MƏŞƏDİ

сущ. мешеди (Иранда Хорасан-Мешгьед шегьердин тӀварцӀикай); дин. виликра Мешгьеддиз фена, “мукъаддас” чкаяр зиярат авур ксариз лугьудай тӀвар.
MƏSUMLUQ
MƏŞƏQQƏT
OBASTAN VİKİ
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-cu il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm.
Məşədi Məmməd
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Məşədi Məhəmməd Bülbül
Məşədi Məhəmməd Bülbül (1858, Şuşa – 1918, Şuşa) — xanəndə, şair. == Həyatı == Məşədi Məhəmməd Bülbül 1858-ci ildə Şuşada anadan olmuşdur. Təhsilini Şuşada Molla İbrahimin məktəbində alaraq burada ərəb, fars dillərini öyrənmiş, Quranın təcvidlə oxunması və hüsnxət təlimi almışdır. Məktəbdə oxuduğu vaxtlarda Şərq ədəbiyyatını dərindən mənimsəmiş, el ədəbiyyatı və aşıq qoşmalarına maraq göstərmişdir. == Fəaliyyəti == Məşədi Məhəmməd gözəl səsə və təbə malik olduğuna görə bəzi məclislərdə xanəndə kimi iştirak etmişdir, lakin müəyyən səbəblərdən o, xanəndəlik sənətini buraxır və ədəbi məclislərin fəal aktiv iştirakçısına çevrilərək daha çox ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. Belə ki, Məşədi Məhəmməd Bülbülü yaxından tanıyan dövrün tədqiqatçısı Salman Mümtaz Bülbülün xanəndəlik sənətini tərk etməsi haqqında belə yazır: "Mən şəxsən Bülbül ilə görüşmüşəm və gözəl səsindən, ləhnindən zövq almışam. O heç də mövhumatçı deyildi. Niyə oxumağı tərk etdin? – deyə verdiyim suala – nadan adamların təhəkkümünə mütəhəmmil ola bilmədim. – deyə cavab verdi".
Məşədi Məhəmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı.
Məşədi Məlik Mansurov
Mansurov Məşədi Məlik bəy Ağa Salah bəy oğlu (1845, Bakı, Kaspi vilayəti – 22 yanvar 1909, Bakı) — Bakı Muğam Məclislərinin yaradıcısı. == Həyatı == Məşədi Məlik bəy Mansurov (Mansurbəyov) 1845-ci ildə Bakıda, İçəri şəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açmışdır. Əsil adı Məlik-Məmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olurlar. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mansurov artıq 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü il tarixi ilə qeyd olunur.
Məşədi Məmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə. == Həyatı == Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı. Məşədi Məmmədin oxuduğu “Bayatı-Kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Səmayi–Şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi. Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı.
Məşədi Məsih Qarabaği
Məşədi Məsih Hacı İmamqulu oğlu Qarabağı — (1780, Şuşa), divanbəyi, vəkil. == Həyatı == Məsih Hacı İmamqulu oğlu 1780-ci ildə Şuşa şəhərində doğululmuşdu. (Bəzi mənbələrdə onun 1760-cı ildə doğulduğu yazılır ki, ağlabatan deyil). Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin, Mehdiqulu xanın divanxanasında çalışmışdı. Rus üsul-idarəsi dönəmində əyalət məhkəməsində işləmişdi. Divanbəyi adlanırdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Sənəd: 1838-ci il martın 2-də çərşənbə günü iştirakçılar Qarabağ əyalət məhkəməsinə gəldilər. Qarabağ komitəsi və məhkəmə sədri vəzifəsini yerinə yetirən mayor, knyaz Baratov idi.
Məşədi Nəsir Lövhi
Sadıqov Məşədi Nəsir Hacı Sadıq oğlu (Məşədi Nəsir Lövhi) — Azərbaycan şairi. == Həyatı == Məşədi Nəsir Lövhi Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Məclisi-üns üzvlərindən olmuşdur. Qardaşı Məşədi Əyyub Baki də şair idi. Məşədi Nəsir Lövhi 1901-cü ildə vəfat edib.
Məşədi Abbas
Məşədi Abbas Məşədi Həşim oğlu Rzazadə (1878-1954) 1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir. O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula-pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş. Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: "Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin".
