SEYFƏL

İkinci hissəsi ixtisar olunmuş sözlərdəndir: seyfəlmülk. Seyf “qılınc” deməkdir, əl isə artikldır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

SEVİNC
SEYFƏLİ
OBASTAN VİKİ
Seyfəl Həsənov
Seyfəl Həsənov (tam adı: Həsənov Seyfəl Həsən oğlu; 16 may 1955, Qusar, Azərbaycan SSR) — Azərbaycanda rusca-azərbaycanca və azərbaycan-rusca olan ilk sinxron tərcüməçilərdən biri kimi tanınır. 1955-ci il mayın 16-da Qusar rayonunda anadan olmuşdur. 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri namizədi, dosentdir. Əvvəllər Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, dosenti olmuş, Tərcümə şöbəsinin müdiri vəzifəsini tutmuşdur. 2000 - 2004-cü illərdə yeni yaradılmış Regionşünaslıq və Tərcümə fakültəsinin, 2004-2013-cü illərdə Tərcümə fakültəsinin dekanı olmuşdur. 2002-2005-ci illərdə Moskva Dövlət Bexnəlxalq Münasibətlər İnstitutu (Universiteti) nəzdində fəaliyyət göstərən Regionşünaslıq ixtisası üzrə Rusiya Ali məktəbləri Tədris-metodiki Şurasında Bakı Slavyan Universitetinin təmsilçisi olmuşdur. 2013-cü ildə elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. Tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentidir.
Seyfəl-mülk (opera)
Seyfəl-mülk ― 1915-ci ildə Məşədi Cəmil Əmirov tərəfindən yazılmış opera. Librettosu Mirzə Əbdülqədir Vüsaqi tərəfindən yazılıb. Opera ilk dəfə 1915-ci ildə Gəncədə nümayiş etdirilib. Bir il sonra isə Tiflisdə Tiflis Opera Teatrında Sidqi Ruhullanın rejissorluğu ilə səhnəyə qoyulub. Burada rolları, Məcid Behbudov, Bülbül və Malıbəyli Həmid və digərləri ifa ediblər. Həmin dövrün afişalarına əsasən operanın dirijoru Məşədi Cəmil Əmirov olub. 1916-cı il ərzində opera təkcə Tiflisdə yox eləcə də Qafqazın digər şəhərlərində də səhnəyə qoyulub.
Aşağı Seyfəli
Aşağı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Seyfəli Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şamxor çayının sahilində, Kicik Qafqazın ətəyindədir. Bəzi ədəbiyyatlarda Şamaxı rayonu ərazisində de Aşağı Seyfəli yaşayış məntəqəsinin olduğu göstərilir. 1917-ci ildə Seyfalı variantında qeydə alınmışdır. Etnotoponimdir. Seyfalı dərəsi (Daşkəsən), Seyfalas/Seyfalısu (Qəbələ) oronim və hidronimi də seyfalı etnonimi ilə bağlıdır. XIX əsrə aid sənədlərdə Gəncə qəzasında maldarlıqla məşğul olan seyfəli (seyfəlli) elatı haqqında məlumat verilir. Onlar əsasən Şəmkir çayından çəkilmış Kotançı arxın kənarında yaşayırdılar. Oykonim "Aşağıda yerləşən Seyfəli kəndi" mənasındadır.
Aşağı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seyfəli
Aşağı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Seyfəli — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Seyfəli Rəfiyev
Seyfəli bəy Baharlı
Seyfəlikəndi (Bicar)
Seyfəlikəndi (fars. سيف علي كندي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 225 nəfər yaşayır (53 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Yuxarı Seyfəli
Yuxarı Seyfəli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 3725 nəfərdir ki, onunda 1819 nəfəri kişi,1906 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yuxarı Seyfəli bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях