MAYA
MAYALAMA
OBASTAN VİKİ
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Maya Anjelu
Maya Anjelu (doğum adı Marqarita Enn Conson; 4 aprel 1928[…], Sent-Luis, Missuri – 28 may 2014[…]) – Amerikalı şairə. O, alim Con Brekston tərəfindən "ən məşhur qara dərili qadın" adlandırılmışdır.[mənbə göstərin] == Yaradıcılığı == Maya Anjelu öz uşaqlıq həyatından və ilkin böyük həyatından bəhs edən altı cildlik avtobioqrafik əsərləri ilə məşhurdur. Məhz bu ssər ona beynlxalq şöhrət gətirdi və Milli Kitab Mükafatına namizəd kimi təqdim edildi. Pulitser Mükafatı laureatıdır. == Ədəbiyyat == Angelou, Maya (1969). I Know Why the Caged Bird Sings. New York: Random House. ISBN 0-375-50789-2 Angelou, Maya (1984). "Shades and slashes of light". In Black women writers (1950–1980): A critical evaluation, Mari Evans, ed.
Maya Bədəlbəyli
Maya Bədəlbəyli (azərb. Maya Rəhim qızı Bədəlbəyli‎; 1952-ci il Bakı şəhəri) — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Kaliforniya Poeziya Elmləri İnstitutunun üzvü, fəlsəfə doktoru. == Həyatı == Maya Bədəlbəyli 1952-ci ildə Bakı şəhərində anadan olub. O, Bakıda 6 saylı orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olub. == Fəaliyyəti == Maya Bədəlbəyli universiteti bitirdikdən sonra Bakı Məişət Kondisioneri zavodunun nəzdindəki Texniki-peşə məktəbində rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə çalışıb. O, 1979-cu ildə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Qanunlarının nəşrinin hazırlanması üzrə redaksiya heyətinin redaktoru vəzifəsinə qəbul olunub. 1982-ci ildən etibarən isə Azərbaycan Mədəniyyət Nazirliyində Mədəni-Maarif şöbəsinin baş müfəttişi vəzifəsində çalışıb. Bu dövrdə o, əhalinin xalq sənətinin inkişafında mədəniyyət müəssisələrinə praktiki yardım göstərmək məqsədilə Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşdur. Daha sonra Mədəniyyət Nazirliyində Sosiologiya Tədqiqat Qrupunun yaradıldığı vaxtdan qrupa Maya Bədəlbəyli rəhbərlik edib. Maya Bədəlbəyli Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin və Heydər Əliyev Fondununun tədbirlərində fəal iştirak edərək Rusiya xalqları arasında Azərbaycan mədəniyyətini təbliğ edir.
Maya Hok
Maya Houk (ing. Maya Hawke; 8 iyul 1998, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, model və müğənni. == Həyatı == Hok 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor İtan Houk və aktrisa Uma Turmanın böyük övladı olaraq dünyaya gəlib. Valideynləri 1998-ci ilin may ayında evlənib 2005-ci ildə ayrılmışdırlar. Hokun bir qardaşı var. Atasının ikinci həyat yoldaşı Rayan Şouesdən iki ögey bacısı var. Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var. Hok ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur. Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir. Şlebrüqün anası Birgit Holmquist də modeldir.
Maya Mədəniyyəti
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsa da, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Maya Neuenşvander
Maya Neuenşvander (13 fevral 1989, Bern, İsveçrə) — İsveçrəni təmsil edən marafonçu. Maya Neuenşvander İsveçrəni 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maya Neuenşvander birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 34 dəqiqə 50 saniyəyə qət edərək 118 marafonçu arasında 50-ci yeri tutdu. Maya Neuenşvander növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 34 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 29-cu yeri tutdu.
