MACAR

I. i. Hungarian; ~lar the Hungarians

II. s. Hungarian; ~ xalqı Hungarian people; ~ dili Hungarian, the Hungarian language; ~ qadını Hungarian (woman)

MACALSIZ
MACARCA
OBASTAN VİKİ
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Macar Turançılığı
Macar turançılığı (mac. Turánizmus/Turanizmus) macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir. Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır.
Macar dili
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macar əlifbası
Macar Klementina
Macar Klementina (fr. Clémence de Hongrie; 8 fevral 1293, Neapol – 13 oktyabr 1328, Paris) — Fransa kralı X Lüdovikin ikinci xanımı, Fransa kraliçası. Atası Neapol kralı II Karlın böyük oğlu və Macarıstanın de-yure kralı Anjulu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Hər iki valideynini uşaq yaşlarında itirən Klementina nənəsi Macarıstanlı Mariyanın himayəsində böyüdü. Ailəsi Macar taxtı üzərində haqq iddia etdiyi üçün, Neapolda doğulsa da, Klementina əsl macar əsilzadəsi kimi böyüdüldü. 19 avqust 1315-ci ildə yenicə Fransa kralı olan X Lüdoviklə evləndirildi. Kralın ilk xanımı Burqundiyalı Marqarita adı Nesl skandalında hallandığı üçün qaynatası tərəfindən həbs edilmiş, buna baxmayaraq əri taxta çıxdığı üçün tacqoyma mərasimi keçirilməsə də, faktiki olaraq Fransa kraliçası olmuşdu. Ancaq cəmi bir neçə ay sonra həbs tutulduğu Normandiyadakı Qaylard qalasında şübhəli vəziyyətdə öldü və ya öldürüldü. Burqundiyalı Marqaritanın ölümündən cəmi 5 gün sonra kralla evlənən Klementina, 24 avqustda Reymsdə keçirilən təntənəli tacqoyma mərasimiylə Fransa kraliçası elan edildi. Ancaq cəmi bir il sonra - 5 iyun 1316-cı ildə X Lüdovik geridə oğul övladı olmadan vəfat etdi.
Macar mətbəxi
Macarıstan mətbəxi — Macarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Macarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Macarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Ədviyyatlı Macarıstan mətbəxi şübhəsiz ki, istiotun istifadəsi ilə məşhurdur. Macarıstan mətbəxi yüngül və ya incə mətbəxlərə aid olmadığına baxmayaraq, onun bütün dünyada öz həvəskarları var. === Tərəvəzlər === Müxtəlif bibərlər, soğan, sarımsaq və pomidor, və xörəklərin əksəriyyətində çoxlu miqdarda istifadə olunan istyuyudülmüş istiot Macarıstan mətbəxinə füsunkarlıq və ləzzətli dad bəxş edən inqrediyentlərdən bir neçəsidir. Tərəvəzlər ilk növbədə Müxtəlif bibər növləri, kələm, pomidor, soğan və kartof Macarıstan xörəklərinin səciyyəvi və vacib inqrediyentləridir.
Macar (Aşağı Tarım)
Macar (fars. ماجار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Niyərik qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 67 nəfər yaşayır (19 ailə).
Macar Fəhlə Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Macar inqilabı (1956)
Macar inqilabı (mac. 1956-os forradalom) və ya Macar üsyanı — Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam edən ümummilli inqilab. Bu proses Sovet hakimiyyəti üçün İkinci Dünya müharibəsində SSRİ ərazilərinin Nasist Almaniyasının hərbi qüvvələrindən təmizləməsi uğrunda mübarizədən sonra Avropadakı ən böyük və ən əsas təhlükə kimi səciyyələndirilir. Üsyan ilk öncə tələbə etirazları şəklində başladı. Etirazçılar Budapeştin mərkəziylə Macarıstanın parlament binasına doğru irəliləyərkən, səsucaldıcı cihazların quraşdırıldığı avtofurqonlardan istifadə edərək minlərlə insanın bu mübarizəyə qoşulmasını təmin etdilər. Tələbələrin ümumi tələblərini bəyan etmək üçün radio binasına daxil olan bir qrup tələbə saxlanıldı. Çöldəki etirazçılar tələbə yoldaşlarının azad olunmasını tələb etdikdə onlara binanın içərisindən ÁVH kimi tanınan (mac. Államvédelmi Hatóság, azərb. Dövlət Mühafizə Təşkilatı‎) Dövlət Təhlükəsizlik Polisləri tərəfindən atəş açıldı. Nəticədə bir tələbə həyatını itirdi və bayrağa sarılaraq izdihamın çiyinləri üzərində tutuldu.
