1. SƏNƏTKAR Bunlar adi sənətkarlar, daşyonanlar, həkkaklar.. nəhayət, şair və alim idi (Ə.Cəfərzadə); ƏHLİ-SƏNƏT Ənbiyadər həm əhli-sənət idi; Adəmin sənəti ziraət idi (S.Ə.Şirvani); ƏSNAF ..indi tacir və əsnaf arasında da bu məktəbə həvəs oyanırdı (Çəmənzəminli); KUSTAR Zeynal ilə Əziz.. bir neçə nəfər kustarı da çağırmaq istəmişdilərsə də, Veys: – Olmaz! – deyib qəti etiraz etmişdi (Ə.Əbülhəsən); PEŞƏKAR Kəndli qızdır anam, bir peşəkardır babam (B.Vahabzadə).
2. sənətkar bax usta