Maya Sandu
Maya Sandu (24 may 1972, Risipen[d], Faleşt rayonu[d]) — Moldova Respublikasının Dövlət və Siyasi Xadimi; Moldova Respublikasının 6-cı Prezidenti (16.11.2020), Moldova Respublikasının tarixində ilk qadın-prezident. Moldova Respublikasının Baş Naziri (08.06.2019–14.11.2019), Moldova Respublikası Parlamentinin üzvü (30.11.2014–08.06.2019), Moldova Respublikasının Təhsil Naziri (24.07.2012–30.07.2015). == Həyatı == Maya Sandu 1972-ci il mayın 24-də Moldova SSR-nin Faleşt rayonunun Risipen qəsəbəsində Grigori və Emiliya Sandunun ailəsindən anadan olub. Rumın, rus, ingilis və ispan dillərini bilən Maya Sandu, ailəli deyil. 1989–1994-cü illərdə 152 nömrəli addım-addım təhsil müəssisəsində təhsil alan Maya Sandu, 1995–1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçiliyi Universitetində beynəlxalq əlqaqələr üzrə təhsil alıb. 2010-cu ildə isə o, Con Kennedi adına Dövlət İdarəçiliyi Harvard İnstitutunu bitirib.
Maya Saviç
Maya Saviç (29 aprel 1976, Berane) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Maya Saviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Maya Tabakova
Maya Tabakova (11 may 1978) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Maya Tabakova Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Maya Yoşida
Maya Yoşida (d. 24 avqust 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 6 qol vurub.
Maya Zebiç
Maya Zebiç (d. 31 may 1982; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Maya Zebiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Maya dəyəri
Maya dəyəri — müəssisənin istehsalat-təsərrüfat fəaliyyətini hərtərəfli əks etdirən və işinin səmərəliliyini xarakterizə edən ümumi göstəricidir. Maya dəyəri məhsulun hazırlanması və satışına müəssisə və birliklərin cari xərclərinin (pul ifadəsində) cəmini göstərir. Bu xərclər xammala, əsas və köməkçi materiallara, yanacaq və enerjiyə sərf olunan xərcləri, əmək haqqını, məhsulların hazırlanması prosesində əsas fondlardan istifadə olunması ilə bağlı və b. xərcləri (o cümlədən hazırlanmış əmtəə məhsulların stansiyaya göndərilməsi və nəqliyyat vasitələrinə yüklənməsi) özündə cəmləşdirir. Sənaye müəssisələrinin işində məhsulların maya dəyəri əsas keyfiyyət göstəricilərindən biridir. Məhsullarının istehsalı, əməyin məhsuldarlığının yüksəldilməsi, dövriyyənin sürətləndirilməsi, əməyin təşkilinin və istehsalının yaxşılaşdırılması və planın artıqlaması ilə yerinə yetirilməsi — bütün bunlar son nəticədə, istehsal olunan məhsulların maya dəyərinə təsir göstərir. Odur ki, məhsulun maya dəyəri göstəricisinə görə sənaye müəssisəsinin fəaliyyətinin keyfiyətini qiymətləndirmək olar. Maya dəyəri qiymətin əsas tərkib hissələrindən biridir və ona görə də maya dəyərinin aşağı salınması sistematik olaraq sənaye məhsullarının və xalq tələbatı mallarının qiymətlərinin aşağı düşməsinə səbəb olur. Maya dəyərinin və qiymətlərin aşağı salınması əhalinin alıcılıq qabiliyyətinin genişlənməsinə imkan yaradır, beləliklə, həmin məhsullara olan tələbatın, onların satış həcminin artmasına təsir edir və son nəticədə sənayenin inkişafı üçün baza yaradır.
Maya göbələyi
Maya göbələyi — təkhüceyrəli, göbələklər aləmüstünün üzvü eukariot orqanizm. Təbiətdə şəkərli mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.Məişətdə və sənaye istehsalında, çörəkbişirmə, pivəbişirmə kimi sahələrdə geniş istifadə olunur. == Ümumi == Təbiətdə onlara ağacların gövdələrinin zədələnmiş yerlərində, çiçəklərin nektarlarında, şirin meyvələrin üzərində rast gəlmək də olur. Onun birhüceyrəli növü çox qədim zamanlardan insanlar tərəfindən yetişdirilir və xəmir qıcqırmasında istifadə olunurdu. Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır. Maya göbələyi birnüvəli, ovalşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Saprofit qidalanır. Şəkərli qida mühitində maya göbələyi tumurcuqlanma yolu ilə sürətlə çoxalır.
Maya sivilizasiyası
Mayya — Qızıldərili Mayya xalqı tərəfindən qurulan Xristofor Kolumbdan əvvəlki Amerika sivilizasiyalarından biridir. Mərkəzi Amerika sivilizasiyası olan Mayya sivilizasiyası, min illər ərzində Meksikanın cənub-şərqindən, Honduras, Salvador və Qvatemalaya qədər uzanan Mezoamerika bölgəsində hökm sürmüşdür. Meksikanın cənub-şərqində beş dövlət qurmuş Mayyalar (Campeche, Chiapas, Quintana Roo, Tabasco və Yucatn), tarixləri boyu yüzlərlə dialekt istehsal etmişlər və bu dialektlərdən bəziləri günümüzdə hələ də danışılan 21–44 Mayya dilinin əmələ gəlməsini təmin etmişdir. Bu sivilizasiya e.ə.600 vasitələrində yüksəlişə keçmiş, b.e. 3-cü əsrdə qızıl dövrünə (klassik dövr, b.e. 250–900-cü illərində addım atmış, kənd-dövlətlərinin siyasi qarışıqlıqlar nəticəsində dağıldığı b.e.900-cü ilə qədər geniş bir sahədə varlığını davam etdirmiş və İspaniya işğalı ilə də, dağılma prosesinə girmişdir. Mayya sivilizasiyası bir çox baxımdan bitmiş olsa da, geniş inancın əksinə, Mayyalar yox olmamışlar, hazırda bu ölkələrdə yaşayır və Mayya dillərindən bəzilərini danışırlar. Köhnə Mayyaların (Mayyaların indiki nəsillərinə nisbətən deyilən termin) astronomiya, riyaziyyat, memarlıq və incəsənət kimi bir çox sahədə inkişaf etmiş bir mədəniyyət səviyyəsindədir. Rabinal Achi, Popol-Vuh, Çilam Balam, Mayya ədəbiyyatı bu mədəniyyətin həyatını təsvir edir. İspaniya işğalı 1697-ci ildə Itza Mayya'nın paytaxtı Tayas və Qvatemaladakı Mayyaların paytaxtı Zacpeten'in alınması ilə sona çatdı və son Mayya dövləti 1901-ci ildə paytaxtı Meksika işğalı ilə yox oldu.
Maya Çiburdanidze
Mayya Çiburdanidze (gürc. მაია ჩიბურდანიძე; 17 yanvar 1961, Kutaisi) — Gürcüstanlı şahmat qrosmeysteri, qadınlar arasında 7-ci dünya çempionu (17 yaşında). == Həyatı == 1961-ci il yanvarın 17-də Kutaisidə anadan olan Mayya uşaq yaşlarından şahmatla maraqlanmışdır. 8 yaşında ikən qardaşından bu oyunun sirlərini öyrənmişdi. Mayya Kutaisi pionerlər sarayındakı şahmat dərnəyinə gələrkən, onun şahmat bacarığı məşqçi Çiradzenin nəzərindən yayınmadı və onunla ciddi məşğul olmağa başladı. 1972-ci ildə Tbilisiyə köçəndən sonra, Mayyanın şahmat yaradıcılığında dönüş mərhələsi başlandı. Bir ildən sonra şahmat aləmi yeni ulduzun parlamasından xəbər tutdu. Həmin il Tbilisidə SSRİ-Yuqoslaviya görüşü keçirilirdi. Ölkənin güclü şahmatçıları başqa yarışlarda çıxış etdiyindən Yoqoslaviya çempionuna qarşı oyuna Mayya çıxdı. Beynəlxalq usta, çox təcrübəli V.Kalxbrenner 12 yaşlı Mayyaya məğlub olur.
Maya Şibutani
Maya Şibutani (ing. Maia Shibutani; 20 iyul 1994, Nyu-York, Nyu-York ştatı) — Amerika Birləşmiş Ştatları təmsil edən fiqurçu. Maya Şibutani, Aleks Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub. Şibutani cütlüyü, həm də 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub. Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb. == Həyatı == Maya Harumi Şibutani 1994-cü il iyulun 20-də Birləşmiş Ştatların Nyu-York ştatının Nyu-York şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və qardaşı Aleks Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar.
