Mandenova qızılgülü
Mandenova qızılgülü (lat. Rosa mandenovae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Böyük Qafqazda rast gəlinir.
== Botaniki təsviri ==
Hündürlüyü 110-130 sm olan, düz dayanan, alçaqboylu koldur. Gövdəsinin qabığı yaşılımtıl-qonurdur. Tikanları möhkəm, düz, çiçəkli budaqlarda yuxarıya istiqamətlənmiş, bünövrəsi ellipsvaridir. Yarpaqların uzunluğu 6-8 sm-dir, yarpağın oxu çılpaq və hamardır, seyrək vəzicikli və tikancıqlıdır. Yalançı zoğları yaxşı inkişaf etmiş, yarpaqvari enəlmiş, uzunluğu 2-2,5 sm, eni 1 sm, qulaqcıqları iti, yuxarıya istiqamətlənmiş, hər tərəfdən çılpaq və hamar, vəziciklidir. Xırda yarpaqları 5-7 ədəd, yumurtavari –ellipsvari formadadır, bünövrəsi pazşəkilli daralmış, bir-birindən aralı yerləşmiş, xırda, uzunluğu 1,5-2 sm, eni 0,7-0,8 sm, üstü çılpaq və hamardır, alt tərəfi ancaq əsas damarcıqda zəif tükcüklü və seyrək, iri vəziciklidir, kənarları sadə dişli, dişcikləri iti, vəzicikləri yoxdur. İyun-iyul aylarında çiçəkləyir Çiçəkləri 2-3 ədəd, çiçək altlıqları yaxşı inkişaf etmiş qalxanvari çiçək qruplarında yerləşir.