Macar opera teatrı
Macar dövlət opera teatrı (mac. Magyar Állami Operaház, əvvəl Macar kral opera teatrı) — Budapeştdə yerləşən ən böyük Macar opera evi. Macarıstan Opera binası, 1884-cü ildə, opera qrupu, Milli Teatrdan ayrıldığında, mimar Miklos Iblem tərəfindən tikilmişdir. Onun ilk rejissoru bəstəkar və dirijor Ferenc Erkel, Macarıstanın milli marşının müəllifidir; Ancaq teatr öz müstəqilliyini çətinləşdirdi: az iştirakdan ötəri əhəmiyyətli itkilər yarandı, sənətçilər teatrı tərk etdi. 1888-ci ildə bəstəkar və dirijor Qustav Mahler 1891-ci ilədək bu vəzifəni tutan direktor təyin edildi. Bir sıra islahatlardan sonra, xüsusən Macarıstanda yalnız teatr mərhələsində səsləndirdikləri ilə Mahler iştirak etdi. 1893-cü ildə başqa məşhur dirijor Artur Nikiş teatrın rejissoru oldu. Macarıstan Dövlət Operasında Cakomo Puççini tərəfindən iki dəfə operaları səhnələşdirilmişdir. Fərqli illərdə bu teatrda müxtəlif kompozitorlar, dirijorlar və sənətkarlar Otto Klemperer, Bela Bartok, Lamberto Qardelli, Yanoş Ferençik, Benyamino Cilyi, Eva Marton, Yojef Şimandi və digərləri fəaliyyət göstərirdi. Budapeştdə bir başqa opera evi Erkel Teatrıdır.
Şimali Macar dağları
Şimali Macar dağları (ing. North Hungarian Mountains, mac. Északi-középhegység) — Macarıstanın şimal hissəsində yerləşən dağ sistemidir. Dağ sisteminin bir hissəsi də Slovakiyanın ərazisinə daxildir. Qərbi Karpat dağları daxilində geomorfoloji sahədir. Dağ sistemi Şimal-şərqi Macarıstanda Slovakiya-Macarıstan sərhədində yerləşir. Şimali Macar dağları Transdanubian dağları ilə qovuşan Dunay buxtasına bitişik Börjön dağlıq zonasından başlayır. Börjön dağlıq zonası təxminən 600 km² sahəni əhatə edir və əsasən vulkanik mənşəlidir. Ən yüksək zirvəsi Kşovanyoşdur (938m).
Macar-Türk dostluq parkı
Macar-Türk dostluq parkı (mac. Magyar-Török Barátság Park, türk. Macar-Türk Dostluk Parkı) — park Macarıstanın cənub-qərbində yerləşir. Park Osmanlı İmperiyasının qoşunları macarlar və xorvatlar tərəfindən müdafiə olunan Ziqetvar qalasını aldığı Ziqetvar döyüşünün xatirəsinə qurulmuşdur. Park 1994-cü ildə Macarıstan və Türkiyə rəsmiləri tərəfindən açılmışdır. == Tarixi == 1566-cı ilin yayında təxminən 80 min nəfərlik Osmanlı ordusu, şəxsən Sultan Süleyman Qanuninin başçılığı ilə Ziqetvar qalasını mühasirəyə aldı. Qalanın mühasirəyə alınmasının əsas məqsədi Habsburg İmperiyasının ən böyük şəhərlərindən biri olan Vyanaya gedən yolu açmaq idi. Qala Miklos Zrinyinin əmr altında olan təxminən min əsgər tərəfindən müdafiə edilirdi. Mühasirə avqustun 6-dan sentyabrın 8-dək davam etmişdir. 6 sentyabrda Sultan Süleyman Qanuni çadırında olarkən gözlənilmədən 72 yaşında təbii səbəblərdən dünyasını dəyişir.
