VÜQAR

\[ər.\] сущ. 1. кьилин чӀехивал, вичин вичвал (жуван жуввал) вине кьун, вичи-вич (жува-жув) хуьн; муькӀуьвал, заланвал, сабур, жиддивал, такабурлувал; 2. пер. чӀехивал, миналвал, гьайбат.
VÜKƏLA
vüqarla
OBASTAN VİKİ
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrosmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar Əsgərov Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Fədai" medalı laureatı. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Vüqar Abbasov
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. == Həyatı == Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. == Siyasi fəaliyyəti == Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Vüqar Abdulkərimov
Vüqar Abdulkərimov (24 oktyabr 1974, Bakı) — Azərbaycan alimi, tədqiqatçı. Azərbaycanda professor Nürəddin Lüləci ilə birlikdə ilk ağrı mərkəzinin qurulmasındakı fəaliyyəti və alqologiya sahəsindəki kliniki tədqiqatları ilə tanınır. == Həyatı == Vüqar Abdulkərimov 1974-cü ilin 24 oktyabrında Bakıda anadan olmuşdur. Orta təhsilini 1981–1991-ci illərdə Bakıda 29 nömrəli məktəbdə almış, 1992-ci ildə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 16 iyun 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Evlidir. 3 övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2009-cu ildən Mərkəzi Klinikanın reanimasiya və intensiv terapiya şöbəsində şöbə müdiri kimi çalışır. === Elmi fəaliyyəti === Vüqar Kərimov birtərəfli spinal anesteziyada bupivakain lokal anestetiki üzrə fəaliyyəti olmuş, ürək əməliyyatından sonra sternotomiyadan sonrakı xəstələrdə miyofasiyal ağrısı üzrə 1226 xəstədə klinik tədqiqat aparmışdır. O herniated bel diskləri üçün ağrı və əlillik skorlarında nukleoplastika və avtomatlaşdırılmış perkutan lomber diskektomiya prosedurlarının effektivliyinin müqayisəsi və diz artroskopiyasında təktərəfli spinal anesteziya və ümumi anesteziya tətbiqlərinin bərpa xüsusiyyətləri baxımından müqayisəsi üzrə elmi iş işləmişdir.
Vüqar Abdullayev
Vüqar Abdullayev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Vüqar Sədrəddin oğlu Abdullayev 1969-cu ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olub. 1976-1986-cı illərdə Hacıxanlı kənd orta məktəbində təhsil alıb. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında 2-illik həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçın rayonuna qayıdır. 1990-cı il iyun ayında rayon Polis Şöbəsinə sıravi heyətə polis xidmətinə işə qəbul olunur. Vüqar hərbi xidmətini, müharibə şəraitində çətin və məsuliyyətli polis xidməti ilə əvəz edir. Laçın rayonunun Qorçu, Ərikli, Narınclar, Alxaslı, Qoşasu, Fərəcan, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşur. Komandirlərin ona verdiyi döyüş tapşırıqlrını məharətlə və vaxtında yerinə yetirir. Sonra Vüqarın döyüş yolu Murov dağının ətrafında Xanlar rayonunun kəndlərinin müdfiəsi uğrunda gedən mübarizələrdən keçir.
Vüqar Alkərəmov
Vüqar Oruc oğlu Alkərəmov — polkovnik-leytenant. == Həyatı == Vüqar Alkərəmov 26 fevral 1969-cu il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. 1976-cı ildə Bahar qəsəbəsi orta məktəbinin 1-ci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. 1987-ci ildə hərbi xidmətə çağırılıb Hərbi xidmətini İrkutsk şəhəri N saylı hərbi hissədə keçib. 1989-cu ilin may ayında tərxis olunub. 1989-cu ilin oktyabr ayında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin hazırlıq kursuna qəbul edilib. 1990-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Sənaye və Mülki Tikinti” fakültəsinə qəbul olub, 1995-ci ildə həmin universiteti inşaat mühəndisi ixtisası ilə bitirib 1998-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsinə qəbul olub, 2002-ci ildə həmin universiteti hüquqşünas ixtisası ilə bitirib. === Ailəsi === Ailəlidir, 2 (iki) övladı var. == Əmək fəaliyyəti == 1986-cı ildə Beyləqan rayon təmir-tikinti idarəsində işləməyə başlayır. 1989-cu ildə Hərbi xidmətdən sonra Beyləqan rayon təmir-tikinti idarəsində yenidən işə qəbul edilir.
