talan etmək
taleh
OBASTAN VİKİ
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Açıq tale
Açıq tale (ing. Manifest destiny) — XIX əsrdə ABŞ-də amerikalı köçkünlərin Şimali Amerika boyunca qərbə doğru genişlənmək niyyətində olduqlarını təmsil edən ifadə. İnancın kökü Amerikanın müstəsnaçılığına və Romantik millətçiliyə əsaslanırdı. Bu, Amerika Birləşmiş Ştatlarında Amerikan imperializminin ən erkən ifadələrindən biri idi. Tarixçi Vilyam Örl Viksə görə, konsepsiyanın arxasında üç əsas prinsip dayanırdı: ABŞ-nin unikal əxlaqi fəzilətinin fərziyyəsi; Respublika hökumətinin yayılması və daha çox "amerikan həyat tərzi" ilə dünyanı xilas etmək missiyasının irəli sürülməsi; Bu missiyada uğur qazanmaq üçün millətin ilahi təyin edilmiş taleyinə olan inam.
Tale yükü
Tale yükü — 1997-ci il Azərbaycan istehsalı dram filmi. Film Fatmanın (Ruhiyyə Hüseynova) başına gələn əhvalatlar haqqındadır. Filmdə baş verən hadisələr yaradıcı təxəyyülü bəhrəsi olaraq 1994–1995-ci illəri əhatə edir. Film aktyor Məmməd Quliyevin kinoda son işidir. Film Akif Axundovun "Fatmanın Hekayəti" povesti əsasında çəkilmişdir.
Tale (film, 2001)
Tale 2001-ci ildə çəkilən bir türk filmidir. Filmin rejissoruluğu Zəki Dəmirkubuz tərəfindən edilib. Yad romanının tamamilə eyni sayılmayan bir uyğunlaşmasıdır və Musa xarakteri Merso (fr. Meursault) xarakterinə bənzəyir. Gömrük məmuru Musa bir-birinin əksi iki hadisə arasında fərq görməyən biridir. Anasının ölümünə reaksiya verməyən Musa iki uşaq və bir ananı öldürməkdə günahkar bilinməsinə də səs çıxartmır...
Parlaq tale (film, 1972)
Rejissor: Ramiz Mirzəyev
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür‎) — ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anney Seneka tərəfindən tərcümə edilmişdir.
İndiana Cons və tale məbədi
İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı. Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər. Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş. Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb.
İndiana Cons və tale məbədi (film, 1984)
İndiana Cons və tale məbədi (ing. Indiana Jones and the Temple of Doom) — 1984-cü ildə ABŞ-də çəkilmiş macəra filmidir. İndiana Cons franşızın ikinci filmi və İtən sandığın axtarışında filminin prikvelı. Şimali Hindistan və Amber rəsmiləri filmin məzmunu təhqiredici sayıb, öz ərazisində çəkilişə icazə vermədilər. Nəticədə, çəkilişlər Londonda və Şri Lankada keçib və buna görə kənd, məbəd və Pankot Sarayı üçün əlavə rəsmlər və miqyaslı modelləri işlətmək lazım olub. Bu cür əlavə xərclərə görə bu filmin büdcəsi 28,17 mln. dollar olaraq İtirilmiş sandığı axtaranları filmin büdcəsindən 8 mln. artıq olmuş. Çəkilişlər 1983-cü ilin aprelin 18-də Şri Lankanın Kandi şəhərində başlayıb. Mayın 5-də isə, onlar İngiltərənin Hartfordşir bölgəsindəki Elstree Studios-a köçürülüb.
Adın sirri və tale. Qurban Səid (film, 2010)
Adın sirri və tale. Qurban Səid qısametrajlı sənədli filmi rejissor Murad Muradov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film "Ritm Prodakşn"da istehsal edilmişdir. Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib. == Məzmun == Film Azərbaycanlı mühacir jurnalist və yazıçısı Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından bəhs edir. Məhəmməd Əsəd bəy Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Almaniyaya mühacirət edib. O, Avstriya və İtaliyada da məskunlaşıb. Ağır xəstəlikdən vəfat etmiş nasir İtaliyada Neapol yaxınlığında, Pozitano adlı yerdə dəfn olunub. Film Məhəmməd Əsəd bəyin 105 illik yubileyinə həsr edilib.
Tale Babayev
Tale Bağırzadə
Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov) — Azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal. Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Evlidir, 4 oğlu var. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib. Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir. O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub.
