RÜŞEYMLİ
RÜTBƏLİ
OBASTAN VİKİ
Rütbə
Rütbə — şəxsin və ya komandanın xidmətlərinin və ya peşəkar, rəsmi, elmi və ya digər keyfiyyətlərin rəsmi tanınmasını göstərən səlahiyyətli orqanlar tərəfindən müəyyən və təyin edilmiş ad.
Hərbi rütbə
Hərbi rütbə — Hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi. Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi poqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.
Kapitan (rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Kaymakam (rütbə)
Kaymakam (Osmanlı dili: قائم مقام) — Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən miralay və mayor rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik-leytenant hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Qorçu (rütbə)
Qorçu — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçubaşı isə Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab edilirdi. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvilər dövlətinin ən böyük əmirlərindən idi. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. İlk dəfə olaraq "Xülasət ət-təvarix" in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. H. Zərinəzadə bu sözün azərbaycanca "qoruyucu" mənasında olduğunu yazır. Əlyazmalarda qorçulardan Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. XV yüzilin sonu və XVI yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir.
Yasavul (rütbə)
Yasavul — mənşəcə monqol "yasa" – "qanun-qayda" sözündəndir.[mənbə göstərin] Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar "yalnız möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass) onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər". Yasavul — Rusiyada Kazak alayında hərbi rütbə idi. Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Kapitan (hərbi rütbə)
Kapitan (lat. capitaneus, caput — başçı) — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.
Voyvoda (hərbi rütbə)
Voyvoda (Serb: Војвода; rom: Voyvoda) — Balkan müharibələri və Birinci Dünya Müharibəsi illərində Serbiyanın ən yüksək hərbi rütbəsi, o dövrün dünyanın digər ordularındakı Feldmarşal hərbi rütbəsinə bərabərdir. Hərbi rütbə aşağıdakı şəxslərə verilmişdir: Radomir Putniku (1912); Stepa Stepanoviç (1914); Zhivoin Mishich (1914); Petar Boyoviç (1918); Louis d'Espere, Fransanın Marşalı (1921) fəxri adı; Qubernatorlar, Serbiya gerbinin əsas elementi olan ağ iki başlı qartal (ölçüləri 54 mm x 40 mm) olan ümumi hörülmüş paqonlar taxmışdılar.
Rütbələr (Çar Rusiyası)
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Rütbələr cədvəli
Rütbələr və ya çinlər — Çar Rusiyasında mülki məmurların daşıdığı ünvan, titul.
Sovet ordusunda rütbələr
Sovet ordusunda rütbələr — SSRİ Silahlı qüvvələrində xidmət edən hərbi qulluqçuların fərqlənmə nişanları
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı (ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration) — Səfəvi imperiyasının tarixi barədə yazılmış elmi əsər nəzərdə tutulur. Kitab Mage Publishers tərəfindən Uillem Floorun müəllifliyində və tərcüməçiliyində hazırlanmışdır. Əsərin əsaslandığı tarxi əsərin müəllifi isə Mirzə Nağı Nasiridir. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin müəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Azərbaycanda rütbələr və ixtisas dərəcələri
Azərbaycanda ixtisas dərəcələri və rütbələr. İxtisas dərəcələri: Həqiqi dövlət müşaviri I dərəcəli dövlət müşaviri II dərəcəli dövlət müşaviri III dərəcəli dövlət müşaviri Dövlət qulluğunun baş müşaviri Dövlət qulluğunun müşaviri Dövlət qulluğunun kiçik müşaviri I dərəcəli dövlət qulluqçusu II dərəcəli dövlət qulluqçusu III dərəcəli dövlət qulluqçusu Kiçik dövlət qulluqçusu Dövlət qulluğunun baş referenti Dövlət qulluğunun böyük referenti Dövlət qulluğunun I dərəcəli referenti Dövlət qulluğunun II dərəcəli referenti Dövlət qulluğunun III dərəcəli referenti Dövlət qulluğnun kiçil referenti Diplomatik rütbələr: Fövqəladə və səlahiyyətli səfir I dərəcəli fövqəladə elçi II dərəcəli fövqəladə elçi I dərəcəli müşavir II dərəcəli müşavir I dərəcəli I katib II dərəcəli I katib I dərəcəli II katib II dərəcəli II katib III katib Ataşe Hərbi Rütbələr Hərbi rütbə — Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Prezident Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti, Baş Prokurorluq yanında Hərbi Prokurorluq, Milli Qvardiya və digər silahlı birləşmələrin hərbi qulluqçuları və zabit heyətində istifadə olunan rütbədir. Hərbi Rütbələr: Ordu Generalı General-polkovnik, Admiral General-leytenant, Vitse-Admiral, Tibb xidməti general-leytenantı, Ədliyyə general-leytenantı, General-mayor, Kontr-Admiral, Tibb xidməti general-mayoru, Ədliyyə general-mayoru Polkovnik, I dərəcəli kapitan, Tibb xidməti polkovniki, Ədliyyə polkovniki Polkovnik-leytenant, II dərəcəli kapitan, Tibb xidməti polkovnik-leytenantı, Ədliyyə polkovnik-leytenantı Mayor, III dərəcəli Kapitan, Tibb xidməti mayoru, Ədliyyə mayoru Kapitan, Kapitan-leytenant, Tibb xidməti kapitanı, Ədliyyə kapitanı Baş leytenant, Tibb xidməti baş leytenantı, Ədliyyə baş leytenantı Leytenant , Tibb xidməti leytenantı, Ədliyyə leytenantı Kiçik Leytenant, Tibb xidməti kiçik leytenantı, Ədliyyə kiçik leytenantı. Baş gizir, Baş miçman, Ədliyyə baş giziri Gizir, Miçman, Ədliyyə giziri Kiçik gizir, kiçik miçman, Ədliyyə kiçik giziri Baş çavuş, I starşina, Ədliyyə baş çavuşu Çavuş, II starşina, Ədliyyə çavuşu Kiçik Çavuş, III starşina, Ədliyyə kiçik çavuşu Xüsusi rütbə — Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrinin şəxsi heyəti arasında istifadə olunan rütbədir. Xüsusi rütbələr: Həqiqi dövlət ədliyyə müşaviri, Həqiqi dövlət gömrük xidməti müşaviri, Həqiqi dövlət vergi xidməti müşaviri. Polis general-polkovniki, I dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-polkovniki, I dərəcəli miqrasiya xidməti müşaviri, I dərəcəli gömrük xidməti müşaviri, I dərəcəli vergi xidməti müşaviri. Polis general-leytenantı, II dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-leytenantı, Daxili xidmət general-leytenantı (FHN), Tibb xidməti general-leytenantı, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, II dərəcəli dövlət gömrük xidməti müşaviri, II dərəcəli vergi xidməti müşaviri. Polis general-mayoru, III dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-mayoru, Daxili xidmət general-mayoru (FHN), Tibb xidməti general-mayoru, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, III dərəcəli dövlət gömrük xidməti müşaviri, III dərəcəli dövlət vergi xidməti müşaviri. Polis polkovniki, Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki, Daxili xidmət polkovniki (FHN), Tibb xidməti polkovniki, Baş miqrasiya xidməti müşaviri, I dərəcəli gömrük xidməti müşaviri, Baş vergi xidməti müşaviri. Polis polkovnik-leytenantı, Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı, Daxili xidmət polkovniki (FHN), Tibb xidməti polkovnik-leytenantı, Miqrasiya xidməti müşaviri, II dərəcəli gömrük xidməti müşaviri, Vergi xidməti müşaviri.

Digər lüğətlərdə