünya məkənında olduğu kimi Azərbaycan da elektron kataloq anlayışı inkişaf etməkdə və nəticə etibarı ilə müvafiq internet resurslar hazırlanmaqdadır. Növbəti linklər bu resursların bəziləri və ən populyarlarıdır. == Xarici keçidlər == Baku Info Arxivləşdirilib 2019-08-31 at the Wayback Machine Kataloq.net Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine Directory.Az Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine Azərbaycan Biznes Bələdçisi Arxivləşdirilib 2011-01-28 at the Wayback Machine == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Sistemli kataloq
Sistemli kataloq - biblioqrafik yazıların bilik sahələri üzrə sənədlərin müəyyən təsnifat sisteminə uyğun olaraq yerləşdiyi kitabxana kataloqudur. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi (ƏPG) sistemli kataloq yardımçı aparat–sistemli kataloqda əks edilmiş sənədlərin məzmununu açıqlayan predmet rubrikalarının əlifba siyahısı və müvafiq təsnifat indeksləridir. ƏPG-nin hər bir sözü ayrıca kartlara yazılır. Bu kartlar sistemli kataloqun məxsusi ayrılmış qutusunda əlifba sırası ilə düzülür. Sistemli kataloq üçün əlifba-predmet göstəricisi sistemli kataloq üçün bir növ “açar” rolunu oynayır. O, sizə lazım olan kitabı harada, hansı bölmədə və hansı indeks altında axtarmaq lazım olduğunu göstərir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yeni Baş Kataloq
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Yeni ümumi kataloq