usta
uşaq saldırma
OBASTAN VİKİ
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. == Uşaqlıq mərhələləri == == Əsas qruplar == Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Uşaq (dəqiqləşdirmə)
Uşaq — yaşından asılı olmayaraq insanın balasıdır. Uşaq filmi — Uşaqlar üçün nəzərdə tutularaq çəkilən filmlərdir. Belə filmlərin qəhrəmanları da əsasən uşaqlar olur. Uşaq (film, 1921) — rejissor Çarli Çaplinin filmi.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
SOS Uşaq kəndləri
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. == Tarixi == == Fəaliyyət sahəsi == == Azərbaycanda == Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Tək uşaq siyasəti
Tək uşaq siyasəti – ailə planlama siyasətinin bir hissəsi kimi Çinin əhali planlama siyasəti olmuşdur. Bu 1979-dan tətbiq edilməyə başlamış və rəsmi olaraq 2015-də mərhələli şəkildə ləğv edilmişdir. Bu siyasət etnik azlıqlar da daxil olmaqla bəzi qruplar üçün istisnalar təşkil edirdi. 2007-də, Çin əhalisinin 36%-i bir uşaq siyasətinə məruz qalarkən, 53%-nə birinci uşağın qız olması hallarında, ikinci uşağının olması icazəsi verilmişdir. Əyalət hakimiyyətləri bu siyasətin pozulmasına qarşı cərimələr tətbiq etmiş və milli hakimiyyətlər isə nəzarət və qeydiyyat işlərini aparmaq və əhalinin məlumatlılığını artırmaq üçün komissiyalar yaratmışdır. Çin hökumətinin yaydığı məlumata əsasən 400 milyon doğumun qarşısı alınmışdır. Tədqiqatçılar bu iddianın "yanlış" olduğunu bildirmişdir, çünki "1970-dən bəri əhali artımında bir uşaq siyasətinin tətbiqindən əvvəl 3/4 dəfə azalma müşahidə edilmişdir; və 1980-dən bəri müşahidə olunan digər azalma isə iqtisadi inkişafla əlaqələndirilmişdir." Tailand və İranda, həmçinin Hindistanın Kerala və Tamil Nadu ştatlarında da bir uşaq siyasəti tətbiq olunmasa da əhali artımında oxşar azalmalar olmuşdur. 2008-də aparılan sorğuya əsasən Çinlilərin 76%-i bu siyasəti dəstəkləsə də, Çinin xaricində bu mövuya mübahisəli yanaşılmışdır.
Uşaq (film, 1921)
Uşaq (ing. The Kid) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Tənha ana yeni doğulmuş körpəsini ona gözəl həyat gətirəcəyi ümidi ilə varlı bir avtomobilə qoyub gedir. Həmin maşın iki soyğunçu tərəfindən oğurlanır. Maşında körpəni görən soyğunçular onu xarabalığa atıb gedirlər. Uşaq təsadüfən Avaranın (Çarli Çaplin) gəzdiyi xarabalıqda atılır. Onu tapan avara uşaqla nə edəcəyini bilmir. Ağlına gələn isə onu yad bir uşaq arabasına qoymaq olur, lakin onun bu fikri baş tutmur. Hər yandan əli üzülən avara uşağı öz kasıb daxmasına aparmağı qərarlaşdırır. 5 il keçir.
Uşaq Hüquqları Konvensiyası
Uşaq hüquqları Konvensiyası (ing. Convention on the Rights of the Child) — 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər.
Avroviziya Uşaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest) — 2003-cü ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilir. Müsabiqənin əsas məqsədi gənc istedadların inkişafına yardım göstərməkdir. Müsabiqə hər il müxtəlif Avropa ölkələrində baş tutur. Lakin eyni şəhər, ölkə müsabiqəyə bir neçə dəfə ev sahibliyi edə bilər. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə ötən il qalib gələn ölkə növbəti müsabiqəyə ev sahibliyi etmir və ev sahibi ölkələr müsabiqənin təşkilat komitəsinin qərarı ilə seçilir. Müsabiqə adından da bəlli olduğu kimi Avroviziya Mahnı Müsabiqəsinə çox bənzərdir. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və qaydalara əsasən ölkə təmsilçiləri yalnız 9-14 yaş aralarında ola bilərlər. Mahnıların müddəti üçün qoyulan zaman 2 dəqiqə 45 saniyədən 3 dəqiqəyə kimidir. Müsabiqədə iştirak edən hər bir ölkədən olan izləyicilər öz bəyəndikləri ifalara SMS ilə dəstək ola bilir və eyni zamanda həmin ölkələrdən olan peşəkar münsif heyəti arasında da səsvermə keçirilir.
