SKOR

hesab
(idman); skor 3 – 2 lehimizedir – hesab 3 – 2 bizim xeyrimizədir
SKANDAL
SLOGAN
OBASTAN VİKİ
Martin Skorseze
Martin Çarlz Skorseze (ing. Martin Charles Scorsese 17 noyabr 1942[…], Kuins, Nyu-York ştatı, ABŞ) — ABŞ rejissoru.
Otto Skorseni
Otto Skorseni (alm. Otto Skorzeny‎, 12 iyun 1908[…], Vyana – 5 iyul 1975, Madrid) Avstriya əsilli alman diversant SS Obersturmbannführer, İkinci Dünya Müharibəsi illərində uğurlu xüsusi əməliyyatları ilə məşhurlaşdı. Skorsenininin ən məşhur əməliyyatı Benito Mussolininin həbsdən azad edilməsi olub. Otto Skorseni 12 iyun 1908-ci ildə Vyanada (Avstro-Macarıstan İmperiyası) anadan olub. Onun nəsilləri Skojenniy soyadını daşıyan polyaklar idi, Skozhentsin kəndində yaşayırdılar. Alman qaydalarına görə soyad Skorseni kimi oxunurdu. Atası mühəndis işləyirdi, ona görə də onlar olduqca təvazökar yaşayırdılar. Ötən əsrin 20-ci illərində Otto Vyana Ali Texniki Məktəbində oxumuş. Onun boyu 196 sm idi məhz xasiyyətinə görə o, daim bir növ hesablaşmalara girirdi və bu, çoxsaylı duellərlə nəticələnirdi. Skorseninin tərcümeyi-halında qılıncla on beş duel haqqında məlumat var, onlardan birindən sonra sol yanağında qulağından çənəsinə qədər uzanan ömürlük çapıq qalıb.
Skorbit
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür. Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır.
Skorbut

Skordi məryəmnoxudu
Skordi məryəmnoxudu (lat. Teucrium scordium) - məryəmnoxudu cinsinə aid bitki növü.
Skorpion (Mortal Kombat)
Skorpion (ing. Scorpion ) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Skorpion sarı geyimdə olan, Şiray Ryu klanına məxsus döyüşçüdür. Onun əsl adı Hanzo Hasaşidir. Bu klanı tərk etmək istəyən Skorpion həyatını ailəsinə, xüsusilə, oğluna həsr etmək istəyir, lakin Kuan Çi Skorpionu sonuncu tapşırığı yerinə yetirməyə məcbur edir. Bu tapşırıqda Bi Han (Sab-Ziro-böyük) tərəfindən öldürülür. Bir müddətdən sonra Skorpion kabusa dönür və qarşıdan gələn turnirə qatılır. Turnirdən əvvəl gəmidə Sab-Ziro ilə rastlaşır. Skorpion onu burada öldürmək istəsə də, qürurunu qoruyur və turniri gözləyir, lakin onlar turnirdə qarşılaşmırlar. Çünki turnirdə Liu Kenqin Qoro üzərində qələbəsindən sonra Şanq Tsunq döyüşçülərinin Yer döyüşçülərinə qarşı döyüşməyə əmr verir.
Skorsbi körfəzi
Skorsbi körfəzi (ing. Scoresby Sundda) — Qrenlandiyanın şərq sahillərində yerləşən fiord. Qrenland dənizinin böyük bir fiord sistemini təşkil edir. Ununluğu 110 km, sahəsi isə 38.000 km² ərazini əhatə edir. Əsas hövzədə dərinlik 400–600 m, maksimal dərinlik isə 1,450 m-ə qədər çatır. Dünyanın ən böyük və ən uzun fiord sistemlərindən biridir. Tektonik çuxurun dəniz suyu ilə dolması sayəsində meydana gəlmişdir. Oktyabrdan iyuna qədər buzla örtülü olur. Fiordda çoxlu sayda ada vardır. Fiord şotlnad balina ovçuları, ata və oğul Skorsbilərin şərəfinə adlandırılmışdır.
Vadim Skorovarov
Vadim Skorovarov (4 avqust 1996) — Özbəkistanlı atıcı. Vadim Skorovarov Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Vadim Skorovarov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.9 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Pavel Skoropadski
Pavel Petroviç Skoropadski (ukr. Павло́ Петро́вич Скоропа́дський; 3 (15) may 1873, Visbaden, Prussiya – 26 aprel 1945, Metten[d], Aşağı Bavariya) — Rusiya İmperator Ordusunun general-leytenantı, 1917-ci il inqilabından sonra Ukrayna hərbi və siyasi xadimi, 1918-ci il aprelin 29-dan dekabrın 14-dək bütün Ukraynanın Getmanı. Zaporojye Ordusunun getmanı İvan Skoropadskinin mənsub olduğu Skoropadski ailəsinin Poltava əyalətinin irsi zadəganlarından idi. Pavel Skoropadskinin əcdadları pravoslav dininə mənsub olub, Poltava və Çerniqov quberniyalarında iri torpaq mülkiyyətçisi sinifinə məxsus idilər. Süvari Mühafizə Alayının ehtiyatda olan polkovniki, zadəgan sinifinin Starodub rayon marşalı Pyotr İvanoviç Skoropadskinin (1834-1885) və onun həyat yoldaşı çini istehsalçısı A.M.Miklaşevskinin qızı Mariya Andreyevnanın (1839-1900) ailəsində dünyaya gəlib. Pavel Varlı Priliki torpaq sahibi və xeyriyyəçi, zadəganların marşalı, məhkəmə müşaviri İvan Mixayloviç Skoropadskinin nəvəsi (1805-1887) idi. Beş yaşına qədər anası və qohumları ilə Visbadendə (Almaniya), sonra - Ukraynada, Trostyanetsdə ailə mülkündə yaşayıb. On iki yaşında Pavel Skoropadski atasız qalıb. Pavel Skoropadski Starodubda gimnaziyada ilk təhsilini alıb. 1886-cı ildə Sankt-Peterburqdakı Paj Korpusuna daxil olur.
Trifolium medium subsp. skorpilii
Trifolium medium (lat. Trifolium medium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.