Vermişel
Vermişel — spagettiyə bənzər ənənəvi makaron növlərindən biri. İtalyan vermişeli spagettiyə nisbətən qalın, amerikan vermişeli isə spagettiyə nisbətən incədir.
14-cü əsrdə İtaliyanın müxtəlif bölgələrində uzun makaron növləri müxtəlif adlarla adlanırdı. Bunu Barnabas de Reatinisin"Compendium de naturis et proprietatibus alimentorum" (1938) kitabında da görmək olar. O burada Tuskan vermişelinin Bolonyada orati, Venesiyada minutelli, Mantuada pancardelle adlandığını qeyd edir.
İlk vermişel resepti "De arte Coquinaria per vermicelli e maccaroni siciliani" ("Siciliya makaronu və vermişelin bişirilmə sənəti") kitabında yazılmışdır.
Qalınlığının ölçüsünə görə müxtəlif makaron növləri vardır.