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — == Həyatı == 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Məşədi Hüseynli
Məşədihüseynli (Şəmkir)
Məşədi Hüseynqulu
Məşədi Hüseynqulu — Cəlil Məmmədquluzadənin ata tərəfdən babası. == Həyatı == Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdur. XIX əsrin 40-cı illərində Naxçıvana gəlmiş, burada evlənmişdir. Bənnalıqla məşğul olmuşdur. Dindar olmuş, Məşhəddə( İran, Xorasan) imam Rzanın qəbrini ziyarət etmişdir. === Vəfatı === 1905-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. == Ədəbiyyat == Qulam Məmmədli,Molla Nəsrəddin (salnamə),Bakı,1984 İsa Həbibbəyli, Cəlil Məmmədquluzadə: Mühit və müasirləri,Bakı,1997 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Məşədi Həsən
Məşədi Həsən — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xızı rayonunun Giləzi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Məşədi Həsən kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. == Həyatı == Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. == Haqqında == Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur.
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Məşədi İsə
Məşədi İsə Kərbəlayi Musa oğlu (1845, Qaraiman – 27 sentyabr 1924, Qaraiman, Yeni Bəyazid qəzası) — qlava, el qəhrəmanı. == Həyatı == Məşədi İsə “Çanaqlı” soyundandır. O, 1845-ci ildə kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan cəsarətli və zirəkliyi ilə tay-tuşlarından fərqlənmiş, inadkarlığı ilə ulu babası Çanaq Vəlini xatırlatmışdır. XIX əsrin birinci qərinəsində Çarizm İran və Türkiyə ilə apardığı müharibələrdə Zaqafqaziyanı, o sıradan Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu. 1850-ci ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kənd Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən idarə edilirdi. Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş. Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilmişdir. Ziyarətə hər il Göyçədən minlərlə adam Xorasana gedən ziyarətçilər arasında qaraimanlı İsa Kərbəlayi Musa oğlu da varmış, yolda quldurların dəstəsi qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, pərənləri pozulan quldurlar qarət etdikləri malları atıb qaçırlar.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. == Həyatı == Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. == Xeyriyyə işləri == O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Məşədi Əzizbəyov
Məşədi Əziz bəy oğlu Əzizbəyov və ya Məşədi bəy Əzizbəyov (6 (18) yanvar 1876, Bakı – 20 sentyabr 1918, Krasnovodsk) — Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist azərbaycanlılardan biri; BSE-nin birinci nəşrinə əsasən, o, türk inqilabçı ziyalılar nəslinə aid idi. O, "Hümmət" təşkilatının rəhbərlərindən biri idi, RSDFP(b)-ın üzvü və "Ədalət" Sosial Demokrat Partiyasının MK-ın üzvü olmuşdur, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı XKS-nin Daxili İşlər Komissarının müavini olmuşdur (1918). Məşədi Əzizbəyovun inqilabi fəaliyyəti təhsil aldığı Peterburq şəhərində başladı. RSDFP-a qoşularaq, "Vetrova nümayişləri"ndən birində də daxil olmaqla siyasi çıxışlarda iştirak edirdi. Birinci rus inqilabının fəal xadimlərindən idi, həmin dövr ərzində "Hümmət" təşkilatının üzvü və daha sonra onun tanınmış simalarından biri oldu. İran inqilabçılarına dəstək göstərirdi; fəaliyyətində bilavasitə iştirak etdiyi "Nicat" Bakı Müsəlman Maarif Cəmiyyəti ilə sıx əlaqədə olurdu. Yeraltı inqilabi işini qanuni fəaliyyətiylə məharətlə uyğunlaşdırırdı. Bakı Şəhər Dumasının üzvü idi. Bakı Kommunasının görkəmli simalarından biri kimi Sovet hakimiyyətini qurmaqla yanaşı, Bakının müdafiəsini təşkil etməkdə də çoxlu işlər görmüşdür. "26 Bakı komissarı" sırasında edam edildi.
Məşədi İbrahim
Məşədi İbrahim və ya tam adı ilə Məşədi İbrahim ağa Hacı İsmayıl oğlu Kosalı - Azərbaycanlı xeyriyyəçi idi. O, özünün Qazax şəhərindəki 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına hədiyyə verməsi ilə məşhurdur. == Həyatı == Məşədi İbrahimin mənsub olduğu nəsil Qazaxda "Dəlləklilər" adı ilə tanınırdı. Məşədi İbrahim Hacı İsmayılın oğlu idi. Atası iki dəfə Həcc ziyarətində olmuş və ikinci ziyarətdən qayıdarkən yolda Ərəbistanda vəfat edib. Yoldaşları onu orada dəfn ediblər. Məşədi İbrahim ağa 1872-ci ildə Qazaxın Kosalar kəndində anadan olmuşdur. O, ömrü boyu mirab, yəni su ağası işləyib. Qazaxdan Şəmkirədək bütün Kürqırağı obalarının əkin suyu ilə təmin olunmasına nəzarət edirdi. İşgüzar adam idi.
