SİYAHRUZGAR
SİYAQƏT
OBASTAN VİKİ
Aşağı Siyaqul (Soyuqbulaq)
Aşağı Siyaqul (fars. سياقول سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (22 ailə).
Siyaqut
Siyaqut — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, rayon mərkəzindən 10 km cənub şərqdə, Bakı-Şərur dəmir yolundan 3 km aralı, Şərur düzündə yerləşən kənd. == Haqqında == Kəndin əhalisi əsasən meyvəçilik, tərəvəzçilik və çuğundurçuluqla məşğuldur. Kənddə orta məktəb, iki kitabxana, klub, tibb məntəqəsi, məscid, istirahət parkı və mədəniyyət mərkəzi mövcuddur. Güllüklər, Qaraxallı, Kalafalar kimi tarixi məhəllələri var. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Siyaqut kəndindən köçüb gəlmiş azərbaycanlı ailələr tərəfindən salınmışdır. Oykonim İran dillərindəki siya (qara) və qut (qala) komponentlərindən düzəlib "qara qala" mənasındadır. == Əhalisi == 2009-cu ildə keçirilmiş əhalinin siyahıyalınmasında kəndin əhalisi 1687 nəfər göstərilir. === Tanınmışları === Seyfəddin Qurbanov — azərbaycanlı heykəltaraş, memar, Ukraynanın Xalq Rəssamı. Budaq Təhməz — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair.
Siyaqət xətti
Siyaqət xətti—Ərəb xətt növü. == Tarixi == Siyaqət xətti (hərfi tərcüməsi “hesablamaq” deməkdir) XIV əsrdən sonra yaranmış və daha çox dəftərxana və hesabdarlıq işlərində tətbiq olunmuşdur.
Yuxarı Siyaqul (Soyuqbulaq)
Yuxarı Siyaqul (fars. سياقول عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 126 nəfər yaşayır (15 ailə).