Qeza (Böyük Macar knyazı)
Qeza – (mac. Géza, təq. 940, bilinmir – 997) təqribən 970-ci illərin əvvəllərindən hakimiyyətdə olan böyük macar knyazı. O, Taksoniya knyazının oğlu idi. Qeza Şərqi Ortadoks macarların rəhbərinin qızı ilə evlənmişdi. Taxta çıxdıqdan sonra o, Müqəddəs Roma imperiyası ilə sülh bağlamağa nail olmuşdur. Qeza, Qərbi Avropadan gələn xristian missionlerləri dəstəkləyən ilk macar monarxı idi. Vaftiz edilsə də bütpərəst inancına sadiq qalmaqda davam edirdi. İlk macar kralı I Stefan Qezanın oğludur. Qeza Taksoniya və Macar knyazının böyük oğlu idi.
Eucalyptus macarthurii
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Fərid Macari
Fərid Macari (ing. Fareed Majari; 12 avqust 1958, Marburq, Hessen – 8 aprel 2023) — İran mənşəli Almaniya kinorejissoru və mədəniyyət meneceri. O həmçinin, Höte İnstitutunun Los-Anceles şöbəsinin direktorudur. Macari əvvəllər Höte İnstitutunun Livan (Beyrut) və Fələstində (Ramallah) şöbələrinin direktoru vəzifəsində çalışmış, həmçinin Moskva və Münhendə işləmişdir. O, 1995 və 1996-cı illərdə Konnektikut Universitetində professor olmuşdur. Macari Ramallahda çəkilən "Matabb" serialının prodüseri və həmmüəllifidir.
Inga macarenensis
Inga macarenensis (lat. Inga macarenensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Macaranga quadricornis
Macaranga triloba (lat. Macaranga triloba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Macaranga raivavaeensis
Macaranga raivavaeensis (lat. Macaranga raivavaeensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Macaranga taitensis
Macaranga taitensis (lat. Macaranga taitensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Macaranga venosa
Macaranga venosa (lat. Macaranga venosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Macarca
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Macarca Vikipediya
Macarca Vikipediya — Vikipediyanın macar dilində olan bölməsidir.
Macarisiaceae
Rhizophoraceae (lat. Rhizophoraceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Cassipoureaceae (J. Agardh) Legnotidaceae (Endl., nom. inval.) Macarisiaceae (J. Agardh) Paletuvieraceae (Lam. ex T. Post & Kuntze, nom.
Macarlar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Macarıstan
Macarıstan (mac. Magyarország) — Mərkəzi Avropada dövlət. Ortadunay düzənliyində yerləşən bu ölkə şimaldan Slovakiya, şimal-şərqdən Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya, cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10 milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir. Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərlərə Debreçen, Seqed, Mişkolç, Peç və Dyor daxildir. Müasir Macarıstan ərazisi uzun əsrlər boyunca müxtəlif xalqlar tərəfindən məskunlaşmış ərazi hesab olunur. Belə ki, bu ərazidə müxtəlif vaxtlarda keltlər, qədim romalılar, qədim germanlar, hunlar, slavyanlar və avarlar məskunlaşmışdır. Eramızın doqquzuncu əsrində macar knyazı Arpad öz qoşunları ilə Karpat düzənliyini işğal etdi və nəticədə həmin ərazidə macar dövlətinin əsası qoyuldu.
Macarıstan-Azərbaycan Gənclər Birliyi
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində — Macarıstannı 2009 Avroviziya Mahnı Müsabiqəsində Zoli Adok "Dance with Me mahnısı ilə təmsil etmişdir.
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Macarıstan 2015 Avropa Oyunlarında
Macarıstan — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Macarıstan 118 kişi və 82 qadın olmaqla ümumilikdə 200 idmançı ilə təmsil olunub.
