MİFİ

mifi bax əfsanəvi

MİF
MİFİK
OBASTAN VİKİ
MiFi
MiFi mobil Wi-Fi hotspot kimi çalışan simsiz marşrutizatordur. Novatel Wireless şirkəti tərəfindən təqdim edilən bu cihaz mobil telefon xəttinə qoşularaq 5-ə qədər qurğunu internet ilə təchiz edə bilir. MiFi ətrafında 10 metrə qədər məsafədə yerləşən və Wi-Fi ilə təchiz olunmuş istənilən cihaz (kompüter, notebook, planşet, mobil telefon və s.) bu marşrutizator vasitəsilə internetə qoşula bilər. MiFi qurğusu ilk dəfə 2009-cu ildə ABŞ-də Novatel Wireless şirkəti tərəfindən təqdim edilmişdir. Hazırda dünyanın bir çox mobil operatorları öz istifadəçilərinə MiFi cihazını və müvafiq xidməti təklif edirlər. Müxtəlif modifikasiyalarda satışda olan bu qurğular istifadədə çox rahatdırlar. Daxili akkumulyatorla təchiz edilmiş MiFi qurğuları 4 saata qədər aktiv iş rejimində çalışırlar. Qurğunun 5.7Mb/s-ə qədər ötürmə və 7.2Mb/s-ə qədər yükləmə sürəti var. MiFi qurğusunun həmçinin mikro-SD slotu vardır, ki 16 GB-a qədər yaddaş kartı qoşula bilər. Bu da müxtəlif sənədlərin (musiqi, video, şəkil və s.) yaddaşda saxlanmasına imkan verir.