Vüqar Aslanov
Vüqar Qəmbər oğlu Aslanov (1970-1995) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Vüqar Aslanov (1976) — azərbaycanlı yunan-roma güləşçisi.
Vüqar Ağayev
Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973, Qubadlı rayonu – 1 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Səbahət Ağayeva ilə ailəli idi. Yeganə və Pərvin adında 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Mayor Vüqar Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Ağayev noyabrın 1-də Qubadlının azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Babayev
Vüqar İlham oğlu Babayev (4 iyul 2001, Bakı, Azərbaycan — 2 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Babayev 2001-ci il iyulun 4-də Bakı şəhəri, Bakıxanov qəsəbasində anadan olub. Uşaq yaşında atasını itirmişdir. Dayısı Birinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vüqar Babayev Fizuli döyüşlərində savaşıb. 2 oktyabr 2020-ci il tarixində Fizuli istiqamətində şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Babayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vüqar Bahadurzadə
Vüqar Məmməd oğlu Bahadurzadə (22 iyul 1993; Yevlax rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Bahadurzadə 1993-cü il iyulun 22-də Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Vüqar Bahadurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Bahadurzadə oktyabrın 15-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Bahadurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Bayramlı
Vüqar Bayramov
Vüqar İbad oğlu Bayramov (13 iyun 1975, Aşağı Güzlək, Füzuli rayonu) — Azərbaycanlı iqtisadçı, Azərbaycan Milli Məclisinin deputatı (2020). == Həyatı == Vüqar Bayramov 1975-ci il 13 iyun tarixində Füzuli rayonu Aşağı Güzlək kəndində doğulub. İbtidai təhsilini Aşağı Rəfədinli kənd orta məktəbində, orta təhsilinin bir hissəsini Füzuli şəhər Bünyad Sərdarov adına orta məktəbdə, bir hissəsini isə Bakı Şəhəri Fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. 1992–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olan Vüqar Bayramov, 2002-ci ildə iqtisadiyyat elmləri namizədi dərəcəsi almışdır. 2003–2004-cü illərdə ABŞ-nin Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsil alıb. Vüqar Bayramov ingilis, rus, türk və azərbaycan dillərini bilir. === Ailəsi === Ailəlidir. İki övladı var. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşıdır.
Vüqar Bağırov
Vüqar Bağırov (rus. Багиров, Вугар Алинияз оглы; 21 iyun 1968, Aşağı Surra) — Rusiya alimi; Biologiya elmləri doktoru (2005). Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (2010), Ümumrusiya Donuzçuluq ETİ-nin elmi katibi (1999–2002), Ümumrusiya Elmi‑Tədqiqat Heyvandarlıq İnstitutunun heyvanların reproduktiv kriobiologiya laboratoriyasının müdiri. SSRİ-Əfqanıstan müharibəsi iştirakçısı. == Həyatı == Bağırov Vüqar Əliniyaz oğlu 1968-ci il iyunun 21-də Azərbaycan Respublikasının Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmət keçib. Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak edib. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Bir il sonra Ümumrusiya Heyvandarlıq ETİ-nin (Moskva) aspiranturasına qəbul olunub. 1996-cı ildə "Heyvan toxumundakı xarici nuklein turşularının mayalanmaya və emiriogenezə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Vüqar Biləcəri
Vüqar Biləcəri (tam adı: Vüqar Zakir oğlu Paşayev; 24 avqust 1988, Bakı – 29 avqust 2020, Bakı) — Azərbaycan meyxanaçısı. == Həyatı == Vüqar Paşayev 24 avqust 1988-ci ildə Bakıda doğulub. 2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi. == Vəfatı == 2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra dünyasını dəyişib. Hökməli qəbiristanlığında dəfn edilib.
