SPERMA/SPERMATOZOİD (biol.) (kişi tənasül hüceyrəsi) Odur ki, mayalanma zamanı X və V xromosom daşıyan spermatozoiddən hansının yumurta hüceyrəsi ilə mayalanmasından asılı olaraq oğlan və ya qız uşaqları meydana gəlir (“Elm və həyat”); MƏNİ Xaliqi-ləmyəzəl-Allah; Möcüz nümayan eləyib; Görün bir qətrə mənidən – Nə cürə insan eləyib?! (Aşıq Ələsgər); NÜTFƏ (köhn.) [Zübeydə:] Nə təfavütü! Nütfəsi ki, əhli zeləmə nütfəsidir (M.F.Axundzadə); TOXUM Toxumun əmələ gəlməsi bülluq dövründən, yeni 15 yaşından başlayaraq 50-60 yaşadək davam edir.. (“İnsanın anatomiyası”).