1. VURMAQ [Ərbab:] Vur, vur ki, gətirməyibdir arpa (M.Ə.Sabir); DÖŞƏMƏK (məc.) Fərraş sağa-sola döşəyirdi (Çəmənzəminli); ENDİRMƏK (məc.) Naznaz əlini qaldırıb Qaraşın təpəsinə endirəndə Qaraş onun biləyindən yapışıb sıxdı (M.İbrahimov); İLİŞDİRMƏK Həmidin əli gicişirdi, az qalırdı ki, Çopur Abdullaya yağlı bir şillə ilişdirsin, küçədəkilərdən ayıb idi (H.Abbaszadə); YAPIŞDIRMAQ (məc., dan.) Zalım da çəpərdən bir ağac qoparıb, Şükürün peysərinə yapışdıranda Şükür palaz kimi yerə sərildi (Çəmənzəminli); ZƏRBƏ ENDİRMƏK Azər özünü irəli verdi, rəqibə zərbə endirəndə ona elə gəldi ki, həm özü, həm də rəqibi vurur və bundan zövq aldı (Ə.Kərim); ZOLLAMAQ Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına, zirək (S.Ə.Şirvani).
2. vurmaq bax oğurlamaq
3. vurmaq bax sancmaq 1
4. vurmaq bax döyünmək
5. vurmaq bax içmək
6. vurmaq bax döymək
7. vurmaq bax çalmaq II