Vüqar Camalzadə
Vüqar Vaqif oğlu Camalzadə (9 oktyabr 1974, Bakı) — Bəstəkar, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Vüqar Camalzadə 1974-ci il oktyabr 9-da Bakıda doğulub. Ailəlidir 2 övladı var.3 saylı orta ixtisas məktəbinə daxil olub. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinifinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakultəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli sinfoniya. Magistr dərəcəsinin - diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert.Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi - nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər. Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Vüqar Cəfərov
Vüqar İnşallah oğlu Cəfərov (23 mart 1991; Bakı, Azərbaycan SSR — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüqar Cəfərov 1991-ci il martın 23-də Bakı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Vüqar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Cəfərov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Cəfərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüqar Dəmirbəyli
Aslanov Vüqar Nurəddin oğlu (Vüqar Dəmirbəyli) (1964, Goranboy) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == Vüqar Dəmirbəyli 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olduqdan sonra 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1990-cı ildən başlayaraq "Tərəqqi", "Vışka", "Addım" və "Yol" kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə "Kompas" ədəbi-ictimai qəzetini və 1996-cı ildə "Səmt" informasiya agentliyini təsis etmiş, həm də onların baş redaktoru və direktoru işləmişdir. 1997-ci ildə onun "Gənclik" nəşriyyatı tərəfindən "Süddaşıyan", 1999-cu ildə isə "Ozan" nəşriyyatı tərəfindən "Amerika kəşfiyyatçısi Azərbaycanda" nəsr kitabları çap olunmuşdur. Bundan başqa "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Çıraq" ədəbi jurnallarında hekayə və povestləri dərc edilmişdir. 1997-ci ildə Almaniyaya köçmüşdür. Mainz, Frankfurt və Giessen universitetlərində kinoşünaslıq, teatrşünaslıq və slavyan filologiyası üzrə təhsil almışdır.
Vüqar Gülməmmədov
Vüqar Tapdıq oğlu Gülməmmədov (3 aprel 1971, Bakı) — Azərbaycan Respublikası Hesablama Palatasının 3-cü sədri. == Həyatı == Vüqar Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İstehsalın iqtisadiyyatı və idarəedilməsi" fakültəsini bitirib. 1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib. 1993–1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib, 1997–2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor müdiri, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini, sektor rəisi olub. 2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Hesablama Palatasının sədridir. == Təltifləri == Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 dekabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Ailəsi == Ailəlidir.
Vüqar Hacıyev
== Həyatı == Hacıyev Vüqar Aydın oğlu - 1983-ci ildə Bakı şəhərində anadan olmuşdur. Səsi lirik tenordur. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakwltəsini bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində E.Sabitoğlu "Bankir adaxlı"da nümayəndə, Mustafayev "Volqalı canan""da şair Qaynar, O.Rəcəbov "Əlin cibində olsun"da Qəşəm, R.Əkbərin "Bəydullanın möhtəşəm toyu"nda Qeybulla, S.Fərəcov "Bir günlük siğə"də Xəlil kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. V.Hacıyev "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Küçələrə su səpmişəm" və "Yalan" filmlərinə çəkilmişdir. Subaydır.
Vüqar Haqverdiyev
Vüqar Məmməd oğlu Haqverdiyev (25 yanvar 1967, Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası "Elm" Nəşriyyatının direktor müavini. == Həyatı == Vüqar Məmməd oğlu Haqverdiyev 25 yanvar 1967-ci il tarixində Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. Orta təhsili 1973–1981-ci illərdə Ağdam rayon 5 saylı orta məktəbdə, 1981–1983-cü illərdə isə Bakı şəhəri, 5 nömrəli kimya-biologiya təmayüllü internatda alıb. 1988-ci ildə Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. 1988-ci ildə təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda mühəndis kimi fəaliyyətə başlayıb. 2002-2021-ci illər AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəis müavini, 2021-ci ilin may ayının 19-dan isə Azərbaycan Milli Elmlər Akademiyası “Elm” Nəşriyyatının direktor müavinidir. Vüqar Haqverdiyev Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əhalinin maarifləndirilməsi, xüsusən İnformasiya cəmiyyəti quruculuğu prosesi, internet, elektron hökumət, habelə sığorta, uşaq hüquqlarının qorunması və digər aktual mövzularda yazdığı analitik məqalələrə görə dəfələrlə respublika səviyyəli yazı müsabiqələrində qalib yerlərə layiq görülüb, 4 dəfə "İnformasiya cəmiyyətinin jurnalisti" adını qazanıb. O həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, cəmiyyətdə uşaq yazarı kimi tanınır. 10-a yaxın müasir və rəngli nağıl kitabının, cizgi filmi ssenarisinin müəllifidir.
