UDUZMAQ

1. UDUZMAQ [Xasay:] Düşmən qazaqlar, biz uduzarıq (R.Rza); BAXTALAMAQ (müxtəlif mənalarda) Xortdan: Sənin bankda nə qədər pulun var, hamısını baxtaladı (Ə.Haqverdiyev); BASILMAQ (güləşdə) Heç kəs onu tanımasa da, Həmid bu qədər camaatın qarşısında basılmaq istəmirdi (HAbbaszadə); MƏĞLUB OLMAQ Tahirə də elə bil Baharın qarşısında məğlub oldu (B.Bayramov).

2. UDUZMAQ (məc.) Rüstəm bildi ki, işi uduzub (M.İbrahimov); FÜRSƏTİ ƏLDƏN BURAXMAQ/VERMƏK [Sona:] Biz indidən işə başlamasaq, fürsəti əldən buraxarıq (H.Nəzərli).

UDMAQ
UĞRUNDA

Digər lüğətlərdə