Nərgizgülü
Nərgizgülü (lat. Narcissus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Xoş ətirli, gözəl görunuşlü nərgizin Şimal ölkələrində öz — özünə yetişən 40 növü vardır.
Ana vətəni Avropa olan bu bitkiyə İspaniya və Portuqaliyada rast gəlinir. Arıların köməyilə tozlanır. Ancaq təbii olaraq bütün Ağ dəniz sahillərində də bitir. Avropa, Şimali Amerika və Şimali Afrika ölkələrində yetişdirilir.
Narcissus Poeticus növü Türkiyədə Egey bölgəsində yetişdirilir. Yarpaqları və çiçək sapları eyni olsa da, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar.
Gözəlliyi və ətirli olması ilə çox sevilən bu çiçəklər həm də müalicəvi əhəmiyyətə malikdir.