Vüqar Hüseynov
Vüqar Hüseynov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Vüqar Həmidov
Vüqar Kamranoğlu — rejissor, ssenari müəllifi, Rejissor assisteni, aktyor. == Həyatı == 1996-cı ildə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, "Teatr və Kino Sənəti" fakültəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olub. 2000-ci ildə bitirib. == Filmoqrafiya == Vahimə (film, 1998) — rejissor assistenti Pərt oldu (film, 1999) (bədii film-etüd )....xr: 05’00" (kurs işi) — rejissor, ssenari müəllifi Çin olmuş yuxu (film, 2000)(bədii film/diplom işi) — aktyor (portmanatı tapan oğlan) İddia (film, 2000) (bədii film-pritça/diplom işi)....xr: 30’00" — rejissor, ssenari və musiqi müəllifi Qəlbin ritmləri (film, 2002) (sənədli film-etüd)....xr: 08’20" (Abşeron Step Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Mən sizdən arxayınam (film, 2002) (sənədli film-etüd)....xr: 08’00" (Azərbaycan Dövlət Pantomim Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Pərdəsiz səhnə (film, 2002) (sənədli film-etüd)....xr: 05’50" (Gəncə Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Rənglər burulğanında (film, 2002) (sənədli film-portret)....xr: 25’00" (Şair Səməd Mənsur haqqında) (Lider TV) — rejissor Ritmin nəfəsi (film, 2002) (sənədli film-etüd)....xr: 04’20" (Dövlət Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Səbrli adamın fəryadı (film, 2002) (sənədli film-portret)....xr: 28’45" (Şair Mirzə Ələkbər Sabir haqqında) (Lider TV) — rejissor Sonuncu orden (film, 2002) (sənədli film-portret)....xr: 29’00" (Şair Abbasqulu Ağa Bakıxanov haqqında) (Lider TV) — rejissor, aktyor (A.A.Bakıxanov obrazı) Uğur hələ irəlidədir (film, 2002) (sənədli film-etüd)....xr: 11’55" (İncəsənət Gimnaziyası) (Lider TV) — rejissor, ssenari müəllifi Uğurlu axtarışlar yolunda (film, 2002) (sənədli film-portret)....xr: 11’25" (Rusiyada yaşayan həmvətənlimiz ... haqqında) (Lider TV) — rejissor, ssenari müəllifi Yeddi duyum (film, 2002) (sənədli film-portret)....xr: 33’00" (Şair Əli Kərim haqqında) (Lider TV) — rejissor Yenə o bağ olaydı (film, 2002) (sənədli film-portret)....xr: 34’00" (Şair Mikayıl Müşfiq haqqında) (Lider TV) — rejissor Yeni il gəlir (film, 2002) (sənədli film-etüd)....xr: 03’50" (Lider TV) — rejissor, ssenari müəllifi Cavabsız sual (film, 2003) (diplom işi) — musiqi müəllifi İsmayıl Bəy Qutqaşınlı (film, 2004) (sənədli film) — aktyor (İsamayıl Bəy Qutqaşınlının cavanlığı) ("Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı) Mistik düşüncələrin rəsmi (film, 2003) (sənədli film-etüd)....xr: 11’00" (Azərbaycan Dölət İncəsənət Muzetinin, İtaliya zalı) (Lider TV) — rejissor, ssenari müəllifi Təklik (film, 2003) (sənədli-elmi kütləvi film)....xr: 26’56" (Azərbaycanda yetişən nadir ağaclar haqqında) (AzTV) — rejissor Qurd ürəyi (film, 2004) (sənədli film-portret)....xr: 11’30" (Qocaman ovçu haqqında) (AzTV) — rejissor, ssenari müəllifi Anons keçidi (film, 2005) (kompüter qrafikası) (3D qrafika)....xr: 0’28" (AzTV) - rejissor Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) — aktyor (Qaçqın şəhərciyində yardım paketi paylayan gənc), rejissor assistenti ("Azərbaycanfilm" Kinostudiyasının istehsalı) Bakı. Gecə (2005) (zarisovka) xr: 01’45" (İTV) — rejissor Carçı İnformasiya Proqramı üçün Başlıq (kompüter qrafikası)(İTV)( 3D qrafika və təsvirin qarışığı )....хр: 0’17" 2005 — rejissor Eyvanlar (2005) (zarisovka) xr: 02’05" (İTV)-Rejissor Film media (film, 2005) (İTV)(veriliş) — rejissor Həmidə Ömərova (Studiyada çəkiliş)..xr:26’00" Tofiq İsmayılov (Studiyada çəkiliş)..xr:45’00" Svetlana İsmayılova (Studiyada çəkiliş )..xr:32’00" Dülbara Talamuşeva (Studiyada çəkiliş )..xr:22’00" Aydın Talıbzadə (Studiyada çəkiliş )..xr:26’00" Mələk Abbaszadə (Studiyada çəkiliş )..xr:24’00" Ötkəm İsgəndərov (Studiyada çəkiliş )..xr:24’00" Qalib Tələbələr (Studiyada çəkiliş )..xr:22’00" Mehribanın Dünyası (Sərgi )..xr:16’00" İçəri Şəhər (2005) (zarisovka) xr: 02’52" (İTV) — rejissor Kinematoqraf: Klassiklər və Müasirlər (2005)(İTV)(veriliş) — rejissor Kşiştof Zanussi..
