səs

is. voix f ; ~ azlığı minorité f des voix ; ~ azlığı ilə par la minorité des voix ; ~ vermək voter ; ~ vermədən (elan edilmə yolu ilə) par acclamation ; ~ vermədən seçmək acclamer vt ; ~ verməmə abstention f ; ~ verməyən adam abstentionniste m ; ~ verməmək abstenir (s’) ; ~ qazanmaq gagner les voix ; ~ yayıldı ki,. . . le bruit a couru ; ~ eyniliyi (tarazlığı) égalité f des voix ; ~ eyniliyi ilə avec l’égalité des voix ; ~ itirmək (səsvermədə) perdre les voix ; ~ itgisi (azlığı) perte f des voix ; ~ salmaq faire du bruit (du tapage, du bochan, du chahu) ; ~ toplamaq obtenir les voix (réunir, recueillir, rallier, totaliser) les voix ; ~ çoxluğu majorité f des voix ; ~ çoxluğu qazanmaq gagner la majorité des voix ; ~ çoxluğu qazanan gagnant m ; ~ çoxluğu ilə avec la majorité absolue ; ~ çoxluğu ilə seçmək élire avec la majorité absolue ; ~ hesablayanları seçmək désigner des scrutateurs ; ~ə qoymaq soumettre (mettre) aux voix ; ~i alınmaq privation f du droit de vote ; ~lər bölünmüşdür les voix étaient réparties ; ~lərin sayı nombre m des voix ; ~lərin hesablanması dépouillement m du scrutin ; boğuq ~lə d’une voix éraillée

sərvətli
səs-küy
OBASTAN VİKİ
Səs mühəndisliyi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Səs prodüserliyi

O Səs Türkiyə
O Səs Türkiyə — bir çox ölkədə "Voice Of" adı ilə yayımlanan və 10 Oktyabr 2011-ci ildə Türkiyədə Show TV-də yayımlanmağa başlayan, 2012-2013 və 2013-2014 sezonu üçün Star TV ilə razılaşan 2014-dən bəri TV8 və istehsalçı qurum kimi Acun Medya-nın, təqdimatı və aparıcılığı Acun Ilıcalının etdiyi, mahnı (səs) yarışması proqramıdır. Yayımlandığı ildən bir çox Azərbaycanlı iştirakçılar arasında olmuş hətta mərhələ də adlamışlar.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Səs (1993)
Səs (dəqiqləşdirmə)
Səs
Səs (qəzet)
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs Azərbaycan
Səs Azərbaycan — Dünyanın 50-dən çox ölkəsində yayımlanan The Voice televerilişinin lisenziyalı Azərbaycan versiyası. Azərbaycan Televiziyası ilə yayımlanıb. Şounun aparıcısı Tural Əsədovdur. Şounun ilk mövsümünün yayımına 2015-ci ildə başlanılmışdır. Səs Azərbaycan şousunun münsiflər heyəti 22 sentyabr 2015-ci ildə bəlli oldu. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir. Səs Azərbaycanın ilk mövsümünün qalibi Mübariz Tağıyevin komandasından olan Emiliya Yaqubova oldu. İkinci yer Faiq Ağayevin komandasından Hüseyn Abdullayev, üçüncü yer Tünzalə Ağayevanın komandasından Samirə Əfəndiyeva və dördüncü yer isə Manananın komandasından Səmra Rəhimli oldu. Qaydalar Şounun münsiflər heyəti "Görmədən dinləmələr" turu zamanı öz komandalarını formalaşdıracaq. Bu turun mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları görə bilməyəcəklər.
Səs altı
Subsonik və ya Səs altı, Aerodinamikada səs sürətindən aşağı sürətləri ifadə etmək üçün istifadə olunan termindir (təxminən Mach 0 - 0.8). Həm də yavaş uçan təyyarələrə subsonik təyyarələr deyilir. Republic F-84 Thunderjet buna nümunədir.
Səs bağı
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs dalğaları
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Səs gücləndiricisi
Amplifikator (Fransızca: amplificateur, qısaca ampli), musiqi sistemlərində yüksəldici olaraq istifadə edilir. Cihazlardan (CD player, ikmi) çıxan səs siqnallarını gücləndirərək dəs ucaldıcıya göndərmə vəzifəsini yerinə yetirir. Müxtəlif struktura və bu strukturaya uyğun xüsusiyyətlərə əsaslanan sinifləndirmə mövcuddurr, amma əsl sinifləndirmə tranzistorlu quruluşda olanlar və vakum borulu, yəni əvvəlcədən Azərbaycan dilində istifadə edildiyi formada, lampalı formada olanlar arasındadır. 2 və 4 kanallı olaraq mövcuddur. Bunlarla birlikdə son illərdə genişlənən hibrid strukturlu forma da vardır. Yəni bunlara əlavə olaraq inteqral formada, giriş/güc ayrı kasadalar halında istehsal olunan ve monoblok formasında əsas formadan əlavə sinifləndirmə mevcuddur. Çıxış kaskadı formasına görə amplifikator sinifləndirmələri bu formadadır Sinif A: Çıxış kaskadında daim cərəyan olur. Bu səbəblə çox elektrik enerjisi istifadə edir. Bunun qarşılığında ən saf, təmiz səsə sahib olduğu qəbul edilmişdir. Səsdəki maneələr nəzəri olaraq ən aşağı səviyyədədir Sinif B: Çıxış kaskadları işi sıra ilə yerinə yetirir.
Səs kimyası
Səs kimyası və ya sonokimya — möhkəm akustik dalğaları öyrənir. Маргулис М.А. Основы звукохимии. Химические реакции в акустических полях. — М.: Высшая школе, 1984. — 272 с. — 300 экз. – The Chemical and Physical Effects of Ultrasound by Prof.
Səs mühəndisi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Səs qəzeti
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Səs telləri
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs tembri
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Səs tipi
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs bağları
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs növləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs növü
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs teli

Səs tipləri
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Etimadsızlıq səsverməsi
Etimadsızlıq səsverməsi və ya Etibar səsi, bir qrup insanın bir hökumətə və ya liderə güvənib səs verməməsidir. Əslində, hökumətdə və ya idarədə olan bir insanın artıq bu vəzifəyə gələ bilməyəcəyini təyin edən bir bəyannamə və ya səsvermədir.
Gizli səsvermə
Gizli səsvermə - səsvermənin iradə ifadəsinə nəzarəti kənar edən səsvermə növü. İradə ifadəsinin sərbəstliyi bülletenlər, kürəciklər, yaxud xüsusi səsvermə maşınları vasitəsilə təmin olunur. Bülleten vasitəsilə gizli səsvermə daha geniş yayılmışdır. Bu halda seçici bülleteni xüsusi otaqda, yaxud kabinədə doldurur və seçki qutusuna atır. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gəncliyin səsləri
Gənclərin Səsi dünyanın hər yerindən olan uşaqlara məlumat və fikir mübadiləsi aparmağa kömək etmək üçün UNICEF tərəfindən yaradılmış təşkilatdır. Gənclərin Səsi 1995-ci ildə Sosial İnkişaf üzrə Ümumdünya Sammitində 81 ölkədəki uşaqların mesajlarını dünya liderlərinə çatdırmaq üçün yaradılıb. 1997-ci ildə gənclərə uşaq hüquqları və inkişaf məsələlərini müzakirə etmək imkanı vermək üçün “Gənclərin Səsi” rəsmi müzakirə lövhələri (“Görüş yeri” adlanır) yaradılmışdır. Müxtəlif insanların iştirakına imkan yaratmaq üçün ingilis, fransız və ispan dillərində paralel forumlar yaradılmışdır. Eyni zamanda testlər, oyunlar və foto gündəliklər vasitəsilə gənclərə uşaq hüquqları ilə bağlı dəqiq və əlçatan məlumatların çatdırılması üçün “Öyrənmə məkanı” yaradılıb. Müəllimlərə və digər gənc liderlərə fikir mübadiləsi aparmaq və Gəncliyin Səslərindən öyrənmə vasitəsi kimi istifadə etmək yollarını tapmaq üçün forum kimi “Müəllim yeri” də yaradılmışdır. 2002-ci ildə "Gənclərin səsləri" tamamilə yenidən işlənmişdir. Dünyanın hər yerindən olan sayt istifadəçiləri ilə mümkün dəyişiklikləri müzakirə etdikdən sonra administratorlar veb-saytı üç bölmədə yenidən təşkil etdilər: “Kəşf et”, “Speak Up” və “Take action”. "Gənclərin Səsi" öz internet səhifəsindən əlavə, iki ayda bir "Gənclər Nə Deyir" adlı xəbər bülleteni də dərc edir. 2005-ci ildə Gənclərin Səsi dünyanın hər yerindən ərəb dilli gəncləri hüquqlar haqqında müzakirələrə cəlb etmək üçün ərəb güzgü saytını əlavə etdi.
Gəncənin səsi (qəzet)
"Gəncənin səsi" qəzeti == Tarixi == 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.