Uşaq bizquyruğu
Uşaq bizquyruğu (lat. Enterobius vermicularis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Uşaq bizquyruğu uzunluğu 5–10 mm olan çox balaca qurddur. Erkəyin arxa tərəfi spiralvari burulmuş, dişilərdə isə biz kimi uzun və sivridir.. Dişi qurdların uzunluğu 9–12 mm, erkəklərin 2–5 mm çatır. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Bizquyruq insanın nazik və yoğun bağırsağında yaşayır. Çox vaxt uşaqlarda rast gəlinir. Mayalanmış dişilər anal dəliyinə tərəf enir, burada uzun müddət yaşayır və şiddətli qaşınma əmələ gətirir. Yumurtalar anal dəliyinə yaxın dəri üzərinə qoyulur..Bizquyruqlar yoluxmuş adamın əsasən nazik bağırsağının aşağı hissəsində və yoğun bağırsaqda yaşayırlar.
Uşaq doğumu
Uşaq doğumu — bir qadının hamiləliyini sona çatdıran və bu vəziyyətdə doğum kanalı adlandırılan servikal kanal və vagina vasitəsilə dölün və plasentanın uşaqlıqdan çıxarılmasından ibarət olan təbii fizioloji proses. Bir və ya bir neçə körpə vaginal doğuş və ya qeysəriyyə yolu ilə ananın daxili mühitindən çıxır. 2019-cu ildə dünya üzrə təxminən 140,11 milyon insan doğuldu. İnkişaf etmiş ölkələrdə doğuşların əksəriyyəti xəstəxanalarda, inkişaf etməkdə olan ölkələrdə isə evdə doğuşlardır.
Uşaq evi
Yetimxana — kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulmuş evlər.
Uşaq folkloru
Uşaq folkloru — uşaq folkloru nəsr, qiraət, mahnı və oyun əsərlərindən ibarət çox janrlı bir sistemdir. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilibdüzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyaya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. == Uşaq folklorunun növləri == Azərbaycan uşaq folklorunun tarixi kökləri ən əski inamlarla bağlanır. Birbaşa körpələrə ünvanlanan nəğmələr xalq poetik yaradıcılığının ilk ünsürləri- fallar, alqışlar, qarğışlar, dualar, yuxuyozmalarla yaşıddır. Uşaqlara təbii qüvvələrdən, fəlakətlərdən (soyuqdan, istidən, tufandan, yanğından), xəstəliklərdən qorunmağın, maddi nemətlər əldə etməyin yollarını göstərmək, yırtıcı heyvanların və yağıların qəfil hücumları zamanı ov alətlərindən, silahlardan istifadə etmək bacarığını aşılamaq folklor vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan folklorunun uşaqlarla bağlı inanclarının ən əski yazılı mənbəsi "Avesta" və Herodotun "Tarix" kitabıdır. Astiaq və Tomiris haqqında xalq söyləmələri əsasında tarixi hadisələri qələmə alan yunan tarixçisi Azərbaycanda (Midiyada) uşağın doğulması, bəslənməsi, oyunları, dünyabaxışı barədə maraqlı epizodlara müraciət etmişdir. Uşaq folkloru həm uşaqların öz yaradıcılığını, həm də böyüklər tərəfindən uşaqlar üçün tərtib edilmiş əsərləri əhatə edir. Bu bölgü uşaqların oyun və ritmik-intonasiya bacarıqlarının yaşdan asılı olması səbəbindən meydana gəlir. Erkən yaşda (doğuşun ilk günlərindən 3–3,5 yaşına qədər) bir uşağın emosional, motor və zehni inkişafı tamamilə böyüklərdən asılıdır.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. == Konseptual çərçivə == === Uşaq və uşaq hüquqları konsepsiyası === Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensiyal olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar. Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər. XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən). Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar. Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Uşaq pornoqrafiyası
Uşaq pornoqrafiyası — ümumilikdə 18 yaşından kiçik qız və oğlanların cinsi istismarını özündə əks etdirən film və fotoşəkillərdən ibarət olan və beynəlxalq səviyyədə qadağan edilmiş pornoqrafiya növüdür. Bu cür filmləri və fotoşəkilləri çəkmək, hazırlamaq, yükləmək, yaymaq və paylaşmaq ağır cinayət işi hesab olunur. Uşaq pornoqrafiyası isə uşaqların pornoqrafiya vasitəsi kimi istifadə edildiyi nəşrlərdir. Bir çox ölkələrdə bu cür nəşrlərin yayılmasının qanunsuz olmasına baxmayaraq adıçəkilən sənaye sahəsi çox böyük sürətlə inkişaf etməkdədir. Hər il 2 milyon uşağın seks köləsi edildiyi və bu bazarın ümumi dəyərinin 20 milyard dollara çatdığı təxmin edilir. Bu işdə təkcə polisin gördüyü tədbirlər yetərli deyildir.