Məşədi Qərib məscidi
Məşədi Qərib məscidi — Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid. == Haqqında == Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən məscid 1876-cı ildə yerli əhali tərəfindən tikilib. Məscidin sahəsi 250 m² təşkil edir və burada eyni vaxtda 160 nəfər ibadət edə bilər. Məscidin dini icması dövlət qeydiyyatından keçib.
Məşədi Səlim İbrahimov
İbrahimov Məşədi Səlim Cəbrayıl oğlu (1871, Xankəndi, Şuşa qəzası – bilinmir) — Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (01.11.1928–07.03.1930). == Həyatı == Ağdamda çəkməçi işləyirdi. 1929-cu ildə Gizli Müsavat Partiyasına üzv olmuşdu.[mənbə göstərin] Məşədi Səlim İbrahimov Xankəndi, Şuşa, Malıbəyli, Quşçular müsavatçıları ilə yaxından əlaqə saxlayır, müxtəlif yerlərdə keçirilən yığıncaqlarda fəal iştirak edir, Sovet hakimiyyətinə qarşı və kolxoz əleyhinə mübarizə aparırdı. 1930-cu ildə həbs edilərək sürgünə göndərilmiş və 3 il cəza çəkəndən sonra Ağdama qayıtmışdı. Məşədi Səlim İbrahimov 1937-ci ildə avqustun 18-də yenidən tutulmuşdur. Əmlakı müsadirə olunmaqla güllələnməklə cəzası almışdır.
Ağası Məşədibəyov
Ağası Abutalıb oğlu Məşədibəyov (1912, Bakı – 1984) — Azərbaycan tarzəni, bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Ağası Məşədibəyov Abutalıb oğlu 1912-ci ildə anadan olub. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirən Ağası Üzeyir bəyin təklifi ilə məktəbin notlu xalq çalğı alətləri orkestrinin dirijoru və xalq musiqisi şöbəsinin müdiri vəzifələrini daşımışdır. Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində ikinci tarçılar qrupunun konsertmeysteri kimi çalışmışdır. Həm müəllim, həm də orkestrdə konsertmeyster olan A. Məşədibəyovun musiqiçi kadrların meydana gəlməsində rolu az deyildi. Böyük Vətən müharibəsi illərində A. Məşədibəyov konsert briqadaları ilə cəbhədə tez-tez çıxış etmiş, döyüşçüləri qələbələrə ruhlandırmışdır. Müharibədən sonrakı illərdə A. Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra Şəki Musiqili-Dram Teatrının musiqi hissə müdiri işləmişdir. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini: Z. Hacıbəyovun " Aşıq Qərib" operasını, S. Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F. Əmirovun "Gözün aydın" musiqili komediyalarını tamaşaya hazırlamış, eyni zamanda dram tamaşalarına musiqi yazmışdır. A. Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak etmiş, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləmişdir. O, "Toy kimindir?" adlı musiqili komediyasını məhz bu teatr üçün yazmışdır.
Bakı komissarı Məşədi Əzizbəyov (film, 1975)
Bakı komissarı Məşədi Əzizbəyov qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Məzmun == Film Bakı komissarı Məşədi Əzizbəyovun anadan olmasının 100 illiyinə ithaf olunmuşdur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Püstə Əzizbəyova, Vladimir Sinitsın Rejissor: Ruslan Şahmalıyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Aqşin Əlizadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
== Məzmun == Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Murtuza Məşədi Rza oğlu Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Məşədi Mirzə Qafar İsmayılov
Məşədi Mirzə Qafar İsmayılov — azərbaycanlı məşhur memarlardan biri və Qasım bəy Hacıbababəyovun şagirdi. Fəaliyyəti boyunca yüzdən çox bir və iki mərtəbəli şəxsi evlərin memarlığını etmiş. Bundan başqa da, xeyli sayda dükanların, məscidin və ictimai hamamın da memarı olmuşdur. == Həyatı == Məşədi Mirzə Qafar İsmayılov tanınmış azərbaycanlı memar Qasım bəy Hacıbababəyovun tələbəsi olmuşdur. O, 1868-ci ildən 1898-ci ilə qədər memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. O, memarlıqdan başqa, dizaynerlik də etmişdir. Mirzə Qafar təkcə İçəri Şəhərdə 25-dən çox şəxsi evin memarı olmuşdur.1893-cü ildə İçəri Şəhərdə tikilmiş Xanlar məscidi də Mirzə Qafarın layihəsi əsasında inşa olunmuşdur. O, 1896-cı ildə tikintisi başa çatmış Qasım bəy məscidinin memarı olmuşdur. Məscid o zamanki Karantika, indiki Əziz Aslanov küçəsində yerləşməkdə və bir çox xüsusiyyəti etibarilə Bəylər məscidinə bənzəməkdədir. Buna baxmayaraq, bu iki məscidin arasında müəyyən fərqlər də mövcuddur.