Vüqar Tapdıqlı
Vüqar İsa oğlu Tapdıqlı (10 iyul 1962, Gədəbəy rayonu) — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Vüqar Tapdıqlı 10 iyul 1962-ci ildə Gədəbəy rayonunda anadan olub. İxtisasca jurnalistdir. 1985–2009-cu illərdə AzTV QSC-də işləyib. 4 hekayələr kitabının müəlifidir. Ailəlidir. 3 övladı var.
Vüqar Tağıyev
Vüqar Bəhram oğlu Tağıyev- Azərbaycanlı şəhid == Həyatı == Tağıyev Vüqar Bəhram oğlu 1973-cü ilin may ayının 24-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1982-ci ildə İsalı kənd orta məktəbinə getmiş, 1990-cı ildə orta təhsilini başa vurmuşdur. == Hərbi xidməti == 1990-91-ci ildə Ukraynada hərbi xidmətdə olmuş və 1992-ci ildə Vətənə dönmüşdür. Bundan sonra, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə 4 il iştirak etmişdir. == Vəfatı == 1990-91-ci ildə Ukraynada hərbi xidmətdə olmuş və 1992-ci ildə Vətənə dönmüşdür. Bundan sonra, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə 4 il iştirak etmişdir. == Ailə vəziyyəti == Evli idi. Bir övladı var. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Vüqar Veysəlov
Vüqar Veysəlov — (22 fevral 1970-ci ildə doğulub) — Azərbaycanlı şəhid. == Həyatı == Veysəlov Vüqar Raqif oğlu 22 fevral 1970-ci il tarixdə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1987-ci ildə Gəncə şəhər 30 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) İqtisadiyyat fakültəsinə qəbul olmuşdur. Vüqar Veysəlov orta məktəbi əla qiymətlərlə oxuduğu kimi ali məktəbi də əla qiymətlərlə oxumuş, ictimai işlərdə fəal iştirak etmiş, müəllimlərin və tələbələrin dərin hörmət və rəğbətini qazandığı üçün qrup nümayəndəsi seçilmişdir. Eyni zamanda Vüqar Veysəlov həm güclü idmançı olmuş, həm də Qənbər Hüseynli adına 2 saylı Gəncə şəhər musiqi məktəbini əla qiymətlərlə bitirərək gözəl tar çalmağı bacarmış və Respublika müsabiqəsinin qalibi olmuşdur. Vüqar Veysəlov birinci kursu birinci kursu təhsilini yarımçıq qoyaraq 1988-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Sverdlovsk vilayətinin Elan şəhərində əsgəri xidmətdə olmuş və orada mexanik-sürücü peşəsinə yiyələnmişdi. O, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Gəncə şəhərinə qayıdıb Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsində təhsilini davam etdirmişdir. == Hərbi xidmət == 1990-cı ildə Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçmiş Sovet hökumətinə məxsus hərbi sursat anbarlarından qrad mərmiləri və digər hərbi sursatların daşınmasında Vüqar Veysəlov da AKTA-nın digər müəllim və tələbələri kimi fəal iştirak etmiş və onun döyüş yolu da elə bu andan başlamışdır. 26 fevral 1992-ci il tarixdə erməni işğalçıları və ruslardan ibarət 366-cı motoatıcı polku tərəfindən törədilmiş Xocalı faciəsindən sonra bir çox qeyrətli oğullar kimi Vüqar da respublikada baş verən hadisələrə biganə qala bilməmiş, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyat fakültəsinin əyani şöbəsinin 4-cü kursunda oxuyan zaman təhsilini yarımçıq qoyub könüllü olaraq Gəncə özünümüdafiə batalyonuna yazılmışdır.
