MEMBA
MEMLEKET
OBASTAN VİKİ
Memento (film, 2000)
Memento — Kristofer Nolanın rejissorluğu ilə 2000-ci ildə çəkilmiş neo-noir, psixoloji triller filmi. Kristofer bu filmi öz qardaşı Conatan Nolanın yazdığı "Memento mori" adlı qısa hekayəsi əsasında çəkmişdir. IMDb-də bütün dövrlərin ən yaxşı filmləri arasında 47-ci yeri tutur. Həmçinin, BBC-nin nəşr etdiyi, dünyada 117 film tənqidçisinin də yer aldığı "21-ci əsrin ən yaxşı filmləri" siyahısında 25-ci sırada yer alıb. Film ilk dəfə 2000-ci ildə Venesiya Film Festivalında nümayiş olunaraq film tənqidçilərin marağına səbəb olur. "Memento" IMDb-ə görə tarixdəki 250 ən yaxşı film arasındadır. Filmin baş qəhrəmanı, sığorta şirkətində araşdırma aparan Leonard Shelby (Qay Pirs) həyat yoldaşına təcavüz edərək onu öldürən qatili axtarır. Əsas çətinlik Leonardın başından ağır xəsarət alması və anteroqrad amneziyası nəticəsində yaddaşında 15 dəqiqədən çox bir şey saxlaya bilməməsidir. O, daim özü üçün qeydlər, fotoşəkillər qoymalı və hətta insanları, məkanları yaddaşında saxlaya bilmədiyi hadisələri xatırlatmaq üçün döymələr etməlidir. İstintaqda ona Teddy (Joe Pantoliano) ləqəbli bir kişi və qız – Natali (Carrie-Anne Moss) kömək edir, lakin o, heç birinə etibar edə bilmir.
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. İslam Peyğəmbərinin zamanından "ölümün xatırlanması" İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Memet Ali Alabora
Məmət Əli Alabora (25 noyabr 1977, İstanbul) — türkiyəli aktyor. Məmət Əli Alabora 1977-ci il noyabrın 25-i Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. Alabora, mülki hüquqlar və ətraf fəalıdır. 2013-cü ildə Gəzi parkı etirazlarına dəstək vermişdir. 2018-ci ilin dekabr ayında Məmət Əli Alabora haqqında Gəzi parkı fəaliyyətlərinə görə "Türkiyə Respublikası Hökumətini devirməyə və ya vəzifələrini yerinə yetirməməsinə cəhd" ittihamı üzrə həbs edilmə qərarı verilmişdir. 2020-ci ilin fevral ayında Gəzi parkı davasında bəraət qazandığı deyildi. Məmət 2009-cu il noyabrın 19-u aktyor Pınar Öğün ilə ailə həyatı qurmuşdur. Gəzi parkı hadisələrindən sonra Türkiyədən ayrılıb İngiltərəyə köçən Məmət Əli Alabora, 2020-ci ilin oktyabr ayında qatıldığı bir yayımda Uelsin Kardiff şəhərində məskunlaşdığını demişdir.
Memento Mori (hekayə)
Memento mori — Conatan Nolan tərəfindən yazılan və Esquire jurnalının 2001-ci il mart sayında dərc edilmiş qısa hekayədir. Qardaşının rejissorluğu ilə çəkilmiş Memento filminin əsası olmuşdur. Bu ad "ölümünü xatırla" mənasına gələn latınca bir ifadənin simvolik və ya bədii ifadəsi olan memento moriyə istinad edir.
Memet Baydur
Memet Baydur — (9 avqust 1951, Ankara - 24 noyabr 2001, İstanbul) türk dramaturqu. 1974-cü ildə İngiltərəyə gedən və London Universitetində sosiologiya təhsili alan Baydur təhsilini yarımçıq qoyaraq Türkiyəyə qayıdır. İlk məqaləsi 1979-cu ildə “Yeni İnsan” jurnalında dərc olunub. Milliyet Sanat, Hürriyet Gösteri, Yapı Kredi Yayınlarının Kitap-lık və Sanat Dünyamız jurnallarında məqalə və hekayələri çıxmağa başlayandan sonra diplomat olan həyat yoldaşı Sina Baydur vəzifəsi ilə əlaqədar müxtəlif ölkələrə səyahət edib. 1 1982-ci ildə Keniyaya gedib. Keniyanın paytaxtı Nayrobidəki (Kenya Institute of Mass Communication) Keniya Kütləvi Kommunikasiya İnstitutunda kino tarixi, kinematoqrafiya və teatr haqqında mühazirələr oxuyub. O, Uğur Mumcu Jurnalistika Araşdırmaları Vəqfində kinodan dərs deyib, “Cümhuriyyət” qəzetində yazılar yazıb. O, İspaniyaya gedərək və Madriddəki Beynəlxalq Aralıq dənizi Teatr İnstitutunun qurucu üzvləri arasında yer aldı. 1992-ci ildən Bonn Teatr Biennalesinin Türkiyə məsləhətçisi vəzifəsində olan Memet Baydur dramaturgiyasına Afrikada olarkən başlayıb. O, pyeslərində türk dilindən çox uğurla istifadə edirdi.

Digər lüğətlərdə