PEYĞƏMBƏR

i. din. prophet; (qadın) prophetess; oracle (in ancient Greece); Məhəmməd ~ the prophet Mahammad

PEYDƏRPEY
PEYĞƏMBƏRANƏ
OBASTAN VİKİ
Peyğəmbər
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Harun peyğəmbər
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hizgil peyğəmbər
== Hüzqəyl (Hizgil) peyğəmbər == Tarixçilərin dediyinə görə, Kalibdən sonra Bəni-İsrail üçün Hüzqəyl peyğəmbərliyə çatdı. İbni Əsir və Təbəri yazırlar ki, Hüzqəylə "İbnul-əcuz" (qarının oğlu) ləqəbini vermişdilər. Çünki anası qoca arvad və sonsuz idi. Qoca vaxtında Allahdan uşaq istədi. Allah taala Hüzqəyli ona nəsib etdi. Təbərinin dediyinə görə, Hüzqəyl həmin Zulkifldir. Bu adın ona verilməsinin səbəbi o idi ki, yetmiş peyğəmbəri ölümdən qurtarandan sonra onlara dedi: -"Siz arxayın gedin. Çünki bir nəfər mənim ölməyim sizin hamınızın ölümündən yaxşıdır." Yəhud Hüzqəylin yanına gəlib yetmiş peyğəmbərin yerini ondan soruşdular. Hüzqəyl onlara dedi: -"Buradan getdilər. Onların hara getməyini mən bilmirəm.
Hud peyğəmbər
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir == Hudun peyğəmbər seçilməsi == Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tövhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
Həzrət Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Lut peyğəmbər
Lut peyğəmbər — İslam dinində Sodom və Qomora şəhərlərinin əhalisini çirkinliklərdən çəkindirmək və Allahın birliyini təbliğ etmək üçün göndərilən bir peyğəmbər, Yəhudilik və Xristianlıqda isə bir din böyüyü olaraq qəbul edilir. == Yəhudilikdə Lut peyğəmbər == Tövratın Yaradılış bölümündə keçən ifadələrə görə Lutun babası Terah atası isə Harandır. Terah hələ həyata ikən Haran vəfat etmişdir. Lakin bir müddət sonra babası Terah, əmisi İbrahim (Avram) və əmisinin yoldaşı Sara ilə birlikdə Kəldanilərin Ur şəhərindən Harrana köçmüşdür. Daha sonra isə Rəb (Allah) İbrahimdən Kənana getməsini istəmiş və İbrahim də Lutu, arvadı Saranı, uşaqlarını və vardövlətini götürüb Kənara getmişdir. Lakin Kənanda qıtlıq baş verdiyi üçün bir müddət sonra Misirə yollanmışdır. Daha sonra böyük sərvətlə yenidən qardaşı oğlu Lut ilə birlikdə Kənana qayıtmışdır. Lakin sürülərinin çoxluğu nəticəsində çobanlar arasında savaş çıxmışdır. Buna görə də İbrahim qardaşı oğlu Luta: “biz qohumuq" dedi. Buna görə nə, biz nə də çobanlarımız arasında savaş olmasın.
Musa (peyğəmbər)
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş Yəhudi peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Musa Peyğəmbər

Məhəmməd Peyğəmbər
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Nuh peyğəmbər
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. == Nuhun adı, əxlaqı və onun xasiyyətləri == Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Peyğəmbər (dram)
Peyğəmbər — Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavidin 1922–1923-cü illərdə yazdığı dram əsəri. Əsər İslam dininin peyğəmbəri Məhəmmədin həyatından bəhs edir. "Maarifçilik və Mədəniyyət" jurnalında qismən dərc edilmişdir. İkinci və üçüncü dəfə "Azərnəşr" (1922–1923 və 1926) nəşriyyatında çap olunub . Tamaşa teatr səhnəsində qoyulmayıb. Hüseyn Cavidin bu əsərini fərqləndirən cəhət ondan ibarətdir ki, burda obrazlar yoxdur. Peyğəmbərin bir çox adları (Məhəmməd, Əhməd, Mustafa, Rəsul, Əkrəm, Mürsəl, Nəbi, ibn Abdulla, Məhəmməd Əmin, Mahmud və s.) olduğu da məlumdur. "Peyğəmbər" dramında Cavid Məhəmməd Peyğəmbərdən, "ibn Abdulla" və ya "Abdullanın oğlu" kimi bəhs edir. == Süjet == Dram dörd pərdədən ibarətdir və başlanğıc remarkasından etibarən tarixi gerçəkləri əks etdirir. Bu pərdələrin hər biri Məhəmməd Peyğəmbərin həyatının müəyyən dövründən (Bisat, Dəvət, Hicrət və Nüsrət) bəhs edir.
Peyğəmbər məscidi
24°28′08″ şm. e. 39°36′41″ ş. u. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir.
Saleh peyğəmbər
== Saleh peyğəmbər == Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi. Sonuncu fikir Quran ayələrinə daha uyğundur. == Səmud qövmünün mədəniyyəti == Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun.
Süleyman peyğəmbər
Süleyman (təq. e.ə. 990, Fələstin – təq. e.ə. 931, Qüds) — Yəhudi Krallığının üçüncü kralı.
Yaqub (peyğəmbər)
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Yaqub peyğəmbər
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Yunis (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Yunis peyğəmbər

Yunus Peyğəmbər

Yusif (peyğəmbər)
Yusif (ən tezi e.ə. 1915 və ən geci e.ə. 1562, Haran[d] – ən tezi e.ə. 1805 və ən geci e.ə. 1452, Qədim Misir) — qeyri-adi gözəlliyi ilə seçilən, həm də yuxu yozmaq qabiliyyətinə malik olan İslam dininin möhtərəm peyğəmbərlərindəndir. Quranın 111 ayədən ibarət 12-ci "Yusif" surəsi onun həyat hekayətinə həsr edilmişdir. == Həyatı == Yusif Yaqub və Rəhilənin oğlu olaraq Kənan torpağında on ögey qardaşı, bir doğma qardaşı və ən azı bir ögey bacısı ilə yaşayırdı. O, Rəhilənin ilk oğlu və Yaqubun on birinci oğlu idi. Ata bütün oğullar arasında Yusifi üstün tuturdu. == Osarsif == Ədəbiyyatda Osarsif adının Yusiflə oxşarlığına, eləcə də hekayələrdə (hər ikisi haqqında) yuxulara mühüm yer verilməsinə diqqət çəkilmişdir.
Yusif peyğəmbər

Yəhya peyğəmbər
Yəhya ibn Zəkəriyya (ərəb. يحيى ابن زكريا‎) — İsa ibn Məryəmin peyğəmbərlik missiyasının həqiqiliyini təsdiq etmək üçün İsrail xalqına göndərilmiş İslam peyğəmbəri. İncildəki Vəftizçi İohanna uyğun gələn Zəkəriyya peyğəmbərin oğlu. Quranda adı 5 dəfə çəkilir. İslam inancına görə Yəhya İsanın peyğəmbərliyini söyləyən, ona inanan və ona yəhudilər arasında dini yaymağa kömək edən ilk peyğəmbər idi. Yəhya peyğəmbərin adı Quranda daha çox atası Zəkəriyyanın əhvalatlarında, o cümlədən "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələrində çəkilir. Yalnız "Məryəm" surəsində ayrıca olaraq onun fəzilətlərindən söz açılır. Bu surədə Yəhyaya bəxş olunan ilahi nemətlərdən söz açılır. "Ali-İmran" surəsində də Zəkəriyyaya oğlu Yəhyanın müjdəsini verərkən onun fəzilətlərindən bir neçəsi sadalanır. Bunlar: (Zəkəriyyanın əhvalatında dediyi kimi) Yəhyanın İsaya imanı və onun peyğəmbərliyini təsdiq etməsi, Yəhyanın ağalıq və alicənablığı, onun evlənməkdən pərhiz etməsi və peyğəmbərlik məqamıdır.
Yəqub peyğəmbər
Yaqub (ən tezi e.ə. 2006 və ən geci e.ə. 1791, Kənan – ən tezi e.ə. 1920 və ən geci e.ə. 1644, Qədim Misir) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. 12 oğlu olmuşdur.
Zəkəriyya peyğəmbər
== Zəkəriyya peyğəmbər == Qurani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olunubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur: "Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi: -"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi: -"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi: -"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir. Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara!
İbrahim Peyğəmbər
İbrahim (əslində Abram) Yəhudilik, Xristianlıq və İslamda (Hz. İbrahim (ə)) kimi İbrahimi dinlərin ortaq əcdadıdır. Yəhudilikdə yəhudilərlə Allah arasındakı xüsusi əlaqənin qurucusu, Xristianlıqda bütün möminlərin mənəvi əcdadı İslamda Hz. Adəmlə (ə) başlayıb Hz. Məhəmmədlə (s.a.v.) bitən peyğəmbərlər silsiləsinin halqasıdır. Yaradılış Kitabında təsvir olunan həyatı gələcək nəsillər və torpaq mövzuları ətrafında cəmlənir. İbrahim, atası Terahın evini tərk edib özü və nəslinə vəd edilen Kənan torpağında məskunlaşmağa çağırılır. Bu vəd daha sonra İbrahimin arvadı Saredən oğlu İshaqa miras qaldı, İshaqın ögey qardaşı İsmailə isə böyük bir xalq quracağı vəd edildi. İbrahim Sara üçün Əl Xəlilde Atababalar mağarasını -dəfn yeri- alır və bununla da torpaqda öz hüququnu müəyyən edir. Varisi İshaq öz qohumlarından olan bir qadınla evlənir və bununla da Kənanlıları varislikdən məhrum edir.
Muhəmməd. Son peyğəmbər (Əsəd bəy)
Məhəmməd , Məhəmməd Peyğəmbər və ya Muhəmməd. Son peyğəmbər (alm. Mohammed. Eine Biographie‎) — Məhəmməd Əsəd bəyin 1932-ci ildə almanca yazdığı Məhəmməd peyğəmbərdən bəhs edən tarixi-publisistik romanı. == Məzmun == Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Məhəmməd Peyğəmbərin uşaqlığı, gəncliyi və peyğəmbərliyi, eləcə də islamın XX əsrin əvvəlinə kimi olan vəziyyəti bədii boyalarla təsvir olunur. == Nəşr və tərcümə == Roman ilk dəfə 1932-ci ildə Berlində Kiepenheuer nəşriyyatında çap olunmuşdur. Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 475 səhifədə, 2016-cı ildə Bakı Kitab Klubu nəşriyyatında 392 səhifədə çap olunmuşdur. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Muhəmməd. Son peyğəmbər" ( (az.)). kitabklubu.org.
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi
