SEYRƏQİB
SEYSMOLOGİYA
OBASTAN VİKİ
Seysmoqraf
Seysmoqraf — seysmik dalğaların bütün tiplərinin ölçülməsi üçün istifadə olunan xüsusi cihaz. Adətən seysmoqraf yaylı bərkitmə üsulu ilə bərkidilmiş yükə malikdir və zəlzələ vaxtı hərəkətsiz qalır. Ancaq cihazın qalan hissəsi (dayaq, korpus) hərəkətə gəlir və yük nisbətən yerini dəyişir. Bir sıra seysmoqraflar horizontal hərəkətlərə həssasdır, qalanları isə — vertikal hərəkətlərə həsasdır. Dalğalar hərəkət edən kağız lentində titrəyən qələmlə qeyd edilir. Elektron seysmoqraflar (kağız lentsiz) mövcuddur. == Can-Hen seysmoqrafı == "Can-Hen seysmoqrafı" eramızın 132-ci ilində çinli Can-Hen tərəfindən düzəldilmişdir. Bu seysmoskop üzərinə bir-birindən eyni məsafədə olan 8 əjdaha fiquru yapışdırılmış bürünc qabdan və hər əjdahanın qarşısında onlardan bir qədər aşağıda qoyulmuş 8 qurbağa fiqurundan ibarətdir. Qabın içərisində tarazlığı sabit olmayan (astatik rəqqas) və əjdahalarla əlaqədar linglərə söykənən metal mil qoyulmuşdur. Zəlzələ zamanı metal mil linglərdən birinin üstünə düşür.

Значение слова в других словарях

вре́зывание зака́лывать ничья́ опи́вки со́ло-клоун стереотипи́ровать тра́верс дарвини́ст закомпости́ровать ото́пок перекла́дывать пролонги́рование сераски́р удобо... фемини́нный аксиома брякать disprove figurante hyperinflation ledger stone undesired zestfully подлечиваться хрящ