Su dəyirmanında üst daşı oxla birləşdirən və fırlayan dəmirə el arasında qurbağa deyirlər. Formaca qurbağaya bənzəyir. Qabaqlar dəyirmanla bağlı qurbağa yox, tövərə (Culfada indi də işlədilir) işlədilib. Görünür, fırlanma əlamətinə görə belə adlanıb, “dəyirmi” deməkdir. Rusca “крестовина” adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)