Vaccinium myrtillus
Vaccinium myrtillus (lat. Vaccinium myrtillus) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. İyul və sentyabr aylarında bitir.
Qaragilə xırda, yarımkol bitki olub, qara rəngli üzəri qarışıq, lət hissəsi qırmızımtıl-bənövşəyi, turşməzə, xoş dadlı meyvələri vardır. Qaragilə yabanı halda Avropada və Sibirin meşəliklərində çox geniş yayılmışdır. Bu bitkiyə tək-tək halda Qafqazda, o cümlədən Azərbaycanda təsadüf olunur.
Qaragilə meyvələri tam yetişən dövrdə toplanır, sonra xüsusi quruducu peçlərdə 50-70 C temperaturda qurudulur. Meyvələrinin tərkibində 20 %-ə qədər şəkər, 7 % aşı maddəsi, 8 %-ə qədər limon və alma turşuları, 120 mq % C vitamini, karotin, pektin maddələri vardır. Qaragilənin yarpaqları da faydalıdır. Son illərdə yarpaqlarını qurudub çay hazırlayaraq diabet xəstəliyində, qanda şəkərin miqdarını azaldıcı dərman kimi içirlər.