1. QIN (xəncər, qılınc vəs. silah qabı) Fəxrəddin və Əlaəddinlərin qılıncları qınında paslandığı kimi, böyük Nizami də gözlərini əbədi olaraq yummuşdu (M.S.Ordubadi); QILAF Qütlüğ İnanc əlindəki piyaləni yerə çırpdı və qılıncını qılafdan çıxardı (M.S.Ordubadi).
2. QIN Bağa qınından çıxdı, qınını bəyənmədi (Ata. sözü); ÇANAQ Yüzlərlə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu (M.S.Ordubadi).