Məğlubedilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.