Uşaq qalası
Uşaq qalası — Laçın rayonu Quşçu kəndi ərazisində yerləşən orta əsrlər (XV əsr) qalası. Uşaq qalası Laçın rayonunun Quşçu kəndinin "Qalacıq" adlanan ərazisində inşa edilib. Qala çox-çox əvvəllər uçub dağılmış, 4-5 daş hündürlüyündə özülü qalmış qalanın heç bir təsviri günümüzə qədər gəlib çıxmamışdır.
Uşaq ədəbiyyatı
Uşaq ədəbiyyatı — Uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyat. == Azərbaycan uşaq ədəbiyyatı == Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Bu sahədə cəsarətli addımlar atan Nəriman Nərimanov hələ 1899-cu ildə "Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, Sultan Məcid Qənizadə ilə birlikdə "Sovqat" (1896) adlı şəkilli uşaq jurnalı və "Məktəb" (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. Rəşid bəy Əfəndiyev də "Uşaq bağçası" (1898) kitabında təlim və tərbiyənin vəhdətinə (K. D. Uşinskinin təlimi – Q. N.) əsaslanaraq orijinal və tərcümə əsərləri, coğrafiya, tarixi hadisələrə və kainatın quruluşuna dair materiallar vermişdir. Uzun müddət mükəmməl vəsait kimi istifadə olunan ("Birinci il", "İkinci il"; "Üçüncü il") dərsliklərdə istər milli uşaq ədəbiyyatının, istərsə tərcümə ədəbiyyatının ən yaxşı nümunələri seçilib toplanmışdı. Bunlardan başqa, A. Şaiqin "Uşaq gözlüyü", "Gülzar", İrəvan müəllimlərinin hazırlayıb Tiflisdə çap etdirdikləri iki hissədən ibarət "Ana dili" və b.
Uşaq cərrahiyyəsi
Uşaq cərrahiyyəsi və ya pediatrik cərrahiyyə — döllərin, körpələrin, uşaqların, yeniyetmələrin və gənclərin cərrahiyyəsini əhatə edən cərrahiyyənin alt ixtisası. == Tarix == Uşaq cərrahiyyəsi 1879-cu əsrin ortalarında ortaya çıxdı və anadangəlmə qüsurların cərrahi müalicəsi yeni texnika və üsullar tələb etdiyi üçün daha çox uşaq xəstəxanalarında yer almağa başladı. Bu yeniliyin baş verdiyi yerlərdən biri Filadelfiya Uşaq Xəstəxanası olub. Çarlz Everett Koopun cərrahi rəhbərliyi altında 1940-cı illərdən etibarən körpələrin endotraxeal anesteziyasının yeni üsulları əvvəllər sağalmayan anadangəlmə qüsurların cərrahi yolla bərpasına imkan verdi. 1970-ci illərin sonlarına qədər bir çox əsas anadangəlmə qüsur sindromlarından uşaq ölüm nisbəti demək olar ki, sıfıra endirildi. == İxtisaslar == Uşaq cərrahiyyəsinin alt ixtisaslarına aşağıdakılar daxildir: neonatal cərrahiyyə və fetal cərrahiyyə.
