NAFTALİ́N

[ yun. naphtha – neft] Kəskin iyli ağ kristallik maddə (texnikada, habelə yun və dərini güvədən qorumaq üçün işlədilir). Naftalin səpmək. Naftalin iyi.
◊ Naftalin iyi vermək – köhnəlmiş, vaxtı keçmiş şey haqqında.
[Veysəl Zinyətə:] Yaxşı ki, naftalin iyi verən bu sözləri yadınızdan çıxarmamısınız. B.Bayramov.

Naftalinə qoymaq – köhnəlmiş, vaxtı keçmiş şey haqqında.
NAFTALÁN
NAFTALİNLƏMƏ

Digər lüğətlərdə