Gürcistan Vilayeti
Osmanlının Gürcüstan vilayəti — Osmanlı dövlətinin XVI əsrdə gürcülərdən ələ keçirdiyi torpaqlara erkən dövrdə etdiyi təhrirlərdə verdiyi addır. 1574 və 1595-ci illər tarixli iki təhrir dəftəri Gürcüstan vilayətinin müfəssəl dəftəri anlamında "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcistan" adını daşımaqdadır. Daha sonralar Gürcüstan vilayəti yerinə Çıldır əyaləti adından istifadə edilmişdir.
== Haqqında ==
Osmanlı dövlətinin gürcülərdən ələ keçirdiyi torpaqlar erkən orta əsrlərdə geniş mənası ilə Məshəti adını daşıyırdı. Bu torpaqların bu gün Türkiyə sərhədləri içində qalan qismi Tao-Klarceti olaraq adlandırılmaqdadır. tarixi Gürcüstanın cənub-qərb kəsimini formalaşdıran bu bölgə erkən orta əsrlərdə Gürcüstan krallığı sərhədləri daxilində qalırdı. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub edən Səlcuqlular Kveli qalası döyüşündə gürcü kralı II Georgini də ağır məğlubiyyətə uğradıb Məshəti bölgəsini ələ keçirdilər. 1121-ci ildə Didqori döyüşü ilə bölgədən Səlcuqlular geri çəkilincə Məshəti bölgəsi yenidən gürcülərin hakimiyyəti altına düşdü. Bu bölgəyə daha sonra birləşmiş gürcü krallığının dağılmağa başlamasından sonra müstəqil dövlətə çevrilən Samtshe-Saatabaqo (1268-1625) hakim oldu. Osmanlılar XVI əsrdə Samtshe-Saatabaqo torpaqlarını mərhələli formada ələ keçirdilər vu bu torpaqların təhriririni (qeydiyyata alınmasını) Gürcüstan vilayəti adı altında gərçəkləşdirdilər.