Astancin (Miyanə)
Astancin (fars. استانجين) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
== Coğrafiya ==
Astancin dəniz səviyyəsindən 1,563 metr yüksəklikdə yerləşir. Burada Aralıq dənizi iqlimi hakimdir. Astancin Tehrandan 452 kilometr, Qəzvindən 300 kilometr, Zəncandan 125 kilometr, Təbrizdən 263 kilometr, Miyanadan isə 75 kilometr aralı yerləşir.
== Əhalisi ==
Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (106 ailə). Əhalinin bir çox hissəsi qışda əmək üçün Tehran kimi böyük şəhərlərə gedir. Hazırda əhalinin çoxu Tehranın 16-cı bölgəsində yaşayırlar.
=== Milli tərkibi ===
Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
== İqtisadiyyat ==
Əhali daha çox əkiçilik, qoyunçuluq və maldarlıqla məşğuldur.