Vüqar Vəlixanov
Vüqar Vəlixanov (25 avqust 1982, Sumqayıt) — Aktyor. == Həyatı == Vüqar Vəlixanov 25 avqust, 1982-ci ildə Sumqayıtda dünyaya gəlmişdir. 2000-2004-cü illər arasında Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsində, aktyor Əliabbas Qədirovun kursunda təhsil almışdır. Bir müddət Sumqayıt teatrında fəaliyyət göstərdikdən sonra taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır.
Aşıq Vüqar Mahmudoğlu
Aşıq Vüqar Mahmudoğlu (1970–2018) — Azərbaycan aşığı. == Həyatı == Vüqar Mahmudoğlu (Niftəliyev) 1970-ci il noyabrın 3-də Şamaxının Şıxzərli kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır. Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını yaşadıb. Şirvan aşıq mühitinin tanınmış simalarından Açıq Vüqar Mahmudoğlu Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və s. ölkələrdə konsertlər verib. Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər. Bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Fəhlə Vüqarı (1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Fəhlə vüqarı (film, 1975)
== Məzmun == Filmdə təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında yaxşı tanınan neft maşınqayırma müəssisəsi — "Bakı Fəhləsi" zavodunun fəaliyyətindən danışılır.
Kədərimiz... Vüqarımız... (film, 1998)
Pambıqçının vüqarı (film, 1975)
== Məzmun == Film məşhur pambıq ustası, Jdanov (indiki Beyləqan) rayonundakı Lenin adına sovxozda çalışan Sərdar İmrəliyevə və onun briqadasına həsr olunmuşdur.
Vüqar Abbasov (sahibkar)
Vüqar Zakir oğlu Abbasov (12 aprel 1974, Naxçıvan) — azərbaycanlı iş adamı, Cahan Holdingin prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış deputatı. == Həyatı == Vüqar Zakir oğlu Abbasov 1974-cü il aprel ayının 12-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini 1981-ci ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbdə başlamış və oranı 1991-ci ildə qırmızı attestatla bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinə qəbul olmuş, 1996-cı ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. 1998–2001-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq və iqtisadiyyat fakültəsində, 2001–2006-cı illərdə isə Hüquq fakültəsində təhsil alaraq hər ikisini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə AMEA İqtisadiyyat İnstitutunun dissertantı olmuş, xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 2016-cı ildə Regionda Sahibkarlığın İnkişafı üzrə elmi işini müdafiə edərək İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır. Cahan Holdingin 1995-ci ildən təsisçisi və rəhbəridir. == Siyasi fəaliyyəti == Vüqar Abbasov 9 fevral 2020-ci ildə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 24 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Vüqar Abbasov 24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8%-nin səsini toplayaraq deputat seçilmişdir.
Vüqar Cəfərov (əsgər)
Vüqar Rəcəb oğlu Cəfərov — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov Vüqar Rəcəb oğlu 3 mart 1975-ci ildə Gədəbəy rayonunun Düzyurd kəndində anadan olmuşdur. 1982-ci il-də Düzyurd kənd orta məktəbinə daxil olmuş, 1991-ci ildə bitirmişdir. 1993-cü ildə hərbi xidmətə yollanmış, 1994-cü ildə Ağdam-Tərtər-Goranboy bölgəsində gedən şiddətli döyüşlərdə şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.

Digər lüğətlərdə