Tale Heydərov
Tale Kəmaləddin oğlu Heydərov (9 fevral 1985) — Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008–2018), "Qəbələ" idman klubunun keçmiş prezidenti, Avropa Azərbaycan Məktəbi, "LIBRAFF" kitab mağazaları şəbəkəsinin, media, elm, təhsil və incəsənət sahəsində bir sıra qurumların təsisçisi, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və topluların tərtibçisi, redaktoru və layihələrin müəllifidir. 2001–2003 illərdə Londonda Kolinqam Kollecində oxumuşdur. 2003–2006 illərdə Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb. 2006 −2008 illərdə London Birkbek Universitetində beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr elmi dərəcəsi alıb. TEAS Tale Heydərov tərəfindən 2006-cı ildə təsis olunmuş London Azərbaycan Cəmiyyətinin əsasında 2008-ci ilin noyabr ayında yaradılmışdır. Tale Heydərov təşkilatın təsisçisi və sədri vəzifəsində fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi Azərbaycanın dünyada tanıdılması, onun Avropa ölkələri ilə biznes, ictimai və mədəni əlaqələrinin güclənməsi işinə dəstək verilməsi olmuşdur. Avropa Azərbaycan Cəmiyyətinin London (Böyük Britaniya), Bakı (Azərbaycan), Brüssel (Belçika), Paris (Fransa), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) nümayəndəlikləri olub. AAC biznes, ictimai diplomatiya, mədəniyyət və xeyriyyəçilik sahəsində fəaliyyət göstərib. AAC tərəfindən təşkil olunan Biznes Forumlarda Azərbaycanın biznes və investisiya imkanlarını işıqlandırıb.
Tale alleqoriyası
Tale alleqoriyası (ing. Allegory of Fortune) bəzən də La Fortuna adı ilə tanınan, 1658–1659-cu illərdə italyan barokko rəssamı Salvator Rosa tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. Əsər ilk dəfə ictimayətə təqdim edildikdə böyük səs-küyə, müəllifin həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur. Əsər 200.7x133 sm ölçüyə malikdir. Rosa əsasən peyzaj rəsmləri ilə məşhur olsa da, mifologiya, cadugərlik, portret və satira janrlarında da əsərlər yaratmışdır. 1978-ci ildən əsər Malibu, Kaliforniyadakı Getti muzeyində sərgilənir. Rosa əsəri, Papa məhkəməsini tənqid edən satirik "Biabiloniya" əsərini çəkdiyi dövrdə işləmişdir. Sənət tənqidçisi Brayan Syuellin sözlərinə görə, satirik rəsm əsəri düzgün təfsir edilməyə bilməzdi. Rosanın dostları əsəri gördükdən sonra onu xəbərdar edərək, bu rəsmin ictimai təqdim edilməməsi gərəkdiyini bildirmiş və onu Papa VII Aleksandrın himayədarlığına satirik hücum kimi qiymətləndirmişdilər. 1659-cu ildə rəsm əsəri Roma Panteonunda ictimayətə təqdim edilən əsər rəssamın həbsinə və kilsədən qovulmasına səbəb olmuşdur.
Tale Şirinov
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib.
Tale yükü (film, 1997)
Haçiko, bir itin taleyi (film, 2009)
Haçiko, bir itin taleyi (ing. Hachi: A Dog's Tale və ya Hachiko: A Dog's Story) – 2009-cu ildə çəkilən və real hadisələrə əsaslanan Amerika dram filmidir. Bu film 1987-ci ildə çəkilən "Haçikonun taleyi" filminə əsasən çəkilmişdir. Filmin rejissoru Lasse Hallstrom və ssenarisi Stiven P. Lindsiyə məxsusdur. Filmdə baş rollarda Riçard Gir, Coan Allen və Sara Remer çəkilmişdir. Filmin premyerası 8 avqust 2009-cu ildə Yaponiyada olmuşdur. == Məzmun == Əsl Haçiko Yaponiyada olmuşdur və ilk Haçiko filmi də burada çəkilmişdir. Filmdə illər əvvəl Akita iti Birləşmiş Ştatlara Yaponiyadan göndərilir, ancaq onun qəfəsi Amerikan vağzalında arabadan düşür və bu vaxt onu Parker Vilson (Riçard Gir) tapır. Stansiya müfəttişi iti kötürməkdən imtina edəndə Parker iti evinə aparır. Keyt (Coan Allen) iti evlərində saxlamağa razı olur.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Onun taleyi (film, 1991)
Kinolentdə Biləsuvar bölgəsi Lenin Adına Kolxozun zəhmət adamlarından danışılır. Film Biləsuvar Rayonu Lenin Adına Kolxozun sifarişi ilə çəkilmişdir.