Uşaq endokrinologiyası
Uşaq endokrinologiyası (ing. pediatric) — uşaqlarda fiziki böyümə və cinsi inkişaf dəyişiklikləri, şəkərli diabet və bir çox digər endokrin vəzilərin pozuntuları ilə məşğul olan tibbi ixtisas. == Müalicə etdiyi xəstəliklər == Uşaq endokrinoloqları yaş qrupundan asılı olaraq — körpəlikdən gec yeniyetməlik və gənc yetkinlik dövrünə qədər xəstələri müalicə edirlər. İxtisas üzrə ən çox rast gəlinən xəstəlik — 1-ci tip diabetdir, adətən tipik klinik praktikanın ən azı 50%-nı təşkil edir. Növbəti çox rast gəlinən problem — böyümə pozuntularıdır, xüsusən də böyümə hormonu müalicəsi uyğun olanlar üçün. Uşaq endokrinoloqları adətən interseks pozuntusu olan körpə və uşaqlara tibbi yardım göstərən əsas həkimlərdir. İxtisas həmçinin uşaqlarda hipoqlikemiya və hiperqlikemiyanın digər formaları, yetkinlik dövründəki dəyişikliklər, eləcə də böyrəküstü vəzilər, qalxanabənzər vəzi və hipofiz vəzinin digər problemləri ilə məşğul olur. Bir çox uşaq endokrinoloqu sümük metabolizması, lipid metabolizması, yeniyetmə ginekologiyası və ya anadangəlmə metabolik pozuntularla maraqlanır və təcrübəyə malikdir. ABŞ və Kanadada pediatrik endokrinologiya Amerika Pediatriya Şurasının və ya Amerika Pediatriya Osteopatik Şurasının təcrübə təlimindən sonra şuranın sertifikatına malik olur. Bu, bir neçə prosedura və diaqnostik qiymətləndirməyə diqqət yetirən nisbətən kiçik və ilk növbədə koqnitiv ixtisasdır.
BMT Uşaq Fondu
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması. 1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi.
Uşaq kimi (mahnı)
Uşaq kimi – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin mahnısıdır. Sinql 6 avqust 2016-ci il tarixində buraxılmışdır. == Mahnı haqqında == Sözləri Rauf Sübhiyə, musiqisi isə Rabil Səfərliyə aiddir. === Yaradıcı heyəti === Söz: Rauf Sübhi Musiqi: Rabil Səfərli Aranjiman: Rabil Səfərli Miksinq və Masterinq: Givi Usenaşvili == Uşaq kimi (remix) == 2017-ci ilin 8 noyabrında mahnının remiks versiyası işıq üzü görmüşdür.
Zəkiyyə Cəfərova (Uşaq)
İrəvan uşaq dəmiryolu
İrəvan uşaq dəmiryolu (erm. Երեւանի մանկական երկաթուղի), həmçinin Kiçik Cənubi Qafqaz dəmiryolu — Ermənistanın paytaxtı İrəvan şəhərində mövcud olan dəmir yolu. Ensiz dəmiryolu Razdan dərəsində yerləşir. Dəmir yolu Sovet İttifaqında bir çox qabaqcıl dəmir yollarından biri olaraq 9 iyun 1937-ci ildə açılır. Dəmiryolu hələ də fəaliyyət göstərdə də, yarı tərk edilmiş vəziyyətdədir. Sovet İttifaqının bütün qabaqcıl dəmir yolları kimi İrəvan da uşaqların iştirakı ilə, ancaq böyüklərin nəzarəti altında işləyirdi. Məqsəd uşaqları dəmir yolunda işləməyə həvəsləndirmək olur. Bu dəmir yolu xəttində olan üç stansiyadan yalnız biri istifadə olunurdu. Əvvəllər yalnız lokomotiv sürücüsü yetkin şəxs idi. İndi bütün funksiyaları yalnız böyüklər yerinə yetirir.