Mənim səs-küylü evim
Səs-küylü ev (ing. The Loud House) – Kris Savino tərəfindən Nickelodeon üçün hazırlanan cizgi-serialı. Cizgi-serial, 10 qız övladları olan ailənin orta övladı olan 11 yaşlı uşaq – Lincoln Loud adlı bir uşağın xaotik gündəlik həyatı ətrafında dönür. Cizgi-film Kris Savinonun ana vətəni olan Miçiqan, Royal Woods şəhərində keçməkdədir. Serial 2013-ci ildə illik Animasiya Qısa Proqramına daxil edilən iki dəqiqəlik bir qısa film kimi şəbəkəyə yerləşdirilib. 2014-cü ildə isə bu cizgi-serial daha da inkişaf etməyə başladı. Epizodlar Burbank, Kaliforniyadakı Nikelodeon Animasiya Studiyasında istehsal olunur. Həmçinin, Nickelodeon ilə yanaşı Canadian Studios Jam Filled Entertainment tərəfindən də animasiya olunur. Cizgi-serial böyük bir ailədə böyüyən Kris Savinonun öz uşaqlığına əsaslanır və onun animasiyası əsasən qəzet komik lentlərindən əsirlənir. Nickelodeon 2016-cı ildə, ilk olaraq Mənim səs-küylü evim cizgi-serialının iki önizləmə epizodunu öz veb saytına yerləşdirir.
Naxçıvanın səsi
Naxçıvanın səsi - 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış radio. “Naxçıvanın Səsi” Radiosu: “Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanır. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək 16 saat efirdə yayım həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərir. "Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində - 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfındən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.
Oğuz səsi (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Qanımızın səsi (kitab)
Qayalarda qalan səs (film, 1995)
Film-tamaşada hadisələr bir mağarada baş verir. Qumru (Lətifə Cahandarqızı) əri Qulu (Vaqif Əsədov) ilə birgə düşməndən qaçaraq bu mağarada gizlənmişdir. Lakin onun əri artıq öldürülmüşdür. Qumru tez-tez mağaranı tərk edərək düşməndən ərinin qisasını almaqdadır. Film-tamaşa boyu Qumru ərinin ruhu ilə danışır. Sonda isə Qumrunun özü də düşmən gülləsinə tuş gəlir. Film-tamaşada Qumru və Qulunun timsalında Azərbaycan xalqının başına gətirilən bəlalar əks etdirilməyə çalışılır.
Qeybdən gələn səs (film, 2002)
Film-tamaşa repressiya qurbanı olmuş dahi şairimiz Mikayıl Müşfiqin həyatının son aylarını əks etdirir.
Quzuların səssizliyi (film)
Quzuların səssizliyi (ing. The Silence of the Lambs) — 1991-ci ildə istehsal edilmiş ABŞ filmidir. Film Tomas Harrisin "Quzuların səssizliyi" (1988) əsəri əsasında çəkilmiş və 5 kateqoriya üzrə "Oskar" mükafatına layiq görülmüşdür. "Quzuların səssizliyi" filmi 2011-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Naməlum qatil ABŞ-nin qərb istiqamətində yaşayan əhali sırasında qadınları öldürür və onların dərisini çıxardır. Bu səbəbdən onun axtarışına çıxmış FTB həmkarları ona "Buffalo Bill" ləqəbini vermişlər. Lakin qatili tapmaq FTB həmkarları üçün çətinlik törədir. Bu səbəbdən onlar keçmiş psixiatr və monyak olan Həkim Hannibal Lekterə müraciət edirlər. Görüş zamanı onun yanına FTB akademiyasının gənc həmkarı Klarisanı göndərirlər... Filmin çəkilişi ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pitsburqda baş tutmuşdur.
Quzuların səssizliyi (film, 1991)

Ramiz Bağırov (səs rejissoru)
Ramiz Bağırov (27 sentyabr 1938, Bakı – 22 fevral 2018, Bakı) — Azərbaycan Televiziyasının Ali dərəcəli səs rejissoru. Ramiz Sadıq Saleh oğlu Bağırov 27 sentyabr 1938-ci ildə Bakı şəhərində tanınmış Azərbaycan SSR-ın əməkdar artisti Sadıq Saleh Bağırovın ailəsində dünyaya gəlmişdir. Əmək fəaliyyətinə Azərbaycan Televiziyasında (AzTV) səs operatoru kimi başlamişdir. Daha sonra Ali dərəcəli səs rejissoru vəzifəsinə qədər yüksəlmişdir. O, 50 ilə yaxın Azərbaycan Televiziyasında (AzTV) fəaliyyət ğöstərmişdir. Ramiz Sadıq Saleh oğlu Bağırov 22 fevral 2018-ci ildə vəfat etmişdir. Aparıcı Saleh Bağırov un atasıdır Aktyor, əməkdar artist Pərviz Bağırov un qardaşıdır Abşeron mahnıları (1969, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. "Kommunist" (1969, qısametrajlı sənədli televiziya filmi) – rejissor Elmi mərkəz (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. Zibeydə nənə (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru. Azərbaycan elləri (1976, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru.
