VERNİ, VERNİK

(-ği)
lak çəkmə, laklama
VERMEK
VERNİK
OBASTAN VİKİ
Leons Verni
Fransua Leons Verni (fr. François Léonce Verny; 2 dekabr 1837[…], Obena[d] – 2 may 1908[…], Obena[d]) – Fransa leytenantı və dəniz mühəndisi. O, Yaponiyanın müasirləşməsi prosesində vacib rol oynamış, Yaponiyada Yokosuka dəniz arsenalı və digər infrastruktur layihələrinə rəhbərlik etmişdir. == İlk illəri == Leons Verni 2 dekabr 1837-ci ildə Fransanın Ardeş departamentində yerləşən Obena şəhərində doğulmuşdur. 1856–1858-ci illərdə Fransa Politexnik Məktəbində, 1858–1860-cı illərdə Fransa Dəniz Mühəndisliyi Tətbiqi Məktəbində oxumuşdur. 1860-cı ildə məzun olduqdan sonra Brestdə yerləşən dəniz arsenalında işləməyə başlamışdır. == Karyerası == === Çin === Verni 1863–1865-ci illərdə Ninbo və Şanxayda gəmiqayırma layihələrində işləmişdir. Fransa hökumətinin göstərişi ilə Ninboda 18 ay ərzində 4 gəmi tikmək tapşırığı ilə vəzifləndirilmişdi. === Yaponiya === Leons Verni 1865-ci ildə Yaponiyada hökumət tərsanəsinin tikilməsi üçün Tokuqava hökuməti tərəfindən ölkəyə dəvət olunmuşdur. Belə ki, şoqunluğun siyasətçisi Oguri Kozukenosuke Tadamasa Yaponiyanın müstəqil gəmiqayıranlara ehtiyacı olduğunu düşünürdü.