Uşaq ürəyi (kitab)
Uşaq ürəyi — 1886-cı ildə italyan yazıçısı Edmondo De Amiçis tərəfindən tamamlanan, ibtidai məktəb yaşında olan Enriko adlı italyan oğlanın məktəb və ictimai həyatını onun öz dilindən anladan romandır. Bu, müəllifin öz oğlunun gündəliklərindən ilhamlanaraq yazdığı kitabdır. Dünyanın əksər dillərinə tərcümə edilmişdir. Təhsil elmləri mütəxəssisləri tərəfindən "dünyanın ən faydalı uşaq kitabı" kimi qəbul edilmişdir. == Məzmunu == 3-cü sinfə gedən Enriko adlı oğlanın bir ilində baş verən hadisələri gündəliyinə yazması və onu oxucularla bölüşməsi. == Personajlar == Enriko: Hər bir valideyn rahatlıqla nümunə göstərə bilər. Həmçinin, gündəliklərin də sahibidir. Garrone: Məktəbə 2 il gec başlayan 14 yaşlı böyük oğlan Qarrone həmişə Nellini qoruyur və sevir, digər uşaqları qoruyur, zəifləri məktəbin nadinc şagirdlərindən qoruyur və nəhayət, o, mehriban bir insandır. Derossi: O, birinci sinfə embarqo qoyan biridir. O, zəhmətkeş və çox centlmendir.
Rusiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Rusiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2005-ci ildən etibarən iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Rusiya uşaq Avroviziyasında ilk qələbəsini müsabiqədəki ikinci iştirakında, 2006-cı ildə Tolmaçova bacılarının ifa etdiyi "Vesenniy Jazz" adlı mahnı ilə qazanıb. Tolmaçova bacıları eyni zamanda Rusiyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil ediblər. Rusiya uşaq Avroviziyasında ikinci qələbəsini 2016-cı ildə Tbilisidə keçirilən müsabiqədə Polina Boquseviçin ifa etdiyi "Wings" mahnısı ilə qazanmışdır.
S. S. Prokofyev adına № 10 uşaq musiqi məktəbi
S. S. Prokofyev adına № 10 uşaq musiqi məktəbi — Rostov-na-Donu şəhərinin ərazisində, Çapaev küçəsi, 5 ünvanında yerləşən təhsil ocağı. Məktəb musiqi sahəsi üzrə ixtisaslaşmışdır. == Tarix == S. S. Prokofyev adına № 10 uşaq musiqi məktəbi Rostov-na-Donu şəhərində 1987-ci ildə təşkil olunmuşdur. 2003-cü ildə şəhər merinin əmri ilə məktəbə bəstəkar-novator Sergey Sergeyeviç Prokofyevin adı verilmişdir. Fəaliyyəti müddətində məktən yarım min gənc musiqiçi yetişdirmişdir. Bunlarında bir qismi profesional musiqiçilərdir. 2010-cu ildə məktəbin "Estafeda" və "Ca-Da" cazz ansamblı Macarıstanda keçirilən "Ümumdünya oyunları" festifalında "İnstrumental vokal" nominasiyasında birinci yeri tutmuşdurlar. 2011-ci ildə məktəbin oğlanlardan ibarət olan "Rostov qartalları" Beynəlxalq "Planetin gənc ulduzları" festivalında "Akademik oxu" nominasiyasında laureat olmuşlar. 2016-cı ildə isə onlar "Ulduz yarışı" fesrivalında üçüncü yeri tutmuşlar. == Tanınmış əməkdaşlar və tələbələr == Olqa seqeevka Kamornik (1984) — məktəbin məzunu, rusiyalı gitaraçı.