Samitlərin səslənməsi
Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər. Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur. Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z]. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: 1. Cingiltili samitlər 2. Kar samitlər Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur. Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.
Shangri-La (səsyazma studiyası)
Shangri-La — Kaliforniyanın Malibu şəhərində yerləşən səsyazma studiyası. Hazırkı Sahibi prodüser Rik Rubindir. Əvvəlcə aktrisa Marqoya məxsus olan bu obyekt 1970-ci illərdə The Band tərəfindən icarəyə götürüldü və sonradan Bob Dilanın səsyazma studiyasına çevrildi. Martin Skorzezenin "The Last Waltz" sənədli filmində göstərilən qrupun müsahibələri Shangi-Lada lentə alınıb. Əmlak 2011-ci ildə Rik Rubin tərəfindən alınıb.
Səssiz Gecələr Festivalı
Səssiz gecələr (ukr. Німі ночі) və ya Səssiz Film və Müasir Musiqi Festivalı – hər il iyun ayının üçüncü həftəsonunda Ukraynanın Odessa şəhərində keçirilən film festivalı. İvan və Yuri Lipa Xeyriyyə Fondu və Ukrayna Dövlət Film Agentliyi tərəfindən təşkil olunur. İlk festival 18 iyun 2010-cu ildə Korobçinski adına İncəsənət Mərkəzində baş tutmuşdur. Festival avropalı sənətçilər və ukraynalı musiqiçilər tərəfindən ifa olunan müasir musiqi parçaları vasitəsilə beynəlxalq səssiz kino klassiklərini populyarlaşdırmaq və Aleksandr Dovjenko, Dziqa Vertov, İvan Kavaleridze, Heorhiy Stabovyi və s. kimi ukraynalı şəxslərin avanqard filmlərinin müasir incəsənət kontekstini bərpa etmək məqsədilə keçirilir. Festival açıq hava altında keçirilir və iki gün boyunca Odessa yaxta-klubunun limanında keçirilir. Festivalın məkanı kimi Odessa şəhərinin seçilmə səbəbi ilk Ukrayna filmlərinin bu şəhərdə çəkilməsidir.
Səsyazma prodüseri
Musiqi prodüseri və ya səs prodüseri — musiqi əsərlərinin hazırlanması və istehsalından məsul şəxs, səsyazma layihəsinin yaradıcı və texniki tərəflərinə nəzarət, studiya vaxtını idarə edən şəxsdir. Musiqi prodüseri musiqi ifaçılarının seçilməsi, mahnı ideyalarının hazırlanması, melodiyalar bəstələmək, səsyazma studiyasında işləyərkən musiqiçilərə mentorluq edən, səsyazma, miks və masterinq prosesinə nəzarət edən şəxsdir. Musiqi prodüseri icraçı prodüserdən fərqlənir. İcraçı prodüser musiqiçinin karyerasını idarə edən və hüquqi dəstəyindən, leybllar ilə əməkdaşlıqdan, reklam təbliğatından, sifarişdən, qastrol fəaliyyətlərindən və s. məsul şəxsdir. Səsyazma prodüseri fikir toplamaq, musiqi bəstələmək, sessiya musiqiçilərini seçmək, mahnı aranjımanında dəyişikliklər təklif etmək, ifaçılara məşqçilik etmək, seanslara nəzarət etmək, səslərin mikslənməsinə nəzarət etmək və bəzi hallarda masterinqə nəzarət etmək daxildir.
Muğanın səsi
"Muğanın səsi" (2020-ci ilə qədər "Suqovuşan") — Sabirabad rayonunda nəşr olunan qəzet. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. 1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı "İnqilab") yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır. Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki, 1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.
Səs Media Qrup
SƏS Media Qrup və ya "Səs" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. Təsisçisi və rəhbəri Bəhruz Quliyevdir. Səs İnformasiya Agentliyi və ya qısaca SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, ingilis, rus və türk dilində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və online sistem ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbərlər və analitik yazılar, rəylər əksini tapır. SİA Azərbaycanın bütün bölgələrində xüsusi müxbirlər təyin edib. O cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-nin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Əlaqələr qurduğu qurumlar sırasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycandakı nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Agentliyin bülletenlərinin yayılmasında Azərbaycanın aparıcı iqtidar və hökumətəmeyilli mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir.

Digər lüğətlərdə