Onun taleyinin səhifələri (film, 1986)
Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı Şamama Həsənova haqqında danışır.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Riçard Taler
Richard H. Thaler (/ˈθeɪlər/; 12 sentyabr 1945) – Amerikalı iqtisadiyyatçıdır. 2017-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Seyyid Taleh
Seyyid Taleh Boradigahi
TaleWorlds
TaleWorlds — türk videooyun şirkəti. Şirkət 2005-ci ildə Ankarada təsis edilmişdir. "TaleWorlds" "İkisoft Software Company" şirkətinin rəsmi markasıdır və 2005-ci ildən etibarən "TaleWorlds Entertainment" adı altında kompüter oyunları istehsal edir. Şirkətin ilk oyunu brauzerdə oynanılan "Realms of Mayhem" oyunudur. Bunun ardıyca onlar dayanmadan oyun istehsalına başlamış və 2008-ci ilin sentyabrında hazırlanıb tamamlanan "Mount & Blade", 2010-cu ilin martın 29-da yayımlanan "Mount & Blade: Warband" və 2011-ci ilin mayın 3-də yayımlanan "Mount & Blade: With Fire & Sword" oyunları ilə fəaliyyətini davam etdirmişdir. Studiya Ankaranın Orta Şərq Texniki Universitetində (türk. Orta Doğu Teknik Üniversitesi, ODTÜ) yerləşir. Studiya hal-hazırda "PC Gamer" jurnalının da təsdiqlədiyi kimi "Mount and Blade II: Bannerlord" oyunun üzərində işləyirlər. Dizayner və prodüser Mikail Yazbek bunu intervyusunda qeyd etmişdir. "TaleWorlds Entertainment" Bilkent Universitetində kompüter mühəndisliyi təhsili almış Ərmağan Yavuz tərəfindən təsis edilmişdir.
İvelina Taleva
İvelina Taleva (25 mart 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. İvelina Taleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Şükriyyə taleyim (roman)
Şükriyyə taleyim — Ülviyyə Tahirin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə) barədə tarixi romanı. Romanın adı Əhməd Cavadın güllələnməsindən sonra Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə sürgün edilən həyat yoldaşı Şükriyyə xanıma hələ sağlığında həsr etdiyi şeirindəki "Şükriyyə taleyim" sözlərindən götürülüb. Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Taleh Xəlilov
Taleh Tahirli
Torpağımız... tariximiz... taleyimiz...
Torpağımız... tariximiz... taleyimiz... — İlk dəfə 2015-ci il aprel ayının 13-dən may ayının 14-nə kimi Lider TV-də yayımlanan çoxseriyalı sənədli film. Filmin müəllifi və rejissoru Füzuli Sabiroğludur. Film ikinci dəfə 8 iyun 2016-cı ildən yayımlanmağa başlamışdır. Film Heydər Əliyevin nitqi ilə başlayır: "Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməlyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq. Biz bununla heç vaxt razılaşa bilmərik.
Taleh
Taleh — Zəki Dəmirkubuzun 2006-cı ildə çəkdiyi dram filmi. Baş rolları Vildan Atasever, Üfüq Bayraqdar, Engin Akyürek, Müge Ulusoy və Ozan Bilən canlandırıb. Film "ən yaxşı film", "qızıl portağal və "qızıl lalə" mükafatlarını qazanıb. Bəkir (Üfüq Bayraqdar) Uğura (Vildan Atasever), Uğur Zaqora (Ozan Bilən), Zaqor isə cinayət törətməyə aşiqdir. Vəziyyət belə olduğu halda Zaqor həbsdən çıxır. Bədbəxtliklərin bir-birini izlədiyi qızmar və isti yay gecəsində Cavad (Engin Akyürek) ilə Zaqor üz-üzə gəlir. Zaqor gözünü qırpmadan Cavadı öldürüb qaçır. Həmin gecə Uğur da yoxa çıxır. Bu qətl və sonradan Uğurun Zaqorla birlikdə yoxa çıxması, o günə qədər Cavadın himayəsi altında yaşayan gənc ana (Müge Ulusoy), iflic olmuş ata (Mustafa Uzunyılmaz) və kiçik qardaş üçün çətin, qaranlıq günlərdən xəbər versə də, Uğura dəlicəsinə aşiq olan Bəkirin nicat ümidi kimidir. Ailəsinin tapdığı qızla evlənir və yeni həyata başlayır.

Digər lüğətlərdə