Maya Şöne
Maya Şöne (alm. Maja Schöne‎; 1976, Ştutqart) — alman aktrisa. == Bioqrafiya == Şöne 1 yanvar 1976-cı ildə Ştutqartda anadan oldu. Özündən böyük bir qardaşı var. 1997-ci ildə aktrisa olmağa qərar verdi və 2001-ci ildə Westphalian Drama School-da təhsil almağa başladı. Şöne 2001-ci ilin fevral ayında Hamburqa köçdü. 2004-cü ildə Cowgirl filmi ilə film karyerası başladı. 2008-ci ildən 2013-cü ilə qədər Tatort serialında rol aldı. 2011-ci ildə The Brand filmində rol aldı. O, 2017-ci ildə Neu in unserer Familie adlı miniserialda rol aldı.
Autodesk Maya
Autodesk Maya — Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
Passos Maya
Passos Maya (port. Passos Maia) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 5900 nəfərdir. Ərazisi 614,432 кm²-dir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Çılpaq Maya
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Maya Qurci
Maya Qurci (ukr. Майя Михайлівна Гурджі; 25 may 1946, Simferopol – iyun 1992, Simferopol) — Sovet və Ukrayna musiqişünası və müəllimi. Ukrayna Bəstəkarlar İttifaqının üzvü. == Bioqrafiya == 25 may 1946-cı ildə Simferopolda krımçak ailəsində anadan olub. Simferopol Musiqi Kollecinin məzunudur. 1971-ci ildə Qnessinlər adına Dövlət Musiqi və Pedaqoji İnstitutunun (Moskva) tarix, nəzəriyyə və bəstəkarlıq fakültəsini bitirmişdir. 1971-ci ildən Simferopol 1 saylı Uşaq Musiqi Məktəbində dərs deyirdi, 1975-ci ildən rayon radiosunda musiqi şərhçisi kimi fəaliyyət göstərmişdir. 1978-ci ildə Ukrayna Bəstəkarlar İttifaqının üzvü olur. Jurnal və qəzetlərdə məqalələrin, mühazirələrin, radio və televiziya proqramlarının müəllifidir. O, bəstəkar A. S. Karamanovun əsərlərinin təbliği ilə məşğul olmuş, onun haqqında bir sıra məqalələr yazmışdır.
Maya Erskin
Maya Erskin (ing. Maya Erskine; 7 may 1987, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, yazıçı. "Man Seeking Woman" və "Betas" seriallarındakı rolları ilə tanınır. O, Anna Konkl ilə birlikdə "PEN15" serialını yaradıb, ikisi burada 13 yaşlı əsas personajları ifa etmişdir. == Həyatı == Maya Erskin ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. O, Mutsuko Niqatava və caz təbilçisi Piter Erskinin övladıdır. Anası Tokiodan olan yapondur, atası isə Nyu-Cersi ştatından olan ağ dərili amerikalıdır. Anası "PEN15" serialında personajın anasını ifa edib. Erskin Santa-Monikadakı Crossroads School for Arts & Sciences özəl məktəbində oxuyub, daha sonra Los Angeles County High School for the Arts mətkəbini bitirib. Maya bunun ardınca Nyu-York Universitetinə daxil olub, daha sonra Universitetin təşkil etdiyi təhsil proqramı üçün Amsterdama səfər edib, o, burada oxuyarkən ən yaxşı dostu Anna Konkl ilə tanış olub.
Maya Houk
Maya Houk (ing. Maya Hawke; 8 iyul 1998, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, model və müğənni. == Həyatı == Hok 8 iyul 1998-ci ildə Nyu-York şəhərində aktyor İtan Houk və aktrisa Uma Turmanın böyük övladı olaraq dünyaya gəlib. Valideynləri 1998-ci ilin may ayında evlənib 2005-ci ildə ayrılmışdırlar. Hokun bir qardaşı var. Atasının ikinci həyat yoldaşı Rayan Şouesdən iki ögey bacısı var. Anasının keçmiş nişanlısı investor Arpad Bassondan isə bir ögey bacısı var. Hok ata tərəfdən yazıçı Tennesse Uilyamın qohumudur. Ana tərəfdən buddist alim Robert Turmen və model Barones Nena von Şlebrüqün nəvəsidir. Şlebrüqün anası Birgit Holmquist də modeldir.