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində, Boqqinin "Wars for Nothing"(azərb. Müharibələr boş yerə‎) adlı həzin sülh balladası ilə təmsil olunmuşdur. == Müsabiqə öncəsi == Macarıstan Avroviziya Mahnı Müsabiqəsinin, altmış illik ildönümündə, ölkəni təmsil edəcək ifaçı və mahnını, A Dal 2015 milli seçim yarışmasının sayca dördüncü buraxılışı vasitəsilə təyin etmişdir. 28 fevral 2015-ci il tarixində baş tutan final mərhələsində, tanınmış macar müğənnisi Boqqi "Wars for Nothing" mahnısı ilə bütün ifaçı namizədləri məğlub edərək, ölkəsini beynəlxalq yarışmada təmsil etmək hüququ qazanmışdır. == Müsabiqədə == Avropa Yayım Birliyinin (EBU), 26 yanvar 2015-ci il tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, Macarıstanın, 19 may 2015-ci ildə baş tutacaq birinci yarı-finalın ikinci hissəsində mübarizə aparacağı açıqlanmışdır. Macarıstan təmsilçisi ilk yarı-finalda 67 xal toplayaraq, 8-ci sırada ölkəsini böyük finala yüksəltmişdir. Möhtəşəm finalda İspaniyadan sonra və Gürcüstandan əvvəl səhnədə 22-ci nömrə altında yer alan Boqqi, mahnısını bir daha canlı olaraq ifa etmiş və yarışmanın yekun səsvermə nəticələrinə əsasən, 19 xalla beynəlxalq müsabiqəni 20-ci sırada tamamlamışdır.
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır. Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Macarıstan Dövlət Dəmir Yolları
Macarıstan Dövlət Dəmir Yolları (mac. Magyar Államvasutak, MÁV) — Macarıstanın milli dəmir yolu şirkəti. Baş qərargahı Budapeşt şəhərində yerləşir. == Tarixi == === 1846–1918 === İlk buxarlı lokomotiv dəmir yolu xətti 15 iyul 1846-cı ildə Peşt və Vaç şəhərləri arasında açılmışdır. Uğursuz Macarıstan inqilabdan sonra mövcud xəttlər Avstriya dövləti tərəfindən milliləşdirildi və yeni xətlər çəkildi. 1850-ci illərin sonlarında Avstriya-Sardiniya müharibəsi nəticəsində bütün dəmir yolu xəttləri avstriyalı özəl şirkətlərə satıldı. 1867-ci ildə Avstriya-Macarıstan anlaşmasından sonra nəqliyyat məsələləri yerli dəmiryol şirkətlərini dəstəkləmək vəzifəsini öz üzərinə götürən Macarıstan hökumətinin məsuliyyətinə çevrildi. Bu zaman 1874-cü ildəki illik büdcənin 8% -i dəmir yolu şirkətinin subsidiyalarına keçdi. Nəticədə Macarıstan Parlamenti 1868-ci ildə Dövlət Dəmir Yollarının qurulmasını təklif etdi. Məqsəd Macarıstanın əsas dəmir yolu xəttləri üzərində nəzarəti ələ almaq və idarə etmək idi.
Macarıstan Elmlər Akademiyası
Macarıstan Elmlər Akademiyası (mac. Magyar Tudományos Akadémia (MTA)) — Macarıstanın ən önəmli və prestijli elmi təşkilatı. Budapeştdə Dunay çayının sahilində yerləşir. Onun əsas vəzifələrinə elmin inkişaf etdirilməsi, elmi tapıntıların yayılması, tədqiqat və inkişafı dəstəkləmək və Macarıstan elmini ölkə daxilində və dünyada təmsil etməkdir. == Tarixi == Akademiyanın tarixi 1825-ci ildə İştvan Seçeninin Bratislavada elm cəmiyyətin məqsədlərini həyata keçirtmək üçün əmlakının bir illik gəlirini təklif etdiyi vaxtdan başlayır. İştvandan sonra bir sıra insanlar onun yolunu davam etdirdilər. Məqsədi Macarıstanın inkişafı və ölkədə elm və sənətin öyrənilməsi və yayılması kimi göstərildi. Müəssisə hazırkı adını 1845-ci ildə aldı. Mərkəzi binası 1865-ci ildə Neointibah memarlığı üslubunda inşa edilmişdir. Binanın memarı Fridrix Avqust Ştüler idi.
