MÜFTƏXOR [Şəndə:] Mən ona Veysələ təsir eləməsəm, müftəxor olub qalar (B.Bayramov); HARAMXOR Mustafa bəy: Hamınız haramxorsunuz, hamınız oğrusunuz! (Ə.Haqverdiyev); HAVAYIYEYƏN Bu gün o da evdədir, adam azmış kimi yanınca da özü kimi beş-altı havayıyeyən gətirib (M.İbrahimov); MÜFTƏYEYƏN Niyaz bəy: ..indiki mədəniyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldir (N.Nərimanov); PARAZİT (məc.) Əli belli, kətmənli obaların, ellərin; Qanım gizli-aşkar soran parazitləri (X.Rza); TÜFEYLİ (məc.) İlahi, könlünü şad et qəribi-bivətənin; Tüfeyli eyləmə mərdi gədayə qürbətdə (Ə.Vahid).