Məşədi Mirzə kəndi (Poldəşt)
Məşədi Mirzə kəndi (fars. مشهدي ميرزاكندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 836 nəfər yaşayır (194 ailə).
Məşədi Molla Əli kəhrizi
Məşədi Molla Əli Kəhrizi-Ağcabədi rayonunun Qaravəlli kəndində qeydə alınıb. == Tarixi == Kəhrizi kənd sakini xeyirxah,vətənpərvər Məşədi Molla Əli Vəliyev (1875-1937) adlı ruhani təhsilli bir ziyalı düzəltdirib vurdurduğuna görə kəhriz onun adı ilə də adlanmışdır. Kənd camaatı bu kəhrizin adından istifadə edir. Adətən, içməli suları yer səthinə çıxarmaq üçün yeraltı qurğuya kəhriz deyirlər. XX əsrin ortalarından Azərbaycanda 900-dən çox kəhriz qeydiyyata alınmışdır.
Məşədi Molla Əlinin bağ yeri
Məşədi Molla Əlinin bağ yeri — Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Məşədi Molla Əlinin bağ yeri coğrafi adı Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində qeydə alınıb. Bu bağı kəndin nüfuzlu, hörmətli sakini Məşədi Molla Əli Vəliyev (1875–1937) saldırdığına görə o belə adlanmışdır. Həmin bağ yerində çoxlu sayda meyvə ağacları vardır.
Məşədi Məlik bəy Mansurov
Mansurov Məşədi Məlik bəy Ağa Salah bəy oğlu (1845, Bakı, Kaspi vilayəti – 22 yanvar 1909, Bakı) — Bakı Muğam Məclislərinin yaradıcısı. == Həyatı == Məşədi Məlik bəy Mansurov (Mansurbəyov) 1845-ci ildə Bakıda, İçəri şəhərdə bəy nəslindən olan varlı mülkədar ailəsində dünyaya göz açmışdır. Əsil adı Məlik-Məmməddir, qısaca olaraq Məşədi Məlik bəy deyə çağırırdılar. Məşədi Məlik bəy 3 yaşında olarkən atası Ağa Salah bəy vəfat edir. Onun tərbiyəsi ilə anası Qızxanım və əmisi Ağa Hacı Əli bəy məşğul olurlar. Yazıb-oxumağı o, hələ uşaq yaşlarından mədrəsədə öyrənir. Gənc yaşlarından böyük qardaşı Məşədi İsmayıl bəylə birgə poeziya və musiqi ilə maraqlanmağa başlayırlar. Elə o vaxtlar Məşədi Məlik bəy tarda, kamançada, cürə sazında, qarmonda və dəfdə çalmağı öyrənir. Musiqiyə olan bu həvəslə Məşədi Məlik bəy Mansurov artıq 18 yaşında Bakı muğam məclislərinin təməlini qoyur və yaradıcısı olur. Onun İçəri şəhərdəki evində ilk muğam məclisi 1863-cü il tarixi ilə qeyd olunur.
Məşədi Məmməd/İsgəndər xan
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məşədivəlilər
Məşədivəlilər — Azərbaycan Respublikasının Tovuz rayonunun Həsənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd məşədivəli nəslinə mən­sub ailələr tərəfindən salındığı üçün belə adlanmışdır. Oykonim "Məşədi Vəlinin nəslindən olanlar, məşədivəligillər" məna­sındadır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Şəhidləri === Aslanov Atəş Yusif oğlu (1993-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Məşədivəlilər kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Məşədivəlilər kənd tibb məntəqəsi yerləşir.