Macarıstan Həmkarlar İttifaqı Milli Birliyi
Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası (mac. Magyar Szakszervezetek Országos Szövetsége) — Macarıstanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Baş qərargahı Budapeştdə yerləşir. == Tarixi == 1990-cı ilin martında yaranmışdır. == Tərkibi == Konfederasiyanın 465.000 fəal və 250.000 pensiyaçı və tələbə üzvü var. Konfederasiya ətrafında bir neçə sahə həmkarlar ittifaqını birləşdirir. == Fəaliyyəti == Əsas prinsipləri demokratiya, həmrəylik, bərabərlik, öz müqəddəratını təyin etmək, azlığın hüquqlarını qorumaq, müxtəlif fikirlərin ifadəsi, dürüst demokratik seçkilərin təmin olunmasıdır. Konfederasiya siyasi təşkilatlardan asılı deyil. Müəyyən məqamlarda onların siyasətinə qarşı çıxır. Lakin nizamnaməsi onun siyasi qurumlarla əməkdaşlıq etməsinə də qadağa qoymur.
Macarıstan Konstitusiya Məhkəməsi
Macarıstan Respublikası Konstitusiya Məhkəməsi (mac. Magyarország Alkotmánybírósága) — Macarıstan Parlamentinin aktlarına məhkəmə nəzarətini həyata keçirən, Macarıstanın xüsusi məhkəməsi. Budapeştdə yerləşir. 2012-ci ilədək Esterqomda fəaliyyət göstərib. 1 sentyabr 2011-ci ildən Konstitusiya Məhkəməsi 15 hakimdən ibarətdir (əvvəllər 11 hakimdən ibarət olub). Məhkəmənin üzvləri daha sonra gizli səsvermə ilə öz üzvləri sırasından Məhkəmənin sədrini seçirlər. Sədr tərəfindən təyin edilən bir və ya iki sədr müavini hər hansı səbəbdən sədr olmadıqda onu əvəz edirlər. Konstitusiya məhkəməsi qanunların konstitusiyaya uyğunluğuna dair qərarlar qəbul edir; bu qərarlardan şikayət edilə bilməz. Konstitusiya Məhkəməsi konstitusiyanın qorunması ilə bağlı fəaliyyət göstərən başlıca orqandır. Onun vəzifəsi qanunların konstitusiyaya uyğunluğunu nəzərdən keçirmək, konstitusional qaydanı və konstitusiya ilə zəmanət verilmiş əsas hüquq və azadlıqları qorumaqdır.
Macarıstan Konstitusiyası
Macarıstan Konstitusiyası (mac. Magyarország Alaptörvénye, əvvəl — mac. A Magyar Köztársaság alkotmánya) — Macarıstanın əsas qanunu, 18 aprel 2011-ci ildə ölkənin Parlamenti tərəfindən qəbul edildi. Ölkə prezidenti tərəfindən 25 aprel 2011-ci ildə imzalanmış və 1 yanvar 2012-ci ildə qüvvəyə minmişdir. == Tarixi == 2012-ci ilə qədər Macarıstanın əsas qanunu 1989-cu ildən radikal dəyişikliklər edildiyi 1949-cu ildəki konstitusiyadır. 2010-cu il parlament seçkilərində, Fides Mühafizəkar Siyahısı - Xristian Demokratik Xalq Partiyası mandatların üçdə birini — Konstitusiya əksəriyyətini qazanıb. == Əsas müddəalar == Hökumətin forması respublika olaraq qalırsa da, ölkənin adı "Macarıstan Respublikasından" sadəcə "Macarıstan"a dəyişir. Xüsusilə, dəyişiklik bir ölkənin mövcud sərhədlərinə diqqət etmədən qəbul edilməsinə ehtiyac olduğunu göstərir: xarici Macarlar hüquqlardakı bərabər hüquqlar sayılırlar. == Tənqid == Yeni Macarıstan konstitusiyası Macarıstan xalqının "Allah və xristianlıq" ilə birləşdiyini bildirir. Dövlətə həyatın qorunması vəzifəsi verilir və həyatın anlayış anından başlayır.