Sakit uşaq (film, 2017)
"Sakit uşaq" (ing. The Silent Child) — işarət dilində çəkilmiş Böyük Britaniya qısametrajlı bədii filmi. 2017-ci ildə Slick Films şirkətində istehsal olunmuş filmin rejissoru Kris Overtondur. Baş rolu filmin ssenari müəllifi Reyçel Şenton ifa edir. Film Oskar mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı qısametrajlı bədii filmə görə" nominasiyasının qalibi olub. == Məzmun == Film anadangəlmə eşitmə problemi olan 4 yaşlı balaca Libbidən bəhs edir. Qızcığaz səssizlik aləmində yaşayır. Lakin gözlənilmədən onun həyatında sosial işçi peyda olur və Libbiyə əhatəsində olan insanlarla ünsiyyət qurmağı öyrədir. == Rollarda == Reyçel Şenton — Coan Meyzi Slay — Libbi Reyçel Fildinq — Syu Filip York — Pol Anna Berri — Nensi Sem Ris — Sib Enni Kassell — Pip == Zəmin == Film həyatda atası kar olan Şentonun şəxsi təcrübəsinə əsaslanır. Filmdə dərin eşitməzlik yaşayan uşağın obrazını kinoda ilk dəfə çəkilən 6 yaşlı Meyzi Slay ifa etmişdir.
San-Marino Avroviziya Uşaq Mahnı Müsabiqəsində
== Təmsilçilər ==
Serbiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Serbiya 2006-cı ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Serbiyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2010-cu ildə əldə etdikləri 3-cü yerdir.
Sloveniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
== Təmsilçilər ==
Sos Uşaq kəndləri - Azərbaycan
Sos Uşaq kəndləri (alm. SOS-Kinderdorf‎;ing. SOS Children's Villages) — Beynəlxalq və müstəqil fəaliyyət göstərən təşkilat. Sos Uşaq kəndləri beynəlxalq təşkilatının əsas hədəfi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. İlk Sos Uşaq kəndi 1949-cu ildə Herman Qmayner tərəfindən Avstriyada yerləşən kiçik İmst şəhərində yaradılmışdır. Sonralar bu ardıcılığı Vyetnam, Hindistan kimi ölkələrdə və Avropa, Afrika kimi qitələrində yerləşən uşaq kəndləri davam etdirmişdir. Fransa, Almaniya və İtaliyada yaradılan yerli dərnəklərdən sonra 1960-cı ildə bütün ölkələrdə yerləşən Sos Uşaq kəndlərini birləşdirən OS-Kinderdorf International adlı təşkilat yaradıldı. Təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndiliyi olan Sos Uşaq kəndləri - Azərbaycan təşkilatı 1999-cu ildə yaradılmışdır. == Tarixi == == Fəaliyyət sahəsi == == Azərbaycanda == Azərbaycanda Sos Uşaq kəndləri 1999-cu ildə valideyn himayəsindən məhrum olmuş və digər problemləri olan uşaqlarla qayğı göstərilməsi məqsədi ilə yaradılmışdır.
Sən Ey Uşaqlıq (mahnı)
Sən Ey Uşaqlıq - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının bəstəsi Vasif Adıgözəlova, aranjemanı isə Qara Dərvişə aiddir.
TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyi
TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyi (türk. TRT Uluslararası 23 Nisan Çocuk Şenliği) — Türkiyə Respublikasının milli bayramlarından olan 23 aprel Milli Suverenlik və Uşaq Bayramı həftəsində, 1979-cu ildən bəri hər il Türkiyə Radio Televiziya Qurumu tərəfindən təşkil edilən beynəlxalq uşaq şənliyi Qeyd edək ki, həmin il UNESCO tərəfindən "Uşaq ili" elan edilmişdir. Ona görə də TRT 23 aprel Milli Suverenlik və Uşaq Bayramını start verdiyi tədbirlərlə beynəlxalq səviyyəyə çatdırmışdır. Həmin vaxtdan dünyadakı bir çox ölkədən bu şənlikdə iştirak etmək üçün Türkiyəyə gələn 8-14 yaşları arasındakı uşaqlar uşaqlı könüllü türk ailələr tərəfindən evlərində qonaq saxlanılır. Şənlik hər il orta hesabla 40 ölkənin iştirakı ilə reallaşar. 1979-cu ildən bu yana, 90 fərqli ölkədən 20 minə qədər uşaq və təxminən 5 min qrup lideri bu şənliyə qatılmışdır. Şənliyi qatılan nümayəndələr öz ölkələrinin xalq oyunları ilə, mahnıları ilə və s. nümunələrlə milli mədəniyyətlərini təqdim edərlər. Şənlik 1979-cu ildən 2000-ci ilə qədər paytaxt Ankarada təşkil olunmuşdur. Daha sonrakı illərdə isə Türkiyənin müxtəlif yerlərində – İstanbul, Quşadası, Səlcuq, Antalya və İzmir kimi şəhərlərdə təşkil edilmişdir.