Məşədivəlli
Məşədivəlli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Məşədivəlli kəndi Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Tarixi == == Toponimikası == Məşədivəlili oyk. Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Burovar silsiləsindədir. Yaşayış məntəqəsi panavand tayfasının məşədivəlili tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məşədixanım Nemət
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. === Elmi fəaliyyəti === Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Məşədixanım Nemətova
Nemətova Məşədixanım Sədulla qızı (5 yanvar 1924, Zabrat, Bakı qəzası – 26 dekabr 2016, Bakı) — Azərbaycan alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru (1969), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə ADU-nun (indi BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. === Elmi fəaliyyəti === Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlamışdır (1971-ci ildən epiqrafika qrupunun rəhbəridir). 1993-cü ildən Arxeologiya İnstitutunda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 1948-ci ildə AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş, 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Qara Məşədiyev
Qara Məşədiyev (15 may 1939, Gədəbəy rayonu – 7 dekabr 2021, Bakı) — tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor. == Həyatı == Məşədiyev Qara İbrahim oğlu 1939-cu il may ayının 15-də Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəmli kəndində anadan olmuşdur. 1946-cı ildə Zamanlı kənd 7 illik məktəbinin 1-ci sinfinə daxil olub, 1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1958–1959-cu illərdə hərbi xidmətdə olub. 1959–1961-ci illərdə Bakı şəhərində 40 №-li evlər idarəsində işləyib. 1961–1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. Təyinatla üç il 1966–1968-ci illərdə Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib. Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1968-ci ildən 1989-cu ilədək Müasir Azərbaycan dili şöbəsində işləyib. 1968–1974-cü illərdə kiçik elmi işçi, 1974–1979-cu illərdə elmi işçi, 1979–1989-cu illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb. 1989–1992-ci illərdə Onomastika şöbəsinin, 1992–1998-ci illərdə Tətbiqi Dilçilik və Onomastika şöbəsinin müdiri işləyib.
Ramiz Məşədiyev
Ramiz Məşədiyev (azərb. Ramiz Abbas oğlu Məşədiyev‎; d. 15 may 1958-ci il, Qərbi Azərbaycan, Kirovakan, Arçut) — Azərbaycan alimi, filologiya elmləri namizədi, "Türkel" qəzetinin baş redaktoru. == Həyatı == Ramiz Məşədiyev 15 may 1958-ci ildə Qərbi Azərbaycanın Kirovakan şəhəri Arçut kəndində anadan olub. O, orta məktəbi 1975-ci ildə bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1980-ci ildə rejissor-aktyor sənətinə yiyələnib. 1984-1989-cu illərdə İrəvan Dövlət Universiteti ikinci ixtisas kimi jurnalistika fakültəsini bitirib. == Əmək fəaliyyəti == 1980-1988-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor assistenti; 1982-1988-ci illərdə Sovet Ermənistanı qəzetində tərcüməçi və ştatdankənar müxbir; 1983-1988-ci illərdə İrəvan Dövlət TV radiosunda Azərbaycanca bir saatlıq proqramın 2-ci redaktoru və aparıcısı; 1989-cu ildə Azərbaycan Dövlət Teleradiosunda əməkdaş; 1989-cu ildə Xankəndində yerli Dağlıq Qarabağ radiosunda mühafizə altında Azərbaycan hökumətinin qərarlarını ermənicə 3 ay yayımlayıb; 1993-1995 Az.TV Xəbərlər redaksiyasında böyük redaktor-müxbir; 1995-2003 Az.TV ictimai əsaslarla AFR və Mərkəzi Avropa təmsilçisi; 2003-2007 Az.TV ictimai əsaslarla Qazaxıstan və Orta Asiya təmsilçisi; 2007-ci ildən başlayaraq Qazaxıstan dövlət radiosu – Türkcə və Azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı; 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri; 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru; 2005-ci il - "Türkel" qəzetinin və "Türkel ekspress" əlavə qəzetinin baş redaktoru; 2007-ci il "Altın körpü" jurnalının baş redaktoru; 2017–ci il Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin baş redaktoru; 2003-cü ildən başlayaraq Manas TV Radiosunda Dostluq Körpüsü 1 saatlıq proqramın aparıcısı və redaktoru; 2018-ci ildən başlayarak Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi; 2018-ci il iyun ayından başlayaraq Qırğız Dövlət TV PƏRAMİDA həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Ramiz Məşədiyev "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100" kitablarının, "Həyatın içindən-Ahıska sürgün"”, "İnsan və Əmək"”, "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla qısametrajlı filmlərin rejissoru və müəllifidir. 2021-ci ilin payızından Qırğız Dövlət TV Piramida kanalının mərkəzi Bakı şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyinin həmsədri. == Ailəsi == Ramiz Məşədiyev ailəlidir. 3 oğlu, 2 qızı və 7 nəvəsi var.

Digər lüğətlərdə