Macarıstan Liqa Kuboku
Macarıstan Liqa Kuboku (mac. Magyar Ligakupa) — Futbol üzrə Macarıstan Liqasının klubları arasında kubok sistemi ilə keçirilən futbol turniri. 2007-ci ildə yaradılmış bu turnirdə rəqabət yalnız 8 mövsüm davam etmişdir. 2015-ci ildə ləğv edilmişdir. == Bütün finallar == Səkkiz finalın 2-si 2 oyundan, 6-sı isə 1 oyundan ibarət olmuşdur.
Macarıstan Milli Bankı
Macarıstan Milli Bankı (mac. Magyar Nemzeti Bank (MNB) ― Macarıstanın mərkəzi bankı və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) bir hissəsi. Macarıstan Milli Bankı 1924-cü ildə quruldu və Kral Macarıstan Dövlət Bankının yerinə keçdi. Macarıstan Milli Bankı beynəlxalq münasibətlərinə və beynəlxalq iqtisadi qurumların və maliyyə təşkilatlarının (AB, BVF, IƏİT, BHB) peşəkar forumlarında iştirakına xüsusi əhəmiyyət verir. Onun əsas məqsədi qiymət sabitliyidir, amma eyni zamanda o, milli valyuta olan forinti buraxmaq, dövriyyədəki pula nəzarət etmək, mərkəzi bankın təməl məzənnəsini təyin etmək, rəsmi valyuta məzənnələrini dərc etmək və valyuta məzənnəsinə təsir göstərmək üçün xarici valyuta ehtiyatlarını və qızılı idarə etmək məsuliyyətlərini daşıyır. == Fəaliyyəti == Macarıstan Milli Bankının sədri Baş nazirin təklifi ilə Macarıstan Prezidenti tərəfindən altı illik müddətə təyin edilir. Macarıstan Milli Bankının ən vacib qərar qəbul edən orqanı Valyuta Şurasıdır. Binası Budapeşt şəhəri Belvaroş rayonunun Azadlıq meydanında, ABŞ səfirliyinin binası yanında yerləşir. MNB ortamüddətli məqsədli inflyasiya göstəricisini təxminən 3% civarında saxlayır. Bu Avropada qiymət sabitliyi üçün ümumi qəbul edilmiş inflyasiya səviyyəsindən bir qədər yüksəkdir və Macarıstanın Avropanın digər ölkələrinə çatmağa kömək etmək üçün istifadə olunur.
Tokioda List adına Macar Mədəniyyət İnstitutu
Tokioda List adına Macar Mədəniyyət İnstitutu (mac. Liszt Intézet Magyar Kulturális Központ Tokió; yap. リスト・ハンガリー文化センター東京) – Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və Macarıstan mədəniyyətinə həsr olunmuş mədəniyyət mərkəzi. Mədəniyyət mərkəzi XIX əsrdə yaşamış Macarıstan bəstəkarı Ferens Listin şərəfinə adlandırılmışdır və Macarıstanın Yaponiyada yerləşən səfirliyinin tabeliyindədir. List Tokio İnstitutu (mac. Liszt Intézet Tokió; yap. リスト・インテゼット東京) adı ilə də tanınır. 2019-cu il Macarıstan ilə Yaponiya arasındakı diplomatik əlaqələrin qurulmasının 150 illiyi kimi qeyd olunmuşdur. Bu münasibətlə 9 dekabr 2019-cu ildə Tokionun Minato rayonunun Azabu-Cuban bölgəsində Macar Mədəniyyət İnstitutunun açılışı baş tutmuşdur. Açılışda Macarıstanın Yaponiyadakı səfiri Norbert Palanoviç iştirak etmişdir.

Digər lüğətlərdə