MORFOSKULPTUR

yun. morphe – forma + yun. sculptura – oyma

MORFOMETRİYA
MORFOSTRUKTUR
OBASTAN VİKİ
Azərbaycanın morfoskulpturları
Azərbaycannın morfoskulpturları == Nival–qlyasial proseslər və relyef formaları == Azərbaycanın yüksək dağlıq (2800–3900 m) ərazilərində Dördüncü dövrdə baş vermiş dağ-dərə buzlaşması müasir dövrdə paleomorfoskulpturlar kimi geniş yayılmış nival-qlyasial formaların yaranmasına səbəb olmuşdur. Dördüncü dövrün kəskin iqlim dəyişmələri və tədricən quraqlığın artması həmin relyef formalarını köklü surətdə dəyişmiş, bəzi yerlərdə isə məhv etmişdir. Nival-qlyasial relyef formalarının dağlıq ərazilərdə, əsasən, ekzarasiyon əlamətləri nisbətən yaxşı saxlanılmışdır. Bunlar əsasən troq dərələri, kar, sirk və şiş qayalar şəklində Böyük Qafqazın, Murovdağ və Zəngəzur silsiləsinin suayrıcılarında tipik relyef formalarından ibarətdir. Nival-kriogen proseslərin inkişafı yüksək dağlığa xas olan şaquli qurşaqlıq zonalarının əmələ gəlməsinə səbəb olmuşdur. Denudvsiya prosesinə nisbətən asan məruz qalan litoloji komplekslərin ərazidə inkişafı, nival-qlyasial-kriogen proseslərinin əmələ gətirdiyi formaların zəif saxlanılması ilə səciyyələnir. Dördüncü dövr buzlaşmasının bir çox ekzarasiyon formaları müasir çay dərələrinin mənbə hissələrində karlar və sirklər şəklində saxlanılmışdır. Nival-qlyasial-kriogen relyef formaları müxtəlif çay hövzələrində təxminən eyni yüksəkliklərdə yayılmışdır. Onlar denudasiya-eroziya proseslərinin daha intensiv inkişaf etdiyi Baş Qafqazın mərkəzi və şərq hissəsində, Zəngəzur silsiləsində, Qarabağ vulkanik yaylasında və Murovdağ silsiləsində yüksəkdağlıq sahələri (2800–3000 m və daha yüksək) əhatə edirlər. Bu isə, əsasən, kriogen-soliflyüksion proseslərin inkişaf etdiyi dağ-çəmən zonasının yuxarı hissəsini əhatə edən alp çəmənliklərində daha çox nəzərə çarpır.
Azərbaycanın morfoskulpturları və mofostrukturları
Azərbaycan ərazisinin morfoskulpturları == Nival – qlyasial proseslər və relyef formaları == Cənub-Şərqi Qafqazın qədim buzlaşma problemi ilə XIX əsrin axırlarında və XX əsrin əvvəllərində bir sıra tədqiqatçılar məşğul olmuşlar. Bu problem eyni zamanda bütün Qafqaz regionunu əhatə etməklə klassik dördüncü dövr Alp buzlaşma sxemi ilə eyniləşdirilirdi. Bir çox hallarda genetik cəhətdən moren ilə əlaqəsi olmayan çöküntülər harada təsadüf etməsinin fərqinə varmadan buzlaq çöküntüləri kimi qeyd olunurdu. Qafqazın buzlaq relyef formaları və ümumiyyətlə buzlaşma problemləri XX əsrin elmi çoğrafi ədəbiyyatlarında geniş tədqiqat obyekti olmuşdur. 1950-1980-cı illərdə bu problemdəki yeniliklər və dəqiqləşmələr N.B.Dumitraşko, B.Ə.Budaqov (1957) D.A.Lilienberq (1959), B.Ə.Budaqov (1957, 1965, 1973, 1977, 1982) İ.E.Mərdanov (1978), M.A.Müseyibov, Ə.B.Məmmədov (1976), N.Ş.Şirinov, S.N.Dotduev (1976) və b. əsərlərində öz əksini tapmışdır. Buzlaşma probleminin tədqiqinin ilk mərhələlərindən başlayaraq indiyə qədər buzlaşmaların sayı məsələsi daima mübahisəli olaraq qalmaqdadır. Bu problem Böyük Qafqazda bir sıra tədqiqatçılar tərəfindən dərindən öyrənilmişdir. Son dövrlərdə yuxarıda adları çəkilən tədqiqatçılar bu məsələdə ümumi fikrə gələ bilmişlər. Bu, əsasən, onunla bağlı olmuşdur ki, dördüncü dövr buzlaşmasının izləri bu ərazidə daha yaxşı saxlanılmışdır.
Morfoskulpturlar