Maya dilləri
Maya dilləri — Meksika, Qvatemala, Belize və Hondurasın bəzi ərazilərində danışılan dillər ailəsidir. Bu dillər, qədim Maya sivilizasiyasının dilləri olmaqla yanaşı, hələ də müasir dövrdə geniş şəkildə istifadə olunur. Maya dilləri tarixi və mədəni əhəmiyyətə malikdi, çünki onlar Mayaların qədim yazı sistemində istifadə edilirdi və müxtəlif yazılı abidələrdə, kitabələrdə öz əksini tapmışdır. == Maya dillərinin xüsusiyyətləri == Maya dilləri geniş bir dil ailəsinə aiddir. Bu ailəyə daxil olan müxtəlif dillər mövcuddur. Məsələn: Yukatek, Kiçe, Kakçikel, Qeqçi, Tsotsil və Tzeltal. Maya dillərində zəngin fonetik sistem mövcuddur. Onlarıb bəzi dillərində qlottal(qırtlaq) səslər, ejective (çölə hava çıxışlı) səslər geniş yayılıb. Maya dilləri aqqlutinativ dillərdir, yəni sözlərin müxtəlif hissələri morfemlər vasitəsilə birləşdirilir. Həmiçinin, çox vaxt ergativ-absolutiv qrammatik sistemə malikdirlər.
Maya qlifləri
Maya qlifləri — qədim Maya sivilizasiyasının yazı sistemi olan **Maya heroqlifləri** və ya **qlif yazısı** ilə tanınır. Bu yazı sistemi Mezoamerikan mədəniyyətləri arasında ən mürəkkəblərindən biridir və eramızdan əvvəl 3-cü əsrdən eramızın XVI əsrinə qədər aktiv olaraq istifadə olunmuşdur. Maya qlifləri rəsmi sənədlərdə, memarlıq strukturlarında, abidələrdə və keramik əşyalarda tapılır. == Ümumi xüsusiyyətləri == Maya yazısı loqosillabik yazı sistemidir, yəni həm sözləri (loqoqraflar) ifadə edən simvollar, həm də fərdi səsləri (hecaları) ifadə edən simvollar istifadə olunur. Bu sistem bir dilin həm mənalarını, həm də səslərini təmsil edə bilir. Simvolların quruluşu adətən kvadrat formada olur və hər bir qlif ya tək bir söz, ya da birləşmiş şəkildə müxtəlif səsləri və sözləri ifadə edə bilən fərqli elementlərdən ibarətdir. Simvollar çox detala malikdir və stilizə edilmiş insan, heyvan və təbiət formalarını təsvir edə bilər. Yazı istiqaməti adətən cüt sütunlarda yuxarıdan aşağıya və soldan sağa yazılır. Yazı oxunuşu xüsusi qliflərə görə dəyişə bilər. Maya sivilizasiyası öz qliflərini təkcə dil üçün deyil, həm də riyazi və astronomik məlumatları kodlaşdırmaq üçün istifadə etmişdir.
Hamiqot mayakı
Hamiqot mayakı (kor. 호미곶등대) — Cənubi Koreyanın Pohanq şəhərində yerləşən və hal-hazırda da fəaliyyət göstərən mayak. 26,4 metr hündürlüyü ilə Cənubi Koreyanın ən hündür mayakıdır. == Tarixi == 1901-ci ildə Yaponiyaya məxsus gəminin yaxınlıqda batmasından sonra 1903-cü ildə tikilib. Cənubi Koreyanın ən hündür mayakı fransız memar tərəfindən layihə edilib, Çin podratçıları tərəfindən tikilib və 1903 -cü ilin dekabrında tamamlanıb. Hündürlüyünə baxmayaraq, mayak armaturdan istifadə olunmayaraq, kərpicdən tikilmişdir. Daxildən altı-mərtəbəyə bölünüb və hər bir tavan Coson sülaləsinin şərəfinə armud ağacının çiçəyi ilə bəzədilib. Mayak hal-hazırda da fəaliyyətini davam etdirir.