Məhəmmədoğulları tarixində təşrih və mühakimə — Zəngəzurlu Qazi Bəhlul Behcətin kitabı, Məhəmməd peyğəmbərin (s) ailəsi haqqında kitab. Bəhlul Behcətin dini mövzuda yazdığı "Məhəmmədoğulları tarixində təşrih və mühakimə" adlı əsəri xüsusi əhəmiyyət kəsb edir. == Mənbə == 1. Milli Kitabxana. [1] == İstinadlar == 1. Azərbaycan Milli Kitabxanası. [2] == Həmçinin bax == 1. Genderi.orq Müstəqil Məlumat Mənbəyi.[3] 2. İxlas.az Dini Portal. [4] == Xarici keçidlər == 1.
Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi (Behcət)
Məhəmmədoğulları tarixində təşrih və mühakimə — Zəngəzurlu Qazi Bəhlul Behcətin kitabı, Məhəmməd peyğəmbərin (s) ailəsi haqqında kitab. Bəhlul Behcətin dini mövzuda yazdığı "Məhəmmədoğulları tarixində təşrih və mühakimə" adlı əsəri xüsusi əhəmiyyət kəsb edir. == Mənbə == 1. Milli Kitabxana. [1] == İstinadlar == 1. Azərbaycan Milli Kitabxanası. [2] == Həmçinin bax == 1. Genderi.orq Müstəqil Məlumat Mənbəyi.[3] 2. İxlas.az Dini Portal. [4] == Xarici keçidlər == 1.
Məhəmməd peyğəmbər və İncil
Məhəmmədin peyğəmbərliklərinin İncildə mövcud olduğuna dair arqumentlər Məhəmmədin ümmətinin erkən tarixindən müsəlman ənənəsinin bir hissəsini təşkil etmişdir (ərəb: أُمّة icması). Dəməşqli Yəhya və Con Kalvin kimi tarix boyu bir sıra xristianlar Məhəmmədi Əhdi-Cədidin Dəccalı kimi şərh etmişlər. Müsəlman ilahiyyatçıları iddia etdilər ki, bibliya mətnindəki bir sıra xüsusi keçidlər həm İbrani İncilində/Əhdi-Cədiddə, həm də Xristian Əhdi-Cədidində xüsusi olaraq Məhəmmədə istinad kimi müəyyən edilə bilər. Quranda bir neçə ayədə və bir neçə hədisdə Məhəmmədin İncildə təsvir edildiyi bildirilir. Digər tərəfdən, alimlər ümumiyyətlə bu ayələri İsrail icmasına və ya Yehovanın israillilərə və ya sadiq icma üzvlərinə dair şəxsi soterioloji hərəkətlərinə istinad kimi şərh etdilər, məsələn, Yeşaya 42. Barnabanın apokrif İncili, açıq şəkildə Məhəmmədi xatırladır, alimlər tərəfindən Erkən Müasir Dövrün uydurması kimi geniş tanınır. Bəzi müsəlman ilahiyyatçıları da Parakletin (Yunanca Əhdi-Cədidin) Məhəmməd olduğunu iddia etdilər, baxmayaraq ki, alimlər onu Müqəddəs Ruhla eyniləşdirirlər.
Məhəmməd peyğəmbərin evlilikləri
Məhəmməd peyğəmbər bir mənbəyə görə onun 23 həyat yoldaşı olmuşdur. Müsəlmanlar Məhəmməd peyğəmbərin həyat yoldaşlarını hörmət əlaməti olaraq "Möminlərin anaları" adlandırırlar. Bunun səbəbi Əhzab surəsinin 6-cı ayəsində qeyd edilən "Peyğəmbər mö´minlərə onların özlərindən daha yaxındır. (Mö´minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö´minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)." ifadəsidir. Məhəmməd peyğəmbərin həyatı hicrətdən öncə (Məkkə, 570–622) və hicrətdən sonra (Mədinə, 622–632) olmaqla iki yerə ayrılır. Məhəmməd peyğəmbərin evliliklərindən ikisi xaric digər evliliklərinin hamısı hicrətdən sonrakı dövrdə baş tutmuşdur. Mədinə dövründə Məhəmməd peyğəmbərin hər bir xanımı üçün ayrıca olaraq Məscidi-Nəbəvinin divarlarına bitişik otaqlar tikilmişdir. Məhəmməd peyğəmbər vəfat etdiyi zaman 9 xanımı dul qalmış və bu qadınlar möminlərin anaları sayıldıqlarına görə onların başqa evlilikləri olmamışdır. == Evliliyinin əsas məqsədləri == Ərəblərin adətlərinə görə evliliklər qəbilə ehtiyaclarına görə planlaşdırılar, qəbilə daxilində və ya digər qəbilələr arasında ittifaqların bağlanması məqsədilə həyata keçirilərdi.
Məhəmməd peyğəmbərin meracı
Məhəmməd peyğəmbərin meracı — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına çəkilmiş rəsm əsəridir. Əsərdə müəllifin imzası olmasa da, sənətşünas tədqiqatçılar L. Binyon, İ. Şukin və başqaları onu Sultan Məhəmmədin fırçasına aid edirlər. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Miniatürün məzmunu Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının giriş hissəsinə aiddir. Orta əsr divan ənənəsinə uyğun olaraq, başqa şairlər kimi Nizami poemalarını dini məzmunlu girişlə başlamışdır. Həmin girişə əsasən Məhəmməd peyğəmbərin göyə qalxması təsvi olunur: Ulduzlu bir gecdə peyğəmbər dünya tamahı ilə vidalaşıb çəhrayı rəngli insan başlı, qanadlı əfsanəvi atın — Buraqın belində göyün yeddinci qatına qalxır. Miniatür üzərində, mövzu üçün əsas götürülmüş mətndən aşağıdak beytlər yazılmışdır: == Təsviri == Əsərdə süjet yüksək sənətkarlıqla təfsir edilmişdir. Bütün personajlar, Məhəmmədin özü, onun mindiyi qadın başlı əfsanəvi at, peyğəmbəri müşayət edən Cəbrayıl və 18 mələk təsviri zərif və ifadəlidir. Qanadlı mələklər havada mürəkkəb fiqurlar cızaraq aşağı yuxarı süzürlər.
Məhəmməd peyğəmbərin meracı (miniatür, XVI əsr)