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (Rafael)
Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə (it. Madonna col Bambino in trono e cinque santi və ya Kolonna ailəsinin altarı, it. Pala Colonna) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1505-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. "Taxtda oturmuş Madonna və uşaq müqəddəslərlə" əsəri hal-hazırda Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkda, Metropoliten muzeyində saxlanılır.
Ufa Uşaq Dəmir yolu
Sovet İttifaqı qəhrəmanı V. P. Dobrorez adına Kiçik Ufa Uşaq Dəmir yolu — Ufa şəhərində uşaq dəmir yolu. == Tarixi == Ufada Uşaq Dəmir yolunun salınması fikiri hələ Ufanın dəmir yol paytaxtı olması zamanı ortaya atılmışdı. Dəmir yolunu İ. S. Yakutov adına parkda salınması planlaşdırılırdı. Bu yol şəhərin mərkəzi ilə dəmir yolu vağzalı arasından keçməli idi. Dəmir yolunun inşasına 1952-ci ildə başlanılmışdır. Tikinti işləri qısa müddət ərzində bitir. İlk əvvəllər vaqonların daşıma güçü 159—649 nəfər təşkil edirdi. Burada üç vaqon açıq tipli idi. Onlar vaqon platformalarından hazırlanmışdı. Səkkizvari formaya malik olan xətt qapalı sistemli idi.
Ukrayna Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Ukrayna Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2006-cı ildən etibarən iştirak edir. Alexander Balabanov 2020 Milli Seçimlərində qalib gəldi və Emir Olin ikinci yeri aldı. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Ukrayna uşaq Avroviziyasında ilk qələbəsini 2012-ci ildə Anastasiya Petrikin ifa etdiyi "Nebo" adlı mahnı ilə qazanıb. Anastasiyanın böyük bacısı Viktoriya Petrik də 2008-ci ildə Ukraynanı müsabiqədə təmsil etmiş və ikinci yeri qazanmışdır.
Uşaq-Gənclər İdman Məktəbi
Uşaq-gənclər idman məktəbi (UGİM) — öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamağa və yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldən məktəbdənkənar, sosial yönlü müəssisə. Azərbaycan Respublikasında UGİM-in açılması bu aşağıdakı şərtlərlə həyata keçirilir: təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması; bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması; açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Uşaq-gənclər idman məktəbi ilə əlaqəli mediafayllar var.
Uşaq Paralimpiya İdman Oyunları 2015
Uşaq Paralimpiya İdman Oyunları 2015 — 6 noyabr tarixində Sumqayıtda yerləşən Paralimpiya İdman Kompleksində keçirildi.
Uşaq arabası (film, 1969)
== Məzmun == Ailədə uşaq doğulmuşdur. Xoşbəxt ata uşaq arabası alır. Zaman keçir, uşaq böyüyür, daha araba lazım olmur, lazımsız bir şey kimi onu küçəyə atırlar. Məktəbli uşaqlar arabanı aparırlar. Uşaq dəniz kənarında oynayır, bu vaxt öz arabasını görüb, tanıyır, məktəblilərdən almaq istəyir. Qısa mübahisədən sonra məktəblilər arabanın bir təkərini çıxarıb ona verirlər.
Uşaq baxıcısı: Qatil kraliça (film, 2020)
Uşaq baxıcısı: Qatil kraliça (ing. The Babysitter: Killer Queen) — 2020-ci ildə yayımlanan ABŞ istehsalı komediya-qorxu filmi.
Uşaq baxıcısı (film, 2017)
Uşaq baxıcısı (ing. The Babysitter) — 13 oktyabr 2017-ci ildə yayımlanmış ABŞ istehsalı qorxu-dram filmi.
Uşaq baxımsızlığı ilə mübarizə (film, 1931)
== Məzmun == Film kimsəsiz uşaqlara qayğı göstərilməsi və uşaq evlərinin təşkili haqqındadır.

Digər lüğətlərdə