Kür dili mayakı
Kür dili mayakı — Azərbaycanın Neftçala rayonu ərazisində yerləşən mayak. Kür deltasından təxminən 50 km (30 mil) cənubda, Kür dili adasının cənub-şərq sahilində yerləşir. Mayak 1911-ci ildə istifadəyə verilmişdir. 1966-cı ildən fəaliyyətsizdir.
Küçük Mayak (Uçalı)
Küçük Mayak (başq. Көсөк-Маяҡ, rus. Кучуково-Маяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 71 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 11 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 41 km.
Lənkəran mayakı
Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir. == Tarixi == 1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir. 1957-ci ildə mayak təmir edilir.
Mahaçqala mayakı
Mahaçqala mayakı və ya Petrovski mayakı — Dağıstan Respublikasının paytaxtı Mahaçqalada fəaliyyət göstərən mayak. Mayak binası 1862-ci ildə istismara verilmişdir. Hazırda mayak Kirovski rayonu, Əmirxanova küçəsi, 20 ünvanında yerləşir. Mayakın binası şəhərin ən görməli binalarında sayılır. Bina Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irs obyekti olaraq qorunur. }}</ref> == Tarixi == Xəzərdə mayakların inşasının təşəbbüskarı Qafqaz canişini Mixail Vorontsov olmuşdur. Petrovski qalasındakı ilk mayak, 1852-ci ildə Tarkovskaya Gorada da, əfsanəyə görə, Rusiya imperatoru I Pyotrun Port-Petrovsk qalasının təməlinə ilk daşı qoyduğu yerdə inşa edilmişdir. Mayak əvvəlcə ağ bir qüllə idi. O, dəniz səviyyəsindən 75 metr yüksəklikdə yerləşirdi. Onun üzərində səkkiz lampanın işığını reflektorlar tərəfindən gücləndirilərək, işığın görünmə məsafəsini 18 milə çatdıran müxanizm qurulmuşdu.
Maya Soetoro-Ng
Maya Kassandra Soetoro-Ng ing. Maya Kassandra Soetoro-Ng - 15 avqust 1970-ci ildə Cakartada (İndoneziya) anadan olub.) ABŞ-nin 44-cü Przezidenti Barak Obamanın ana bir, ata ayrı bacısıdır. Əvvələr orta məktəbdə tarix müəllimi idi, hal-hazırda Havay Universitetinin müəllimidir. == Uşaqlığı == Maya Sotero İndoneziyada yerli biznesmen Lolo Soetoro ilə amerikalı antropoloq Stanley Enn Dunhamin ailəsində anadan olub. Onun böyük qardaşı Barak Obama Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidentidir. O bildirir ki, ona ABŞ şairəsi Maya Anjelunun adı verilib . Maya və Barak bir neçə il birlikdə İndoneziyada və Havay adalarında yaşamış, sonradan anası Barakı Havay adalarında ata-anasının yanında qoyaraq Maya ilə birlikdə İndoneziyaya getmişdir. 1980-ci ildə onun valideynləri ayrıldıqdan sonra atası ikinci dəfə ailə qurur. Onun o ailədən Yusuf Aci Soetoro (1981) adlı qardaşı və Rahayu Nurmaida Soetoro (1984) adlı ögey bacısı vardır. İndoneziyada o ilk əvvəl evdə anasından təhsil alır, sonra 1981-1984-cü illərdə Cakarta beynəlxalq məktəbinə gedir Havaya qayıtdıqdan sonra Honoluludakı Punahou məktəbinə gedir və oranı 1988-ci ildə bitirir.
Maya xanım (film, 1993)
Maya Memsaab (hind. माया मेमसाब, urdu. مایا میم صاحب, mənası: Maya xanım) 1993-cü ildə Ketan Mehtanın rejissorluğu ilə çəkilmiş hind filmidir.
Mayada Əl-Sayad
Mayada Əl-Sayad (26 oktyabr 1992, Berlin, Almaniya) — Fələstinli marafonçu. Mayada Əl-Sayad Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mayada Əl-Sayad birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 28 saniyəyə qət edərək 157 marafonçu sırasında 67-ci yeri tutdu.

Значение слова в других словарях