Məhəmməd peyğəmbərin səhabələri siyahısı
== Xəlifə olanlar == Əbu Bəkr Ömər Osman Əli == Əlifba sırası ilə == == Adı naməlum olanlar == Əbu Rafe əl-Qibti Əbu Leyla əl-Ğəffari Əbu Fəzalə əl-Ənsari Əbu Sufyan Əbu Haris ibn Əbdulmuttəlib əl-Haşimi Əbu Hüreyrə == İstinadlar == == Ədəbiyyat == Ayətullah Şeyx Usamə Ali Şeyx Bilal Nəcəfinin araşdırmaları == Həmçinin bax == Məhəmməd peyğəmbərin qeyri-ərəb səhabələrinin siyahısı (en) Tabein == Xarici keçidlər == "Əhli beyt (ə.s) məktəbində adil sayılan səhabələr" ( (az.)). saqaleyn.wordpress.com. 2013-02-16. 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Məhəmməd peyğəmbərin səhabələrinin siyahısı

Nuh Peyğəmbər Türbəsi
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib. == Nuh tufanı == Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır. Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir.
Peyğəmbər (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Peyğəmbər Yeşaya (Rafael)
Peyğəmbər Yeşaya —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafael əsəri 1511-cu ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Peyğəmbər Yeşaya əsəri hal-hazırda İtaliyada saxlanılır.
Peyğəmbərli (Xudabəndə)
Peyğəmbərli (fars. پيغمبرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (10 ailə).

Digər lüğətlərdə