Uzanma
Uzanma – (rus. простирание, ing. strike) layın /təbəqənin, damarın, qatın, qırılma müstəvisinin və s./ üzərində üfqi xəttin meridiana nisbətən istiqaməti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.